Gəncədə AFFA-nın layihəsi əsasında yaradılmış komanda - VİDEOREPORTAJ

Gəncədə AFFA-nın layihəsi əsasında yaradılmış komanda - VİDEOREPORTAJAFFA-nın "Məktəblərdə futbol dərsi" layihəsi Gəncə şəhərində 4 məktəbdə tətbiq olunur.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, onlardan biri də Gəncə şəhər 3 saylı tam orta məktəbdir.

Burada 2015-ci ildən futbol dərsləri keçirilir. Dərslərin nəticəsində üzvləri orta məktəb şagirdləri olan 12-13 yaşlı qızlardan ibarət "Tomris" adlı futbol komandası da yaradılıb.

Gəncə şəhər 3 saylı tam orta məktəbin direktoru Vüsalə Səfərova deyir ki, bu addım bir təhsil işçisi kimi onu da sevindirib: "Sağlam bədəndə sağlam ruh, sağlam düşüncə olar" prinsipi ilə şagirdlərin asudə vaxtlarını bu cür səmərəli keçirməsi bizim və onların özləri üçün xoşdur. Əvvəlki dövrlərə baxanda valideynlərin də övladlarının futbol oynamalarına, yarışlara getmələrinə maraqları artıb. Yeni yaranmasına baxmayaraq, "Tomris" komandası respublika səviyyəli yarışlarda birinci ildə 4-cü, 2-ci ildə isə 2-ci yerə layiq görülüb. Bu komanda AFFA tərəfindən idman ləvazimatları ilə təmin olunub. Buna görə həm təhsil işçisi, həm də valideyn kimi AFFA-ya dərin təşəkkürümü bildirirəm".
Gəncədə AFFA-nın layihəsi əsasında yaradılmış komanda - VİDEOREPORTAJ"Tomris"in məşqçisi və məktəbin Bədən tərbiyəsi müəllimi Natiq Mehrəliyevin sözlərinə görə, AFFA-nın köməyi ilə bu məktəbdə qızlardan ibarət "Tomris" komandasının yaradılması müəllim və şagirdlərlə yanaşı, valideyinlərin də futbola həvəslərini artırıb: "Bu komanda U-13 liqasında çıxış edir. Yarışlara dəfələrlə qatılaraq, nailiyyətlər əldə etmişik. AFFA bu gün də bizə köməyini göstərir. Komanda yaradıldığı gündən məktəbdə müəllim və şagirdlərlə yanaşı, valideyinlərin də futbola həvəsi artıb. Qızlardan ibarət olan bu komandanın üzvləri zamanla daha da çoxalır. Biz də çalışırıq ki, komandamızın nailiyyətləri daha çox olsun. Məqsədimiz futbolu inkişaf etdirməkdir".

Gəncədə AFFA-nın layihəsi əsasında yaradılmış komanda - VİDEOREPORTAJ"Məktəblərdə futbol dərsləri" layihəsinə şagirdlərin də marağı çoxdur. VI sinif şagirdi və "Tomris" komandasının üzvü Əsma Əsgərova bu dərslərdən sonra futbola marağının daha da artdığını bildirib: "Futbola böyük həvəsim var. Bu həvəsi məşqçi-müəllimimiz yaradıb. AFFA isə bizə lazım olan forma və toplar verib. İstəyirəm ki, böyüyəndə futbolçu olum".

Gəncədə AFFA-nın layihəsi əsasında yaradılmış komanda - VİDEOREPORTAJMəktəbin VII sinif şagirdi Həqiqət Bayramova isə böyüyəndə futbolçu olmaq arzusunu dilə gətirib: "Ailəm də mənim futbolçu olmağımı istəyirdi. Buna görə futbol məşqlərinə qatıldım. Bizə AFFA-dan toplar və digər ləvazimatlar verilib. Özüm də böyüyəndə futbolçu olmaq istəyirəm".

Gəncədə AFFA-nın layihəsi əsasında yaradılmış komanda - VİDEOREPORTAJLayihə əsasında bu məktəbdə futbol dərsi keçən məşqçi Orxan Verdiyevin bildirdiyinə görə, futbol dərslərinə V, VI və VII sinif şagirdləri cəlb olunublar. Məktəbdə həmin siniflərə uyğun 6 qrup var və ümumilikdə 85 şagirdə məşq keçilir. Onlardan 38-i qız, 47-si oğlandır. Verdiyev deyir ki, bu layihənin tətbiqindən sonra məktəbdə xeyli inkişaf var: "Uşaqların futbola yanaşma tərzi, futbol təfəkkürü və futbola olan sevgiləri artıb. Dərslərimizin əyləncəli olmasına çalışırıq ki, uşaqlar daha həvəslə gəlsinlər. Onların futbola bu cür yanaşmaları bir məşqçi kimi bizləri də sevindirir".
Gəncədə AFFA-nın layihəsi əsasında yaradılmış komanda - VİDEOREPORTAJO.Verdiyev AFFA-nın uşaqları futbol məşqləri üçün lazımi ləvazimatlarla təmin etdiyini, bunun valideyinlər tərəfindən də müsbət qarşılandığını vurğulayıb. Onun sözlərinə görə, qız valideyinləri əvvəllər övladlarının bədən tərbiyəsi və idman dərsində futbol oynamalarına icazə vermirdilər. Amma bu layihədən sonra oğlanlardan çox qızlar daha həvəslidirlər: "Layihənin üstün tərəflərindən biri də odur ki, futbol məktəblərinə gedə bilməyən uşaqlar oxuduqları məktəbdəcə futbolu öyrənir və asudə vaxtlarından səmərəli, sağlam yararlanırlar. Həftə ərzində 2 saat olan (4-cu və 5-ci günlər) bədən tərbiyəsi dərsinin 1 saatı ərzində futbol dərsi keçilir. Layihə 4 ildir bu məktəbdə davam edir və ona maraq ildən-ilə artır".

Qeyd edək ki, 2009-cu il oktyabrın 12-də Bakının Badamdar qəsəbəsində yerləşən 239 saylı orta məktəbdə AFFA ilə Təhsil Nazirliyi arasındakı əməkdaşlıq müqaviləsi çərçivəsində "Məktəblərdə futbol dərsi" layihəsinə start verilib. Layihə Azərbaycan üzrə 45 məktəbi əhatə edir.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 1656   Tarix: 12 noyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Boliviya klubunun gənc forvardı məşq zamanı öldü

Boliviyanın elit divizionunda çıxış edən "Real Santa Cruz" futbol komandasının kolumbiyalı hücumçusu Gilyerme Denis Beltran 24 yaşında vəfat edib. Faciə Beltranın meydanda səhər məşqi zamanı baş verib. O, ürək-damar fəaliyyətinin dayanması səbəbindən huşunu itirib. Futbolçu dərhal xəstəxanay

23 mart
.

Azərbaycanda baş məşqçinin hakimi döyməsinin görüntüləri - VİDEO

Azərbaycanda baş məşqçinin hakimi döyməsinin görüntüləri yayılıb. Bununla bağlı videonu yayıb. Belə ki, martın 17-də U-13 liqası çərçivəsində keçirilən "Turan Tovuz" FK - "Azəri" (Gəncə) oyununun 15-ci dəqiqəsində qonaqların baş məşqçisi Elşən Əliyev baş hakimi təhqir edib. Yayıla

28 mart
.

Karlos Sayns "Formula-1" Avstraliya Qran Prisinin qalibi olub

"Ferrari" komandasının ispaniyalı pilotu kiçik Karlos Sayns Avstraliyada "Formula-1" çempionatının üçüncü mərhələsinin qalibi olub. Yarış Melburndakı Albert Park trekində baş tutub. Onun moneqasklı komanda yoldaşı Şarl Lekler ikinci yeri tutub. İlk üçlüyü "Maklaren"dən britaniyal

24 mart
.

Avropanın ən bahalı oyunçularının simvolik komandası - SİYAHI

Transfermarkt Avropanın ən bahalı oyunçularından ibarət simvolik komandasını hazırlayıb. xarici mediaya istinadla həmin komanda üzvlərini təqdim edir. Qapıçı: Dioqa Koşta 945 milyon avro, Portuqaliya). Müdafiəçilər: Yoşko Qvardiol (75 milyon avro, Xorvatiya), Ruben Diaş (80 milyon avro, Portuqaliya)

25 mart
.

Azərbaycanlı kikboksçu "Glory 91" yarışında iştirak edəcək

Azərbaycanlı kikboksçu Bəhram Rəcəbzadə Fransanın paytaxtı Parisdə "Glory 91" yarışında iştirak edəcək. xəbər verir ki, döyüşçümüz turnirdə özünü yeni çəkidə sınayacaq. O, ağır yox, yüngül ağır - 91 kq-dan aşağı çəkidə çıxış edəcək. Bəhramın rəqibi yerli idmançı Kevin Oumar (33-4) olacaq. "Glor

24 mart
.

"Qarabağ"ın qapıçısı gələcəklə bağlı planlarını açıqlayıb

"Qarabağ"ın rusiyalı qapıçısı Andrey Lunyov gələcəklə bağlı planlarını açıqlayıb. "Report"un "Sovsport"a istinadən məlumatına görə, 32 yaşlı futbolçu hazırda bütün diqqətini Rusiya millisinə və "Qarabağ"a yönəltdiyini bildirib. "Hələlik diqqətimi millini

22 mart
.

"Yəqin ki, "McDonald’s"da işləyəcəkdim" - Ronaldo

"Əl-Nəsr"in hücumçusu Kriştiano Ronaldo karyerasını "Sportinq"də başa vurmağı planlaşdırdığını bildirib. "Qafqazinfo" TCR-yə istinadən xəbər verir ki, portuqaliyalı futbolçu deyib: "Karyeramı "Sportinq"də başa vuracağam. Bu kluba qayıtmaq istəyirəm. Portuqaliy

20 mart
.

Azərbaycan gimnastları Dünya Kubokunda finala yüksəliblər

Aerobika gimnastikası üzrə Azərbaycan millisinin üzvləri Portuqaliyanın Kantanhede şəhərində keçirilən Dünya Kubokunda finala yüksəliblər. xəbər verir ki, yığmanın heyətində Mədinə Mustafayeva, Vladimir Dolmatov və Dilarə Qurbanovadan ibarət üçlük həlledici mərhələdə iştirak hüququ qazanıb. Martın 22-s

24 mart
.

Devid Bekhem niyə Viktoriya ilə evlənmək qərarına gəldiyini AÇIQLADI

48 yaşlı məşhur ingilis futbolçu 25 ilə yaxındır ki, müğənni və dizayner Viktoriya Bekhemlə evlidir. xarici mediaya istinadla bildirir ki, cütlük şou-biznesin ən güclülərindən biri hesab olunur. Birlikdə cütlük çox şey yaşayıb və dörd uşaq böyüdüb. Devid Bekhem bu yaxınlarda niyə "Spice Girls"

24 mart