Allahşükür Paşazadə: "Primakov mənə Azərbaycanda hakimiyyəti ələ keçirməyi təklif etmişdi"

Allahşükür Paşazadə: "Primakov mənə Azərbaycanda hakimiyyəti ələ keçirməyi təklif etmişdi"Bütün Qafqazın Şeyxi Allahşükür Paşazadə "TASS" agentliyinin baş direktoru Mixail Qusmana müsahibə verib. Sonxeber.az-ın məlumatına əsasən, Paşazadə bir sıra maraqlı məqamlar barədə məlumat verib. Bu məqamlardan bəziləri ilə oxucularımızı tanış edirik.
"Təəssüf edirəm ki, bu gün müsəlmanlar öz fikirlərini BMT tribunasından səsləndirə bilmirlər. Mən çox istərdim ki, BMT tribunasından dini xadimlər də fikirlərini bildirsinlər. Siyasətçilər bunu edə bilmirlər", - deyə Allahşükür Paşazadə bildirib.
Mən 40 ildir bu postu tuturam. Bu illər ərzində bir çox dostum, tanışım olub. Onlarla dinindən və dilindən asılı olmayaraq əlaqə saxlayıram.
Bu gün Dağlıq Qarabağ problem, Suriya, Yəmən, İraq və müsəlman dünyasında baş verən hadisələr, Avropa ölkələrindəki antisemitizm və islamofobiya dinlərarası münaqişəyə səbəb ola bilər. Bu isə bizi narahat etməlidir. Buna görə də biz bura, Bakıya dünya dini təşkilatların liderlərini dəvət edirik.
Mən qəddarlığını, kreslo uğrunda mübarizəsini dini xadimlər vasitəsilə maskalayan siyasətçiləri nəzərdə tutmuram. Biz düzgün yolu göstərən, siyasi qüvvələri ruhani güclə birləşdirə bilən dini liderlərdən danışırıq. Biz dünyaya multukultiralizmin Azərbaycan modelini təklif etmək istəyirik. Bu planda dini liderlərin sammiti fikrimizcə yaxşı nümunədir. Ərəblərdə belə atalar sözü var: "Xalq dövlət başçısının mənsub olduğunu dinə aiddir".
İnam Allaha olan inamdır. Burada əsas rol dövlət başçısının və dövlətin dinə münasibətindən asılıdır. Təbii ki, bir çox dövlətlərdə bu barədə danışsalar da, heç nə etmirlər. Hansı dövlətə baxsaq, tolerantlıqdan, müstəqillikdən danışırlar. Danışırlar, amma əməl etmirlər. Amma bizdə belə deyil. Bizdə Şeyx yəhudi icmasına da gedir, onların tədbirlərində iştirak edir, başsağlığı verir. İnanın, mən dəfələrlə yəhudi icmasında olmuşam, çoxlu dostlarım var. Biz tez-tez xristian icması ilə də əlaqə saxlayırıq, mən onlara qonaq gedirəm, onlar bizə gəlir. Bunu başqa heç bir yerdə görə bilməzsən. Bir daha təkrar edirəm, burada böyük rol dövlətin, dövlət başçısının, vitse-prezidentin üzərinə düşür. Mən belə bir şərait yaratdıqları üçün onlara minnətdaram", - deyə Şeyx bildirib.
"Sovet illərinə qayıtsaq, Yanvar hadisələri baş verən dövrdə Sovet ordusu Azərbaycana girdi. O dövrdə Primakov və Qirengko Bakıda idi. Məni, İsmayıl Şıxlını, Həsən Həsənovu, Bəxtiyar Vabahzadəni və bir neçə nəfəri Mərkəzi Komitəyə çağırdılar. Primakovla tanış idim. O, şərqşünas idi. Bizim aramızda dostluq və xoş münasibət var idi. O, mənim həyatımı, hansı çətinliklərdən keçərək dinə gəldiyimi bilirdi. Mənə hər dəfə "Sən düz etdin" deyirdi.
Mən onun oğlunun dəfnində iştirak etmişdim. Münasibətlərimiz yaxın idi. O, mənə dedi ki, artıq Qorbaçovla danışıb və mənə hakimiyyəti ələ keçirməyi, rəhbərliyi qəbul etməyi təklif etdi və dedi ki, dünyəvi dəstək veriləcək. O vaxt 20 yanvar faciəsi olmamışdı. Hərbçilər hələ şəhərə daxil olmamışdlar. Bu, mənim üçün gözlənilməz idi. Mən düşünmədən ona cavab verdim: "Sən ki məni tanıyırsan, bilirsən ki, mən din xadimiyəm, dövlət adamı deyiləm. Sən mənə bu hakmiyyəti vermək istəyirsən. Sənin hakimiyyətin mənim üçün heç iki rükət namaz deyil. Mənim üçün inanc hakimiyyətdən üstündür. Məni tanıdığınız halda, bunu mənə təklif edirsiniz". Mən təklifi rədd etdim və dost kimi onu qınadım ki, mənə belə şeyi təklif etməməli idin", - deyə Paşazadə əlavə edib.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 2372   Tarix: 13 noyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

İlham Əliyev: "Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq"

"İkinci Qarabağ müharibəsindən dərhal sonra dörd kənd məsələsini qaldırdıq. Əslində, biz həmin kəndləri heç vaxt yaddan çıxarmamışıq". AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev aprelin 23-də ADA Universitetində təşkil olunan "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusund

23 aprel
.

Prezident: "COP29 beynəlxalq ictimaiyyətin Azərbaycana böyük hörmət və dəstəyinin təzahürüdür"

"Bizim sonuncu görüşümüzdən etibarən bütün hadisələr müsbət məcrada gedir, istər Azərbaycan və Ermənistan arasında normallaşma prosesi, istərsə də sərhədlərin delimitasiyası olsun". AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev aprelin 23-də ADA Universitetində təşkil olunan "COP2

23 aprel
.

İlham Əliyev Zelenskini COP29-a dəvət edib

Azərbaycan Prezidenti İlham Əliyev ukraynalı həmkarı Volodimir Zelenskini noyabrda Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) dəvət edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə məlumatı Azərbaycanın Ukraynadakı səfir

23 aprel
.

Ərdoğandan Ermənistana xəbərdarlıq: "Fürsət qapıları həmişə açıq qalmır"

"Artıq regionda yeni bir nizam qurulur". Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İraqdan qayıdarkən jurnalistlərə müsahibəsində bildirib. O qeyd edib ki, gerçəkliklə heç bir əlaqəsi olmayan uydurma tarixi hekayələr üzərində hərəkət etməkdənsə, zamanın reallıqlarına əsaslanaraq hərəkə

23 aprel
.

"Azərbaycanla Ermənistan arasında delimitasiya prosesinə sürətlə gedir" - Politoloq

Dünən 2024-cü il aprelin 23-də Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sərhəddə yerdəki geodeziya ölçmələrinə əsaslanaraq koordinatların dəqiqləşdirilməsi prosesi çərçivəsində ilk sərhəd dirəyi quraşdırılıb. İki ölkənin ekspert qruplarının işi davam edir. Yaxın gələcəkdə hansı əraziləri

24 aprel
.

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycana dövlət səfərinə gəlib - YENİLƏNİB

Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 24-də Azərbaycan Respublikasına dövlət səfərinə gəlib. AZƏRTAC xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Qırğız Respublikasının Prezident

24 aprel
.

Azərbaycan-Ermənistan sərhədində koordinatların dəqiqləşdirilməsi prosesi başlayıb

2024-cü il aprelin 23-də ölkələrin ekspert qrupları Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasındakı sərhəddə yerdəki geodeziya ölçmələrinə əsaslanaraq koordinatların dəqiqləşdirilməsi prosesinə başlayıb. AZƏRTAC xəbər verir ki, bununla bağlı Azərbaycan Respublikası Baş nazirinin müavin

23 aprel
.

Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə komissiyanın növbəti iclası keçirilib

2024-cü il aprelin 19-da Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sərhəddə Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin və Ermənistan Respublikası Baş nazirinin müavini Mqer Qriqoryanın sədrliyi ilə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlə

19 aprel
.

Azərbaycan Prezidenti: "Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirik"

"Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirik. Bu yerləşmə bizi narahat etmir". AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev aprelin 23-də ADA Universitetində keçirilən "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusunda beynəlxal

23 aprel