"Uşağı dilənçiliyə yaxın qohumları sövq edir"-Kəmalə Ağazadədən azyaşlı dilənçilərlə bağlı AÇIQLAMA

"Uşağı dilənçiliyə yaxın qohumları sövq edir"-Kəmalə Ağazadədən azyaşlı dilənçilərlə bağlı AÇIQLAMAXəbər verdiyimiz kimi, ötən günlərdə sosial şəbəkələrdə dilənçiliklə məşğul olan azyaşlı uşağın videosu yayılıb. Uşağın pul istədiyi avtomobilin sürücüsü görüntüləri çəkərək sosial şəbəkədə paylaşıb. Maraqlısı budur ki, videogörüntüyə düşən azyaşlı dilənçi uşağına bənzəmirdi və avtomobil sahibindən "Qurban olum ay əmi, bircə manat ver çıxım gedim" deyərək imdad diləyirdi.

Bununla bağlı Sonxeber.az- a danışan Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə açıqlamasında belə videolarla tez- tez qarşılaşdıqlarını və Daxili İşlər Nazirliyinin mütəmadi olaraq reydlər keçirərək səfil həyatı keçirən uşaqları araşdırdıqlarını deyib:

"Arada belə videoları mən də görürəm və qeyd edim ki, Daxili İşlər Nazirliyi səfil həyat tərzi sürən uşaqlarla bağlı mütəmadi olaraq reydlər keçirir və həmin uşaqları bu işə məcbur edən insanları inzibati qaydada cəzalandırır, cərimələyir və belə uşaqları müəssisələrə yönəldirlər. Bizə gələn uşaqların içərisində də Daxili İşlər Nazirliyinin yerli bölmələri tərəfindən aşkarlanan belə uşaqlar var.
Kəmalə Ağazadə qeyd edib ki, adətən belə uşaqların küçələrdə dilənçilik etməsi onlara havadarlıq edən şəxslər tərəfindən aparılır. O, həmçinin açıqlamasında uşağın diləndirilməsinin cinayət işi olduğunu və bu məsələdə iştirak edən şəxslərin birbaş cinayət məsuliyyəti daşıdığını deyib:
"Uşağı buna vadar edən özü deyil, onun düşdüyü mühitdir. Uşaqları bu işə daha çox himayədarları, valideynləri məcbur edir. Biz mətbuata belə hallarla bağlı çoxsaylı məlumatlar vermişik. Keçən il bir uşağı salfet satan yerdə görmüşdük. Biz həmin uşağı neçə ay izlədik və axırda məlum oldu ki, o uşağın arxasında bir qrup var. Həmin insanlar isə öz yaxın qohumlarıdır. Məsələ ilə bağlı İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinə müraciət etdik. Qeyd edim ki, həmin uşaq artıq sığınacaqda yerləşdirilib. Bildirim ki, uşağı bu kimi işlərə vadar edən insanlar bu gün məhkəmə qarşısına çıxırlar".

Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə həmçinin adı çəkilən videoya da münasibət bildirib:
"Cəmiyyətə üzümü tutub demək istəyirəm ki, həmin uşaqlar sizə deyəndə pul ver, verməyin! Əslində siz bu uşaqları dilənçiliyə sövq edirsiniz. Olmaz! Uşaq bu gün qəpiyə yaxın durmursa, bir azdan manata da yaxın durmayacaq, get- gedə başqa işlərə də sövq olunacaq, onu nələrəsə cəlb edəcəklər. Hər bir vətəndaşın borcu düşünürəm ki, belə uşaqları görən zaman mütləq hüquq- mühafizə orqanına zəng edərək məlumat verməkdir".

Şəlalə Babayeva


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1179   Tarix: 13 noyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI

Son günlər Bakıda çoxmənzilli yaşayış binalarının zirzəmilərindəki parklanma yerlərinin qiyməti bahalaşıb. xəbər verir ki, bunu trend-ə yeni tikili binalarda yaşayan sakinlər bildiriblər. Onların sözlərinə görə, ayı 60 manata olan parklanma yeri hazırda 90 manatadır. Bəs bu nə dərəcədə qanunidir?. Məsəl

28 mart
.

Çingizi arvadı ifşa edibmiş - Mərhum nazirin oğlu da dindirilib

Xəbər verdiyimiz kimi, Bakı Şəhər Halqası Əməliyyat şirkətinin İdman Əməliyyatları şöbəsinin rəisi işləmiş Çingiz Mehdiyev "Formula 1" oyunlarının təşkili üçün ayrılmış 400 min manata yaxın pul vəsaitini mənimsəməkdə ittiham olunur. "Qafqazinfo" Çingiz Mehdiyev və onun cinayəti il

28 mart
.

Ramazanın 19-cu gününün duası - İmsak və iftar vaxtı

Sabah Ramazan ayının 19-cu günüdür. xəbər verir ki, sabah imsak vaxtı saat 05:02, iftar isə 19:17-dədir. İmsak duası:. "Allahummə vəffir fihi həzzi min bərəkatih. Və səhhil səbili ila xeyratih. Və la təhrimni qəbulə həsənatih. Ya hadiyən iləl-həqqil-mubin". Tərcüməsi:. "İlahi, bu günü

28 mart
.

Valideynlər qızlarına dişlərinə baxıb ər alırlar: Qeyri-adi bazar - ARAŞDIRMA + VİDEO

Hindistanın Madxubani şəhərində qeyri adi bazar 700 ildir ki fəaliyyət göstərir. Bazarın ilk təçkilatçısı Raca Xari Sinqx olub. Belə ki, bu bazarda meyvə tərəvəz, cürbəcür qidalar yox, kişi satılır. Daha doğrusu, qızlar öz valideynləri ilə bura gəlib özlərinə ər alırlar. Bu bizim üçün qeyri-adi və imkansı

28 mart
.

Emin Ağalarovdan "Crocus City Hall"dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA

Xalq artisti Emin Ağalarov Rusiyanın Moskva vilayətində yerləşən "Crocus City Hall" konsert zalında baş verən hadisə ilə bağlı açıqlama verib. "Evakuasiya çıxışları "Crocus"da normal işləyirdi. Lakin insanlar qaçarkən işçilər üçün nəzərdə tutulan bağlı qapılara rast gəliblər"

28 mart
.

Nazirliyin şöbə rəisi vəfat edib

Ədliyyə Nazirliyinin əməkdaşı Akşin Mirtəbib oğlu Ağayev vəfat edib. İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, o, nazirliyin Neftçala rayon Qeydiyyat şöbəsinin rəisi vəzifəsində çalışıb. Qeyd edək ki, A.Ağayev 2015-ci ildən Ədliyyə Nazirliyinin əməkdaşı olub

28 mart
.

13 yaşlı Zəhranın dəstəyə ehtiyacı var: "Əməliyyat məbləğini toplaya bilmirik" - FOTO

13 yaşlı Zəhra Hacılı B-hüceyrə kəskin mieloblast leykoz M2 (qan xərçəngi) xəstəliyindən əziyyət çəkir. Bu barədə -a onun atası İlkin Hacıyev məlumat verib. O bildirib ki, qızı iki ildir ki, bu xəstəliklə mübarizə aparır:. "Hazırda qızım Milli Hematoalogiya və Transfuziologiya Mərkəzində müalic

28 mart
.

Azərbaycanda Əməkdar artistə 200 minlik avtomobil hədiyyə edildi - FOTO

"2011-ci ildə mənə zəng gəldi. Dedilər ki, get filan yerdən "İnfiniti QX 56" markalı avtomobili götür. Getdim gördüm ki, sənəddə Yusif Mustafayev yazılıb. Dedilər ki, sənədə imza at. O vaxt qiyməti 110 min dollar idi, təxminən 200 min manat". "axşam.az"a istinadən xəbə

28 mart
.

Direktoru işdən çıxarılan "məşhur" məktəb imiş - DETALLAR

Xəbər verdiyimiz kimi, Salyan rayon Pambıqkənd kənd Azad İbadov adına tam orta məktəbin direktoru Dilbər Qurbanova işdən çıxarılıb. Buna səbəb məktəbdə nöqsanların aşkarlanmasıdır. xəbər verir ki, bu məktəb yaxın zamanda baş verən müəyyən hadisələrlə gündəmə gəlmişdi. Belə ki, Azərbaycan Uşaqlar Birliyini

28 mart