Avtovağzalda özbaşınalığa son qoyulacaq - Yoxlamalar başladı

Avtovağzalda özbaşınalığa son qoyulacaq - Yoxlamalar başladıAzərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Apelyasiya Şurası Bakı Beynəlxalq Avtovağzal Kompleksinin fəaliyyətinin yoxlanması barədə qərar qəbul edib.

Sonxeber.az Teleqraf.com-a istinadən xəbər verir ki, 25 oktyabr 2019-cu il tarixində Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Apelyasiya Şurası Bakı Beynəlxalq Avtovağzal Kompleksindən istifadə edən sərnişinlərin təhlükəsizliyi ilə bağlı məsələlərin vacibliyini nəzərə alaraq, Bakı Beynəlxalq Avtovağzal Kompleksinin fəaliyyətinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2009-cu il 05 fevral tarixli, 22 nömrəli qərarı ilə təsdiq edilmiş "Avtovağzal və avtostansiya haqqında Əsasnamə"nin tələblərinə uyğun təşkil edilməsi baxımından yoxlanılması barədə qərar qəbul edib.

Qərarda Nazirliyin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə "Lisenziyalar və icazələr haqqında", "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında", "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" Azərbaycan Respublikasının qanunlarının tələlərinə əməl edilməklə Bakı Beynəlxalq Avtovağzal Kompleksinin fəaliyyətinin ona verilmiş pasportun tələblərinə uyğun olmasının yoxlanılması istiqamətində tədbirlərin görülməsini təmin etmək tapşırılıb.

Məlum olduğu kimi, artıq uzun müddət idi ki, Bakı Beynəlxalq Avtovağzalı Kompleksində baş verən özbaşınalıqlar, o cümlədən, bu və ya digər istiqamətlərə (o cümlədən xarici ölkələrə) gedən avtobusların yuxarıda sözügedən Əsasnamənin tələblərinə zidd olaraq platformalardan kənarda, Avtovağzal Kompleksinin ərazisi hüdudlarından kənarda sərnişin toplaması, sərnişinlərə ictimai iaşə xidmətinin təşkilində, onların təhlükəsizliyi, şəhərlərarası (rayonlararası) beynəlxalq müntəzəm marşrutlar üzrə hərəkət cədvəllərinin pozulması, hər bir marşrut üzrə avtobusların "Avtovağzallar və avtostansiyalar haqqında Əsasnamə"nin tələblərinə uyğun verilən pasportun göstəriciləri ilə müəyyən olunan perronlarla əlaqəsi olan platformalarda dayanması və sair xüsusatlarla bağlı narazılıqlar geniş ictimai müzakirələrə çıxarılmış və bu nöqsanların, özbaşınalıqların qarşısının alınması üçün ayrı-ayrı hüquqi və fiziki şəxslər tərəfindən Nazirliyə və digər əlaqədar təşkilatlara çoxsaylı müraciətlər olunub. Çoxsaylı müraciətlər və Avtovağzal ərazisində hökm sürən özbaşınalıq, idarəetmədəki səriştəsizliklə əlaqədar Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Apelyasiya Şurasına daxil olmuş şikayət araşdırılmış və Apellyasiya Şurası tərəfindən müvafiq qərar qəbul edilib.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1746   Tarix: 13 noyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Nazirdən Nəzrinlə Mərdana hədiyyə

Gənclər və İdman Naziri Fərid Qayıbov ötən gün toyu olan müğənni Mərdan Kazımov və influenser Nəzrin Nəcəfovaya hədiyyə yollayıb. Bununla bağlı Mərdan paylaşım edib. "Nazirimiz Fərid Qayıbov da bizi toy günü unutmadı. Təşəkkür edirik", - deyə, Kazımov bildirib. OLAY-ın əldə etdiyi məlumat

23 aprel
.

Övladları Rəşad Dağlının 40 yaşını belə təbrik etdi - VİDEO

Ötən gün meyxanaçı Rəşad Dağlının 40 yaşı tamam olub. xəbər verir ki, onun övladları Yusif və Betül atalarını təbrik edib, daha sonra kiçik ad günü tortunun şamlarını üfürüblər. Hazırda həbsdə olan Rəşad Dağlını həmkarı Baləli də təbrik edib. O meyxanaçının ad günün gələn il öz evində qeyd etməsini arzulayıb

22 aprel
.

Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib? (TƏFƏRRÜAT)

Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru, Milli Məclisin üçüncü və dördüncü çağırış deputatı Abel Məhərrəmovun adı keçən torpaq qalmaqalının detalları məlum olub. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, qalmaqala səbəb Abel Məhərrəmovun Xızı rayonunun Altıağac qəsəbəsindəki əmlakı ilə bağlıdır

23 aprel
.

Prezidentin xüsusi nümayəndəliyindən Xankəndinin ilk körpəsi ilə bağlı paylaşım

Xəbər verdiyimiz kimi, antiterror tədbirləri nəticəsində işğaldan azad edilmiş ərazilərimizdə ilk körpə dünyaya gəlib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Xankəndi, Ağdərə, Xocalıda prezidentin xüsusi nümayəndəliyi də məlumat yayıb. "Xankəndi şəhərində çalışan Azərbaycan Dövlət Su Ehtiyatlar

23 aprel
.

Azərbaycanda DƏHŞƏT: 32 yaşlı kişi arvadı və bibisi oğlu tərəfindən öldürüldü - İDDİA - FOTO - VİDEO

Azərbaycanda 32 yaşlı kişi arvadı və bibisi oğlu tərəfindən öldürülüb. xəbər verir ki, bunu ARB televiziyasında yayımlanan "Səni Axtarıram" verilişinə çıxan Tehran adlı qadın bildirib. Qadın söyləyib ki, oğlunu 3 ildir ki itirib:. "Oğlumu öz kiçik bacımın qızı ilə evləndirmişdim. Mən

23 aprel
.

Elçin Əfəndiyev əməliyyat olunub

Xalq yazıçısı Elçin Əfəndiyev İstanbulda əməliyyat olunub. xəbər verir ki, bu barədə APA-ya Xalq yazıçısı özü məlumat verib. O, əməliyyatın iki gün əvvəl baş tutduğunu bildirib. Yazıçı əməliyyatın uğurlu keçdiyini qeyd edib

22 aprel
.

"Azərbaycan-Rusiya əlaqələri dövlətlərimizin başçılarının siyasi iradəsinə uyğun olaraq hazırda sürətlə inkişaf etdirilir" - DEPUTAT

"Cənab prezident lham Əliyevin Moskvaya səfəri iki ölkə arasında münasibətlərin inkişafında yeni səhifə açacaq". Bunu -a danışan deputat Cavanşir Paşazadə bildirib. Deputat qeyd edib ki, tarixin müxtəlif məqamları ölkələrimizi, xalqlarımızı daha da yaxınlaşdırır, münasibətlərimizin gələcəkd

23 aprel
.

Firəngiz Mütəllimova Xocalıda - Foto

Xalq artisti Firəngiz Mütəllimova bu dəfə Xocalıya yollanıb. Axşam.az xəbər verir ki, aktrisa çəkdirdiyi şəkli instaqram izləyiciləri ilə bölüşüb. "Bu günə şükür. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa diləyirəm" deyə, F.Mütəllimova paylaşımına yazıb

23 aprel
.

"Azərbaycan-Rusiya arasında əlaqələrin sürətli inkişafı qarşıdakı dövrdə də uğurla davam etdiriləcək" - DEPUTAT

"Azərbaycan-Rusiya münasibətlərinin inkişafı bütövlükdə regionun bölgədə sülhün və təhlükəsizliyin təmin olunmasına xidmət edir". Bunu -a danışan deputat İqbal Məmmədov bildirib. Deputat qeyd edib ki, Azərbaycan-Rusiya əlaqələri də dövlətlərimizin başçılarının siyasi iradəsinə uyğun sürətl

23 aprel