Azay Quliyev: "İslahatlar vətəndaşlarda ədalət mühakiməsinə olan inamı daha da artıracaq"

Azay Quliyev: "İslahatlar vətəndaşlarda ədalət mühakiməsinə olan inamı daha da artıracaq"Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu Komitəsinin üzvü Azay Quliyevin musavat.com saytının məhkəmə-hüquq sahəsindəki islahatlarla bağlı sualını cavablandırıb.

Onunla söhbəti təqdim edirik:

- Azay müəllim, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin 2019-cu il 6 noyabr tarixli iclasında "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun müzakirəsi zamanı məhkəmə-hüquq sistemindəki islahatlar geniş müzakirəyə səbəb oldu. Siz də orda çıxış edərək bir sıra təkliflər səsləndirdiniz. Bilmək istərdik ki, məhkəmə-hüquq sistemindəki islahatların gedişini necə qiymətləndirsiniz?

- Bildirməliyəm ki, məhkəmə-hüquq sistemində islahatların dərinləşməsi prosesini biz 2016-cı ildə Konstitusiyaya referendum yolu ilə edilən dəyişikliklərdən sonra müşahidə etdik. Eyni zamanda bu prosesi 2018-ci ilin prezident seçkilərindən sonra bütün sahələrdə həyata keçirilən islahatların tərkib hissəsi də hesab etmək olar.
İslahatların aparılmasında əsas məqsəd Azərbaycan Respublikasının müstəqil məhkəmə sistemini təkmilləşdirmək və yeni dövrün tələblərinə uyğunlaşdırmaqdan ibarətdir. Bu istiqamətdə artıq mühüm addımlar atılıb. Belə ki, məhkəmə-hüquq islahatlarının dərinləşdirilməsi çərçivəsində təqdim olunmuş ilk qanunvericilik aktları paketi bu ilin iyul ayında Milli Məclis tərəfindən qəbul edilib. Həmin qanunlar 2020-ci il yanvarın 1-dən qüvvəyə minəcək. Hazırda isə ikinci qanun layihələri paketi Milli Məclisdə müzakirəyə çıxarılıb. Bu qanun layihələri isə vahid məhkəmə təcrübəsinin formalaşdırılması və özəl məhkəmə ekspertizasının təşkili kimi iki əsas istiqaməti əhatə edir. Bununla əlaqədar 12 Qanuna, o cümlədən Mülki Prosessual, Cinayət-Prosessual, İnzibati Prosessual, İnzibati Xətalar məcəllələrinə, "Məhkəmələr və hakimlər haqqında", "Məhkəmə-Hüquq Şurası haqqında", "Dövlət məhkəmə ekspertizası haqqında", "İnzibati icraat haqqında", "Vəkillər və vəkillik fəaliyyəti haqqında" qanunlara dəyişikliklərin edilməsi nəzərdə tutulur.

Qeyd etməliyəm ki, mübahisələrin aradan qaldırılması üçün xüsusi məhkəmələrin yaradılması haqqında qanunvericilik təşəbbüsü də təmin edilib, qanunvericilikdə bu sahədə qaldırılan məsələlər öz əksini və təsdiqini tapıb.

Digər əsas məqamlardan biri də odur ki, məhkəmələrə kənardan hər hansı müdaxilənin, təsirin aradan qaldırılması və cəmiyyətdə hüquqi xarakter daşıyan mübahisələrin, hərəkətlərin və davranışların məhkəmə vasitəsilə obyektiv şəkildə araşdırılması və hüququ pozulan vətəndaşların hüquqlarının bərpa olunmasının daha da önə çəkilməsidir. Bu proses artıq başlayıb.

Dövlət başçısının imzaladığı məlum Fərmandan irəli gələrək müvafiq sahəvi qanunların təkmilləşdirilməsi baxımından da zəruri addımlar atılır. Fərmanın icrası çərçivəsində müvafiq icra hakimiyyəti orqanları tərəfindən ədliyyə və məhkəmə fəaliyyətini tənzimləyən 40-dək normativ aktın layihələri hazırlanıb, o cümlədən sahibkarlıq fəaliyyəti ilə bağlı mübahisələrə daha dərin hüquqi bilik və təcrübəsi olan hakimlər tərəfindən baxılmasını təmin etmək məqsədilə yeni ixtisaslaşmış məhkəmələrin yaradılması ilə bağlı yeni qanun qəbul olunaraq kommersiya və həmçinin inzibati məhkəmələr təsis edilib.

Ədalət mühakiməsinin səmərəliliyinin artırılmasında hakimlərin ixtisaslaşmasına mühüm əhəmiyyət verilərək onların konkret sahələr üzrə, o cümlədən iqtisadi və maliyyə məsələlərinə, qanunvericilikdəki yeniliklərə və digər mövzulara dair tədris tədbirlərinə cəlb olunması təmin edilir. Bundan əlavə, hakimlərin iş yükünün azaldılmasına xidmət edən məqsədyönlü tədbirlər görülüb, o cümlədən məhkəmə baxışının tezliyinin təmin olunması məqsədilə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat proseduru təsbit olunub, iqtisadi mübahisələr üzrə icraatın yalnız elektron qaydada - "Elektron məhkəmə" informasiya sistemi vasitəsilə aparılması, habelə həmin işlər üzrə məhkəmə proseslərinin fasiləsiz audio-video yazılışı təmin edilib, mübahisəsiz pul və əmlak tələbləri ilə bağlı işlərin məhkəmədən kənar, elektron qaydada notariusun icra qeydi ilə asan həlli imkanı yaradılıb, icra icraatı üzrə xitam və dayandırma səlahiyyətləri icra məmurlarına verilib.

Onu da qeyd etmək vacibdir ki, Fərmanın icrası üzrə görülən işlər beynəlxalq aləmdə də təqdir olunur, o cümlədən Dünya Bankının "Doing Business 2020" hesabatında yeni ixtisaslaşmış məhkəmələrin yaradılması, məhkəmə fəaliyyətinin rəqəmsallaşdırılması, elektron məhkəmə sisteminin təkmilləşdirilməsi, mediasiya institutunun tətbiqi üzrə görülən tədbirlər müsbət nəticələr kimi əks olunmuşdur.

Mübahisələrin məhkəmədən kənar həlli vasitələrinin genişləndirilməsi məqsədilə mediasiya institutunun ölkəmizdə tətbiqi ilə bağlı yeni qanunun qəbulunu ayrıca qeyd etmək zəruridir. Növbəti ildən tətbiq ediləcək "Mediasiya haqqında" Qanunun implementasiyası ilə əlaqədar müvafiq icra hakimiyyətləri tərəfindən çoxsaylı normativ sənəd layihələrinin hazırlanaraq qəbul olunması, Mediasiya Şurasının yaradılması, mediasiya üzrə təlimçilərin, mediatorların hazırlanması, hakimlərin bu sahədə təlimatlandırılması, əhatəli maarifləndirmə tədbirlərinin təşkil olunması və s. ilə bağlı mühüm addımlar atılıb.

Qeyd olunanlardan əlavə apelyasiya və kassasiya instansiyası məhkəmələrinin kollegiyalarında müəyyən kadr islahatlarının aparılması da bütün səviyyələrdə məhkəmə işinin yüksək şəkildə qurulmasına istiqamətlənib. Bir sözlə, hakimlərin iş yükünün azaldılması və məhkəmə fəaliyyətinin keyfiyyətinin artırılması məqsədilə Fərmanla hakimlərin ştat sayının 200 vahid artırılması mühüm əhəmiyyət kəsb edir.

Bununla yanaşı, məhkəmələrdə süründürməçilik və digər mənfi hallara qarşı hər zaman qəti tədbirlərin görüldüyünü, Məhkəmə-Hüquq Şurası tərəfindən son illər 200 hakim barəsində intizam icraatının başlanıldığını, 130 hakimin qanunvericiliklə nəzərdə tutulmuş müxtəlif əsaslarla fəaliyyətinin qeyri-məqbul qiymətləndirilməsini və səlahiyyət müddətinin uzadılmamasını, habelə intizam qaydasında, o cümlədən korrupsiyaya şərait yaradan hüquqpozmalara yol verdiklərinə görə bir çox hakimin məhkəmə sistemindən kənarlaşdırılmasını yeni dövrə transformasiyanın tərkib hissısi kimi də qəbul etmək olar.

Hesab edirəm ki, bütün bu görülən müsbət işlərlə yanaşı hakim korpusunun əmək haqqının artırılması, hakimlərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atılan digər addımlar islahatların kompleks şəkildə aparıldığını bir daha təsdiq edir.

Fikrimcə məhkəmə-hüquq sistemi ilə bağlı islahatlar nəzərdə tutulan plan üzrə həyata keçirilir və qarşıdakı dövrdə biz bu sahədə yeni qərarların qəbul olunacağını da görəcəyik. İnanıram ki, bu islahatlar vətəndaşlarda ədalət mühakiməsinə olan inamı daha da artıracaq və bütün narahatedici məqamları aradan qaldıracaq.
Bununla yanaşı mövcud problemlər ciddi şəkildə araşdırmalı, vətəndaşarı narazı salan bütün məqamlar aradan qaldırılmalı, Avropa İnsan Hüquları Məhkəməsinin ölkəmizə qarşı çıxartdığı qərarlar təhlil edilməli və buna səbəb olan halların qarşısını almaq üçün təsirli addımlar atılmalıdır.

Sonda isə onu da vurğulamaq istərdim ki, məhkəmə hüquq islahatları haqqında mütəmadi məlumatların ictimaiyyətə verilməsinə və bu mövzuda mütəmadi ictimai dinləmələrin keçirilməsinə ciddi ehtiyac var.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 532   Tarix: 12 noyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Azərbaycanda taksilər ağ və qırmızı rəngdə olacaq

Taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin xarici tərtibatına dair tələblər müəyyənləşib. APA-ya istinadən xəbər verir ki, bu, Nazirlər Kabinetinin bu gün təsdiqlədiyi "Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə oluna

28 mart
.

Şeksprin gizli bacısı məlum oldu - ARAŞDIRMA

Ədəbiyyat tarixində iz qoymuş XVI əsr ingilis şairi Uilyam Şekspirin naməlum qardaşının olduğu üzə çıxıb. xarici mənbəyə istinadən xəbər verir ki, İngiltərənin Bristol Universitetində aparılan tədqiqatın nəticələri dərc olunub. Şekspirin atası tərəfindən yazıldığı düşünülən və uzun müddətdir itən sənədi

29 mart
.

13 yaşlı Zəhranın dəstəyə ehtiyacı var: "Əməliyyat məbləğini toplaya bilmirik" - FOTO

13 yaşlı Zəhra Hacılı B-hüceyrə kəskin mieloblast leykoz M2 (qan xərçəngi) xəstəliyindən əziyyət çəkir. Bu barədə -a onun atası İlkin Hacıyev məlumat verib. O bildirib ki, qızı iki ildir ki, bu xəstəliklə mübarizə aparır:. "Hazırda qızım Milli Hematoalogiya və Transfuziologiya Mərkəzində müalic

28 mart
.

Azərbaycanda məşhur müğənni ikinci dəfə ərə gedəcək - VİDEO

Tanınmış müğənni İlahə İbadovanın toyu olacaq. Bu barədə sənətçi ATV-nin "Rəngarəng səhər" verilişində məlumat verib. O, ikinci dəfə ailə quracağını və artıq üzüklərin taxıldığını bildirib. Həmin görüntüləri təqdim edirik:

29 mart
.

Tufan Axundov vəfat etdi

Tufan Axundov vəfat etdi. AMEA-nın Arxeologiya və Antrologiya İnstitutunun professoru, arxeoloq Tufan İshaq oğlu Axundov dünyasını dəyişib. Qaynarinfo-nun məlumatına görə, o, 76 yaşında vəfat edib. Qeyd edək ki, mərhum 1948-ci ildə Bakı şəhərində anadan olub. T. Axundov öz qazıntıları və tədqiqatlar

29 mart
.

Sabirabadda avtomobil at arabasına çırpıldı: Xəsarət alanlar var

Sabirabadda ağır yol-nəqliyyat hadisəsi baş verib. "Report"un Aran bürosunun məlumatına görə, Xəlfəli kəndində minik avtomobili at arabası ilə toqquşub. Qəza nəticəsində rayon sakinləri - 1984-cü il təvəllüdlü Səmid Fərhad oğlu Həsənov və 1998-ci il təvəllüdlü Qonsur Maqsud oğlu Mirzəyev müxtəli

29 mart
.

7-8 il əzab verdiyi arvadı gözünü itirib...

Bakıda həyat yoldaşına əzab verməkdə təqsirləndirilən 1986-cı il təvəllüdlü Y. Bektimirovun məhkəməsi başa çatıb. "Qafqazinfo" xəbər verir ki, A.Bektimirovaya müxtəlifdərəcəli xəsarətlər yetirən, eləcə də onun bir gözünü itirməsinə səbəb olan şəxs Cinayət Məcəlləsinin 133.2.6-cı (Əzab vermə

28 mart
.

İcra başçısının qardaşının qətlinə görə tutulan oğula hökm oxundu

Lənkəran İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun qardaşı Azər Qaraşovun qətli ilə bağlı cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. APA-ya istinadən xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Cəlil Nəbiyevin sədrliyi ilə keçirilən prosesdə hökm elan olunub. Hökmə əsasən, təqsirləndirilə

28 mart
.

Yusif Qədimbəyli cərimələnir

Sədərək firmasına inzibati protokol yazılıb. -ın xəbərinə görə, protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 518.1-ci (Mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə v

29 mart