Şəhid qızı: "Mehriban Əliyeva son iki ayda mənə iki böyük yaxşılıq edib" - VİDEO

Şəhid qızı: "Mehriban Əliyeva son iki ayda mənə iki böyük yaxşılıq edib" - VİDEOŞəhid Şaban Cəfərovun qızı Nərminə Cəfərova "Xalq Bank"da girovda olan mənzili ailəsinə geri qaytardığı üçün Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya təşəkkür edib.

"Report"a danışan N.Cəfərova bildirib ki, anasının müalicəsi üçün 2014-cü ildə Mingəçevir şəhərində yerləşən mənzilini girov qoymaqla "Xalq Bank"dan kredit götürüb. Amma sonradan iki devalvasiya nəticəsində o, kredit borclarını ödəməkdə çətinlik çəkib. Belə olan təqdirdə kredit ödənilməsi üçün məhkəməyə müraciət olunub. Məhkəmənin qərarı ilə onun "Xalq Bank"da girovda olan mənzili hərraca çıxarılıb.

Bundan sonra N.Cəfərova məsələni ictimailəşdirmək qərarına gəlib. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın tapşırığı ilə onun girovda olan mənzili geri qaytarılıb. Həmçinin kreditin qalan borcları da Birinci vitse-prezident Mehriban Əliyevanın göstərişi ilə ödənilib.

N.Cəfərova bildirib ki, həmin ev 1994-cü ildə Azərbaycanın o vaxtkı prezidenti Heydər Əliyev tərəfindən atasının şəhid olduğuna görə verilib. Şəhid qızı həmçinin Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığı ilə anasının sentyabr ayında əməliyyat olunduğunu da vurğulayıb.

"Sentyabrın 10-da anam ikinci dəfə əməliyyat olunub. Birinci vitse-prezident Mehriban Əliyeva iki ay ərzində mənə iki böyük yaxşılıq etdi. Anamı və evimi mənə qaytardı. Mehriban xanım bizə göstərdiyi diqqət və qayğı ilə bir daha sübut etdi ki, Azərbaycan dövləti şəhidinə böyük diqqət göstərir", - deyə Şəhid Şaban Cəfərovun qızı Nərminə Cəfərova deyib.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 2476   Tarix: 13 noyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Kişi ondan xəbərsiz telefon işlədən arvadını döydü

Abşeron Rayon Məhkəməsində arvadını döyməkdə təqsirləndirilən Qafar Səfərovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. xəbər verir ki, hakim Sevinc Quliyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə cinayət işinə xitam verilib və o, cinayət məsuliyyətindən aza

28 mart
.

Müəllimlərin maaşı ARTIRILIR? - AÇIQLAMA

Repetitorların sayının artması artıq təhsil sistemində əsas problemlərdən birinə çevrilib. Valideynlərin bir çoxu deyir ki, övladını repetitor yanına göndərməsə, onun universitetə qəbul olmağı çətindir. Bu gün repetitorların sayının azaldılması istiqamətində verilən təkliflərdən biri müəllimlərin maaşlarını

28 mart
.

Azərbaycanın təhlükəsizlik orqanları 105 yaşında

Azərbaycanın milli təhlükəsizlik orqanlarının yaradılmasının 105-ci ili tamam olur. Bu əlamətdar tarix Azərbaycan Xalq Cümhuriyyətində dövlət təhlükəsizliyinin təmin olunması məqsədilə 1919-cu il martın 28-də kəşfiyyat və əks-kəşfiyyat xidmətinin yaradılması ilə bağlıdır. Artıq 27 ildir ki, ölkəmizi

28 mart
.

Boşanma zamanı əmlakın bölünməsi ilə bağlı daha bir yenilik - Video

Boşanma zamanı ər-arvadın əmlakının bölünməsi ilə bağlı yeni qərar qəbul edilib. "Qafqazinfo"nun məlumatına görə, Xəzər TV-də yayımlanan süjetdə bildirilib ki, boşanma zamanı tərəflər arasında sənədsiz evlərin də bölgüsü aparılacaq. Belə ki, əgər tərəflər nikah dövründə özbaşına tikili inş

28 mart
.

Paytaxtın hansı küçələrində sıxlıq var? - SİYAHI

Bakının bəzi küçə və prospektində nəqliyyatın sıxlığı müşahidə olunur. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hazırda:. 1. Heydər Əliyev prospekti əsas yol, mərkəz istiqamətində;. 2. Bakı-Sumqayıt şosesi, metronun "20 Yanvar"

28 mart
.

Mingəçevirdə yaşayış binasında baş yanğınla bağlı RƏSMİ AÇIQLAMA - VİDEO - YENİLƏNİB

FHN-in "112" qaynar telefon xəttinə Mingəçevir şəhərində H. Hüseynov küçəsində yeddimərtəbəli yaşayış binasının beşinci mərtəbəsində mənzildə yanğın baş verməsi barədə məlumat daxil olub. Bu barədə -in sorğusuna cavab olaraq FHN-dən bildirilib. "Hadisə ilə əlaqədar FHN-in yanğından mühafiz

28 mart
.

İcra başçısının qardaşının qətlinə görə tutulan oğula hökm oxundu

Lənkəran İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun qardaşı Azər Qaraşovun qətli ilə bağlı cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. APA-ya istinadən xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Cəlil Nəbiyevin sədrliyi ilə keçirilən prosesdə hökm elan olunub. Hökmə əsasən, təqsirləndirilə

28 mart
.

Lənkəranda dəhşətli qəzada ölən şəxslərin adları açıqlandı

Daxili İşlər Nazirliyi (DİN) Lənkəranda ata və oğulun öldüyü yol qəzası barədə məlumat yayıb. DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan -a verilən məlumata görə, martın 28-də saat 8 radələrində Lənkəran şəhərinin Sütəmurdov kəndi ərazisində Ə.Sədiyarovun idarə etdiyi "Mercedes-Benz"

28 mart
.

Emin Ağalarovdan "Crocus City Hall"dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA

Xalq artisti Emin Ağalarov Rusiyanın Moskva vilayətində yerləşən "Crocus City Hall" konsert zalında baş verən hadisə ilə bağlı açıqlama verib. "Evakuasiya çıxışları "Crocus"da normal işləyirdi. Lakin insanlar qaçarkən işçilər üçün nəzərdə tutulan bağlı qapılara rast gəliblər"

28 mart