Hikmət Mirzəyev: "Məhkəmələrdə daha çox pozuntu şikayətçinin iştirakının təmin edilməməsidir"

Hikmət Mirzəyev: "Məhkəmələrdə daha çox pozuntu şikayətçinin iştirakının təmin edilməməsidir""Məhkəmələrə verilən şikayətlərdə daha çox pozuntu kimi istinad olunan hallardan biri ondan ibarətdir ki, şikayətə baxılarkən şikayəti vermiş şəxslərin iştirakı təmin edilmir. Ona görə də mühüm konstitusion hüquqlardan biri olduğu nəzərə alınmaqla ona əməl olunması yuxarı seçki komissiyaları tərəfindən təmin olunmalıdır".

"Report" xəbər verir ki, bu fikirləri Ali Məhkəmənin kollegiya sədri Hikmət Mirzəyev seçki hüquqlarının pozulmasına dair şikayətlərin məhkəmə qaydasında həlli mövzusuna həsr olunmuş seminar-müşavirədə deyib.

Onun sözlərinə görə, əsas məsələlərdən biri vətəndaşların seçki hüquqlarının pozulması ilə bağlı şikayətlərin istər müvafiq yuxarı seçki komissiyalarında, istərsə də məhkəmələrdə araşdırılması ilə bağlıdır: "Şikayət vermiş şəxsin şikayətin baxılmasında iştirakının təmin edilməsi və onun irəli sürdüyü bütün dəlillərin araşdırılması məsələsidir. Aydındır ki, şəxsin özünün şikayətinə baxılmasında iştirak etmək hüququ ən təməl hüquqlardan biri olmaqla təmin edilməlidir".

H.Mirzəyev bildirib ki, seçki prosesini həyata keçirən orqanların fəaliyyəti vətəndaşların hüquqlarının təmin edilməsinə yönəlməlidir: "Müvafiq olaraq, sözügedən bütün hallarla bağlı vətəndaşların güman etdikləri hüquqlarının pozuntusuna dair işlər üzrə məhkəmədə mübahisə açılması mümkündür. Seçki Məcəlləsinin 112.1-ci maddəsində təsbit edilmişdir ki, seçki hüquqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) şikayət verilə bilər. Eyni zamanda qanunvericilikdə həmçinin təsbit edilib ki, şikayət əvvəlcə yuxarı seçki komissiyalarına, daha sonra isə məhkəməyə verilə bilər. Bununla qanunverici aşağı seçki komissiyalarında yol verilmiş pozuntuların məhkəməyə gəlmədən yuxarı seçki komissiyaları tərəfindən aradan qaldırılması üçün imkan yaratmış olur. Bu isə o deməkdir ki, yuxarı seçki komissiyaları şikayətlərə formal yanaşmamalı, onun hərtərəfli araşdırmasını aparmaqla və bütün zəruri sübutları toplamaqla qanuni və əsaslandırılmış qərar qəbul etməlidirlər".

Ali Məhkəmənin kollegiya sədri vurğulayıb ki, digər bir mühüm məsələ şikayət vermiş şəxsin dəlillərinin hərtərəfli araşdırmasının aparılması və qəbul olunmuş qərarda şikayətin bütün dəlillərinə əsaslandırılmış cavabın verilməsidir: "Bu həm qanunvericilikdən, həm də hüquqi dövlətin mahiyyətindən irəli gələn tələbdir. Çünki şikayətə baxılması ilə bağlı inzibati icraat aparılır. Belə icraat isə Konstitusiyada və Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş prosessual təminatlar, habelə hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri əsasında həyata keçirilməlidir. Həm yuxarı seçki komissiyaları tərəfindən, həm də məhkəmələrdə şikayətə baxılarkən şikayətin bütün dəlillərinin hərtərəfli araşdırılmasının təmin edilməsi olduqca mühüm əhəmiyyət kəsb edir".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 847   Tarix: 12 noyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanda məşhur müğənni ikinci dəfə ərə gedəcək - VİDEO

Tanınmış müğənni İlahə İbadovanın toyu olacaq. Bu barədə sənətçi ATV-nin "Rəngarəng səhər" verilişində məlumat verib. O, ikinci dəfə ailə quracağını və artıq üzüklərin taxıldığını bildirib. Həmin görüntüləri təqdim edirik:

29 mart
.

Ramiz Mehdiyevdən məhkəməyə verilməsi xəbərinə REAKSİYA

Ötən gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) keçmiş prezidenti Ramiz Mehdiyev barəsində inzibati iş başlanması haqda xəbər yayılıb. Belə ki, yayılan xəbərdə Ramiz Mehdiyevin İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə ittiham edildiyi, iş baxılması üçün Suraxanı Rayon Məhkəməsinə göndərildiy

29 mart
.

Dostunun ad günündə dava saldı, həbs olundu

Xətai rayonu, general Şıxlinski küçəsində yerləşən "Səhnə" restoranında keçirilən ad günü mərasimində dava düşüb. Qaynarinfo-nun məlumatına görə, dava müsiqi sifariş vermək üstündə baş verib. Hadisəyə görə 1990-cı ildə Bakı şəhərində anadan Cəfər Cəfərov (ad-soyad şərti) saxlanılıb. Onun barəsind

29 mart
.

Hüquq və İnsan Haqları İnstitutu ilə keçmiş işçisi arasında qalmaqal

Hüquq və İnsan Haqları İnstitutu məhkəməyə verilib. Qaynarinfo xəbər verir ki, iddiaçı İnstitutun əməkdaşı olmuş Fərid Ələkbərovdur. Onun iddiasına Yasamal Rayon Məhkəməsində baxılacaq. İş hakim Ayşən Sultanova-Məmmədovanın icraatındadır. Məhkəmə çəkişməsi əmək münasibətləri üzrə mübahisələrdən ibarətdir

29 mart
.

Bakıda yeni elektrik avtobusu istifadəyə verildi - FOTO

Bakıda yeni elektrik avtobusu istifadəyə verilib. -ın məlumatına görə, avtobus parkının yenilənməsi çərçivəsində 5 nömrəli marşrut xəttinə narıncı rəngli elektrikli sərnişin avtobusu buraxılıb. Qeyd edək ki, sərnişin avtobusu Çinin "Zhongtong" şirkətinin istehsalıdır

29 mart
.

Yevlaxda dəmiryol xətti ilə kəsişən yol xəbərdarlıq edilmədən bağlanıb?

Martın 28-də Yevlax rayonunun Yuxarı Qarxun kəndinin ərazisindən keçən dəmiryol xəttində aparılan işlərə görə dəmir yolu ilə kəsişən Yevlax-Xaldan avtomobil yolu uzun müddət bağlı qalıb. -a müraciət edən sakinlər və sürücülər bildiriblər ki, bu barədə onlara əvvəlcədən heç bir xəbərdarlıq edilməyib v

29 mart
.

Tufan Axundov vəfat etdi

Tufan Axundov vəfat etdi. AMEA-nın Arxeologiya və Antrologiya İnstitutunun professoru, arxeoloq Tufan İshaq oğlu Axundov dünyasını dəyişib. Qaynarinfo-nun məlumatına görə, o, 76 yaşında vəfat edib. Qeyd edək ki, mərhum 1948-ci ildə Bakı şəhərində anadan olub. T. Axundov öz qazıntıları və tədqiqatlar

29 mart
.

Bakıda restoran yanır - FOTO/VİDEO

Bakının İstiqlaliyyət küçəsində restoranın çöl divarından keçən elektrik kabeli yanır. Bu barədə -ın sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirilib ki, Bakı şəhərinin Səbail rayonu, İstiqlaliyyət küçəsində yerləşən restoranın çöl divarından keçən elektrik kabel

28 mart
.

1,2 milyonluq dələduzluqda ittiham olunan iş adamı azadlığa buraxıldı - 7 il cəza almışdı

Dələduzluqda təqsirləndirilən "MİR" avtosalonunun sahibi Məhərrəm Əhədov azadlığa buraxılıb. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, 1974-cü il təvəllüdlü iş adamı ötən ilin noyabr ayında 5 nəfər biznes ortağına qarşı 1,2 milyon manat dələduzluq etməkdə ittiham olunaraq 7 il həbs cəzası almışdı

29 mart