İlham Əliyev və Mehriban Əliyeva Patriarx Kirill ilə görüşdü - FOTO

İlham Əliyev və Mehriban Əliyeva Patriarx Kirill ilə görüşdü - FOTOAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva noyabrın 14-də Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill ilə görüşüblər.

AZƏRTAC xəbər verir ki, Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirilli salamlayan Prezident İlham Əliyev deyib:

- Zati-müqəddəsləri, Sizə bir daha "Xoş gəlmisiniz" demək istəyirəm, Sizi yenidən görməyimə çox şadam. Sağ olun ki, Dünya Dini Liderlərinin Sammitində iştirak edirsiniz. Sizin bu tədbirdə iştirak etməyiniz ona xüsusi əhəmiyyət verir. Sizin dərin nitqinizi çox diqqətlə dinlədim. Sizin tezislərinizlə, vəziyyətə verdiyiniz qiymətlə, ənənəvi dəyərləri, dünya dinlərinin prinsiplərini müdafiə etmək və dinlərarası dialoqu inkişaf etdirmək üçün nə etmək lazım olması barədə fikirlərinizlə tam razıyam.

Mənim fikrimcə, bugünkü tədbir bütün dünya üçün çox böyük əhəmiyyət kəsb edir. Ona görə ki, dini liderlərin bu formatda keçirilən, bu cür təmsil olunmuş Sammiti dünya dinlərinin liderlərinin əməkdaşlığa yönəlmiş əhval-ruhiyyəsini əks etdirir. Dünya dinlərinin nümayəndələrinin sözündən çox şey asılıdır. Söz sağalda bilər, söz yaralaya bilər, söz öldürə bilər. Ona görə də bu gün bütün çıxışlarda səslənən bu cür konsensus belə bir nikbinlik yaradır ki, biz birgə səylərimizlə humanizm, əməkdaşlıq, sülh, qarşılıqlı anlaşma dəyərlərini inkişaf etdirəcəyik. Əlbəttə ki, Azərbaycan bu istiqamətdə mühüm rol oynayır. Mən öz çıxışımda dedim ki, biz mədəniyyətlərarası dialoqun inkişafı ilə bağlı humanitar xarakterli çoxlu tədbirlər keçiririk. Lakin bugünkü tədbir, əlbəttə ki, xüsusi tədbirdir. Sevindirici haldır ki, bu tədbirdə dünya dinlərinin görkəmli nümayəndələri, rəhbərləri iştirakı edirlər.

Bir daha təşəkkür edirəm ki, Siz vaxt tapıb gəlmisiniz və bu tədbirdə iştirak edirsiniz. Bu gün Mehriban ilə mən Sizinlə həm Bakıda, həm də Moskvada bütün görüşlərimizi xatırladıq. Bütün Azərbaycan xalqının adından Sizə bir daha dərin ehtiramımızı bildirmək istərdim. Biz bilirik ki, Sizin bizə, ölkəmizə münasibətiniz çox xeyirxahdır, Siz dəfələrlə bizə təşrif gətirmisiniz. Sizə bir daha təşəkkür edirəm və ümidvarıq ki, yaxın vaxtlarda yenidən görüşəcəyik.

Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill deyib:

- Cənab Prezident, hörmətli İlham Heydər oğlu, Sizə ürəkdən təşəkkür edirəm. Bakıya səfər etmək mənim üçün həmişə yalnız müsbət emosiyalarla bağlıdır. Biz özümüzdən soruşanda ki, hər hansı bir yer nə üçün xoşumuza gəlir və ya xoşumuza gəlmir, yəqin ki, cavab belə olacaq: hər şey bizim bu və ya digər yerə gedərkən keçirdiyimiz hisslərdən asılıdır. Bakı çox cəhətdən heyrət doğurur. Mən hələ sovet dövründə burada, Bakıda olmuşam və bu şəhər yadımdadır. İndi gördüklərimizi müqayisə etsək, gecə və gündüz qədər fərq var. Bu, əlbəttə, Sizin rəhbərliyinizlə ölkənizdə həyata keçirilmiş və davam edən böyük inkişafa dəlalət edir. Əlbəttə, Azərbaycan yoxsul ölkə deyil, lakin biz elə nümunələr bilirik ki, pulun olması inkişafa kömək etmir. Burada isə həqiqətən görürük ki, vəsait həyatın daha da yaxşılaşmasına, insanların daha yaxşı yaşamasına sərmayə kimi qoyulur.

Bir daha vurğulamaq istərdim ki, təkcə Bakının zahiri görkəmi, əlbəttə, çox böyük tərəqqiyə dəlalət edir. Mən Sizə həm də ona görə təşəkkür etmək istərdim ki, Siz bizə dünya dinlərinin nümayəndələri ilə görüşmək imkanı yaratdınız. Mənim fikrimcə, bizim bu cür görüşlərdən çıxarmalı olduğumuz ən başlıca nəticə ondan ibarətdir ki, əxlaq olmasa dünyada istər siyasi, istərsə də fəlsəfi səviyyədə heç bir konsensus ola bilməz. Dünyada konsensus üçün yalnız bir bazis var - əxlaq. Ona görə ki, əxlaq universal dəyərdir. Əgər nəzərə alsaq ki, əxlaq universaldır, xeyir və şər anlayışları bütün bəşəriyyət üçün eynidir. Bu, birinci növbədə əlbəttə, onu göstərir ki, Tanrı var. Ona görə ki, materialist nöqteyi-nəzərdən bəşər mədəniyyətlərinin bu cür böyük müxtəlifliyi şəraitində vahid əxlaqa malik olmaq mümkün olmazdı. Lakin əxlaq vahid və ümumi olduğuna görə, o bizim ünsiyyət saxlamağımıza, həqiqətən birlik yaratmağımıza və qarşıda duran hədəflərə nail olmağımıza imkan verir. Bu mənəvi, dini amilin vacibliyini anlayan dövlət xadimləri, əlbəttə ki, dərin hörmətə layiqdirlər.

Mən Sizi aşkar görünən nailiyyətlər, Sizin rəhbərliyinizlə xalqınızın, ölkənizin qazandığı uğurlar münasibətilə bir daha ürəkdən təbrik etmək, gələcək işlərinizdə Tanrıdan Sizə kömək diləmək, Sizin gözəl ailənizə xeyir-dua vermək istərdim. Mən bu ailə ilə sadəcə tanış olmaq deyil, onunla daxilən, mənəvi cəhətdən yaxın oldum. Qoy Sizin bütün işləriniz, xalqınızın, ölkənizin firavanlığına yönəlmiş fəaliyyətiniz həqiqətən uğurlu olsun. Tanrının köməyi ilə Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında münasibətlər inkişaf etsin. Həqiqətən bu ölkələr çox sıx qarşılıqlı əlaqə saxlayırlar. Moskvada necə böyük Azərbaycan diasporu olduğunu bilirsiniz. Bu, bizim Moskva həyatının mühüm hissəsidir. Tanrının köməyi ilə bütün bu amillər ümumi rifaha xidmət etsin. Qonaqpərvərliyə görə Sizə ürəkdən, səmimi qəlbdən təşəkkür edirəm.

İlham Əliyev: Çox sağ olun.
İlham Əliyev və Mehriban Əliyeva Patriarx Kirill ilə görüşdü - FOTOİlham Əliyev və Mehriban Əliyeva Patriarx Kirill ilə görüşdü - FOTO


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 1260   Tarix: 14 noyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Mehriban Əliyeva Saida Mirziyoyeva ilə sərgi açılışında - Fotolar

Martın 17-də Heydər Əliyev Mərkəzində "İlmələrdə yaşayan irs: Özbəkistan tikmələrinə səyahət" adlı sərgi açılıb. Axşam.az xəbər verir ki, sərginin açılışında Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva və Özbəkistan Prezidentinin köməkçisi Saida Mirziyoyeva iştirak ediblər. Azərbayca

18 mart
.

Zaxarova: "Aİ-nin Ermənistandakı müşahidə missiyası Rusiya, İran və Azərbaycan əleyhinə casusluq edir"

"Aİ-nin Ermənistandakı müşahidəçi missiyası Rusiya, İran və Azərbaycan əleyhinə casusluq edir və bu, regionda gərginliyi artırır". Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib. "Ermənistan ərazisindən Avropa İttifaqının missiyası ölkəmizə, İrana

20 mart
.

Azərbaycan DİN qırğız vətəndaşlarla bağlı məlumat yaydı

Qırğız Respublikası hüquq-mühafizə orqanlarının 23 mart 2024-cü il tarixli mətbuat açıqlamasında Qırğız Respublikası ərazisində 5 nəfər azərbaycanlının şübhəli şəxs qismində saxlanması barədə məlumat verilib. xəbər verir ki, bununla bağlı Azərbaycan Daxili İşlər Nazirliyi məlumat yayıb. Məlumatda qey

26 mart
.

"Hesabatına ödənişi əlavə etməyi unudub" - Hikmət Hacıyev

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev NATO-nun sabiq baş katibi Anders Foq Rasmussenlə bağlı paylaşım edib. "Qafqazinfo" xəbər verir ki, Hacıyev bu barədə "X"də qeyd edib:. "NATO-nun keçmi

27 mart
.

Prezidentin köməkçisi: Azərbaycan Çini yaxşı dost və tərəfdaş kimi görür

Biz Çinlə strateji əməkdaşlığımızı və tərəfdaşlığımızı genişləndirməyi səbirsizliklə gözləyirik. Bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Çinin "Global Times" qəzetinə müsahibəsində deyib. O vurğulayı

26 mart
.

Ödənişli yollara görə ödənilən vəsaitin bölgüsü qaydası hazırlanacaq - FƏRMAN

Avtomobil yollarından istifadəyə görə ödənilən vəsaitin bölgüsü və ondan istifadənin hüquqi əsasları yaradılıb. APA xəbər verir ki, bu, bu, Prezident İlham Əliyevin tətbiqi barədə fərman imzaladığı "Avtomobil yolları haqqında" qanuna dəyişiklikdə əksini tapıb. Beləliklə, Nazirlər Kabinetini

28 mart
.

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Azərbaycana rəsmi səfərə gəlib - FOTO

Gürcüstanın Baş naziri İrakli Kobaxidze martın 16-da Azərbaycan Respublikasına rəsmi səfərə gəlib. AZƏRTAC xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Gürcüstanın baş nazirini Azərbaycan Respublikas

16 mart
.

Azərbaycanın təklifi ilə Avronest PA-da "Dağlıq Qarabağ münaqişəsi" ifadəsi məruzədən çıxarılıb

Avronest Parlament Assambleyasının (PA) Siyasi məsələlər, insan hüquqları və demokratiya komitəsinin hazırladığı məruzədə "dondurulmuş Dağlıq Qarabağ münaqişəsi" ifadəsi çıxarılıb. "Report"un xəbərinə görə, Belçikanın Brüssel şəhərində keçirilən Avronest Parlament Assambleyasını

20 mart
.

Sahibə Qafarova Simonyanla görüşəcək

Bu gün Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri görüşəcək. Ölkə.az xəbər verir ki, Sahibə Qafarova və Alen Simonyanın görüşü Cenevrədə baş tutacaq. Bu haqda Ermənistan parlamentinin mətbuat katibi Nelli Qulyan məlumat yayıb

22 mart