Məişətdə maye qazdan istifadə edənlər üçün qiymət dəyişməyəcək
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) məişətdə maye qazdan (LPG) istifadə edən əhali qrupunun ehtiyacını nəzərə alaraq, bu məhsulun əvvəlki qiymətlə istehlak bazarına təmin olunması barədə razılıq əldə edib.
Bunu "Report"a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov bildirib.
Onun sözlərinə görə, LPG-ni məişətdə istifadə edənlər üçün bu məhsulun qiymətinin artırılmaması barədə təchizatçı şirkətlə razılıq əldə olunub: "LPG-nin əhaliyə satış qiymətinin formalaşdırılması birbaşa SOCAR-ın səlahiyyətində olmasa da, bu məhsulun istehsalçılarından biri kimi biz dövlət və cəmiyyətin maraqlarının maksimum mümkün dərəcədə təmin olunması üçün təchizatçılarla məşvərətlər və danışıqlar apardıq. Təklifimiz müsbət qarşılandı və beləliklə, SOCAR-ın ölkə daxilində istehsal etdiyi LPG həcmləri əvvəlki qiymətə (45 qəpik) əhaliyə satılacaq. Təchizatçı şirkət SOCAR-dan əldə etdiyi LPG həcmlərini məişətdə maye qaz balonlarından istifadə edən müştərilərə satacaq və balonların müştərinin ünvanına çatdırılmasını təmin edəcəkdir.
Ölkə daxilində istehsal edilən LPG hazırda bazar tələbatının yalnız bu hissəsini birbaşa qarşılayır. Tələbatın qalan hissəsi hazırda idxal hesabına təmin olunur. Təchizatçı şirkət idxal etdiyi LPG həcmlərini yanacaqdoldurma məntəqələrinə yönləndirir. Avtonəqliyyatın istifadəsinə yönləndirdiyi maye qazın satış qiyməti isə dövlət və ya SOCAR-ın müdaxiləsi olmadan idxal şərtləri əsasında formalaşır".
SOCAR rəsmisi qeyd edib ki, hazırda kimya sənayesində LPG-yə tələbat artıb: "SOCAR-ın ölkə daxilində istehsal etdiyi LPG həcmləri də, əsasən, kimya sənayesində xammal kimi istifadə olunur. Hazırda "Azərikimya"nın Etilen-polietilen zavodunda dövri təmir işləri tam olaraq yekunlaşmayıb. Bu işlər başa çatdıqdan sonra SOCAR-ın Heydər Əliyev adına NEZ-də istehsal olunan LPG "Azərikimya"nın zavoduna yönləndiriləcək.
Ölkədə LPG-yə tələbat artdığına görə, təchizatçı şirkət avtonəqliyyat vasitələrində istifadə edilən LPG həcmlərini idxal hesabına qarşılayır və avtonəqliyyat üçün LPG-nin satış qiymətini məhz idxal şərtləri əsasında müəyyən edir. "SOCAR Petroleum" da digər YDM şəbəkələri kimi LPG-ni hazırda məhz idxal şərtləri əsasında formalaşan bu qiymətdən əldə edir".
Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial Baxılıb: 2061 Tarix: 13 noyabr 2019
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşMəşhur pediatorun intihar səbəbi bu imiş
Xəbər verdiyimiz kimi, bu gün tanınmış həkim, sabiq baş pediator Nəsib Quliyev intihar edib. Həkimin intiharına səbəb depressiya olub. O, bağ evində tək yaşayırmış, ailəsi ilə münasibətləri də isti olmayıb. Bildirilir ki, oğlu uzun illərdir Ukraynada yaşayır və atası ilə heç bir əlaqə saxlamırmış. Həkimi
24 aprelTürkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Şirvan Apellyasiya Məhkəməsində hədə-qorxu ilə tələb etmədə Cəbrayil Məmmədovun (şərti) barəsindəki hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti məhkəmə iclası başa çatıb. xəbər verir ki, hakim Elşad Əliyevin sədrliyi ilə keçiriləcək prosesdə qərar elan olunub. Qərara əsasən, protes
25 aprelSabiq baş pediatrın intiharı ilə bağlı CİNAYƏT İŞİ AÇILDI - YENİLƏNİB
Respublikanın sabiq baş pediatrı Nəsib Quliyevin intiharı ilə bağlı cinayət işi başlanılıb. Bu barədə -a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, 1951-ci il təvəllüdlü Quliyev Nəsib Cəfər oğlunun aprelin 24-də yaşadığı evdə odlu silahdan atəş açaraq intihar etməsi faktı il
24 aprelRamzan Kadırovda yeni xəstəlik tapıldı, varisi hazırlanır - İDDİA
Çeçenistan lideri Ramzan Kadırov ağır xəstədir. İndi Kreml ölümü və ya səhhətinə görə əmək qabiliyyətini itirməsi halında onun yerinə kimin keçəcəyini düşünür. -ın xarici mediaya istinadən xəbərinə görə, "Novaya qazeta Europe" məqaləsində deyildiyi kimi, 2019-cu ilin yanvarında həkimlər on
24 aprelElmira Süleymanovanın dəfn olunacağı yer BİLİNDİ - YENİLƏNİR
Bu gün vəfat edən Azərbaycanın ilk Ombudsmanı Elmira Süleymanovanın dəfn olunacağı yer bilinib. xəbər verir ki, E.Süleymanova İkinci Fəxri xiyabanda dəfn olunacaq. 14:27. Bu gün vəfat edən Azərbaycanın ilk Ombudsmanı Elmira Süleymanova ilə vida mərasimi keçirilir. xəbər verir ki, mərasim Təzəpir məscidind
25 aprelSabah 31° isti olacaq
Aprelin 26-da Azərbaycanda müşahidə ediləcək hava proqnozu açıqlanıb. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirlib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-şər
25 aprelNəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Ötən gün intihar edən tanınmış həkim, ölkənin sabiq baş pediatoru Nəsib Quliyevin özünü öldürməsinin səbəbləri haqda sensasiyalı məlumat daxil olub. -a istinadən xəbər verir ki, ötən gün ailə istintaq orqanına dəvət edilib və N.Quliyevin intihar öncəsi yazdığı məktubla ailə üzvləri tanış edilib. İddiay
25 aprel