"Qızını erməniyə verən Cəmil Həsənli, miqrant alveri edən Əli Kərimli həbs edilməlidir"- Hafiz Hazıyevdən SƏRT İTTİHAM

"Qızını erməniyə verən Cəmil Həsənli, miqrant alveri edən Əli Kərimli həbs edilməlidir"- Hafiz Hazıyevdən SƏRT İTTİHAMAlmaniyanın hüquq-mühafizə orqanları Azərbaycanın müxalifət partiyasının keçmiş üzvlərini saxlayıb. Cinayətkar şəbəkəyə daxil olan 7 nəfər həbs edilib. Cinayətkar dəstənin saxlanılan üzvləri barəsində yerli federal məhkəmələr tərəfindən 6 ay müddətinə həbs qətimkan tədbiri seçilib.Onlar mühacir bazarı açmaq günahlandırılırlar.

Bununla bağlı Sonxeber.az-a danışan "Müasir Müsavat" partiyasının sədri Hafiz Hacıyev qeyd edib ki, bir neçə ay öncə hüquq mühafizə orqanlarına müraciət edib bildirdim ki, ölkəmizin əlehinə anti-təbliğat aparan qüvvələr xarici dövlətlərdə yerləşiblər. O ölkələrdə olan səfirlərimizin başı alverə qarışdığı üçün bu barədə heç bir tədbir görmürlər. Sevindirici haldır ki, 3-4 aydan sonra bu məsələnin üzərinə düşdülər. Orada olanların hamısı müsavatçılar, cəbhəçilərdir. Onlar saxta vəsiqə alıb, 5 sutka həbs yatmaqdan ötrü aksiyalarda gedib polisi itələyir, yalandan özlərini döydürürlər ki, xaricdə qaçqın statusu ala bilsinlər. Əli Kərimli, İsa Qəmbər, Arif Hacıyev və Cəmil Həsənli Azərbaycan vətəndaşlarının xaricdə məskunlaşmaqları üçün çox böyük mübarizə aparırlar. Onları orada yığmaqda məqsədləri lazım olan anda mitinqlər keçirib, ölkəmizin ünvanına xoşagəlməz ifadələr işlətsinlər. Təbii ki, onların başında da küçə uşaqları dayanır. Onların bir hissəsi həbs olunub, bir hissəsi də deportasiya olunacaq. Bu düşünürəm ki, azdır. Cəmil Həsənlinin Azərbaycan vətəndaşlığından çıxarılması prosesi başlanılmalıdır. O, Amerikada oturub, Azərbaycanın əlehinə təbliğat aparır. Bilirsiniz ki, Cəmil Həsənli ermənilərlə qohumdur. O, qızını erməniyə ərə verib. Əli Kərimli barəsində ciddi tədbirlər görülməlidir. Vəsiqələri satıb, cəbhəçiləri mühacir həyata məcbur ediblər. Onlar da orada belə işlərlə məşğul olurlar".

Hafiz Hacıyev bildirib ki, təcili İsa Qəmbər həbs edilməlidir: "Əgər istintaq başlayıbsa ədalətli aparılmalıdır. Onları oraya yönəldən insanlardan əsas haq-hesab soruşulmaldır. Onları ora İsa Qəmbər, Əli Kərimli, Cəmil Həsənli, Arif Hacıyev göndərib. İsa Qəmbər, Əli Kərimli, Cəmil Həsənli, Arif hacıyev küçə uşaqlarıdır. Onlar vətənlərinə xəyanət ediblər. Biz bu məsələdə ayrı-seçkilik etməməliyik.Mən tələb edirəm ki, Cəmil Həsənlinin ölkəyə qayıtmasına imkan verilməsin. Amerikada oturub Azərbaycan əleyhinə erməni qohumları ilə birlikdə iş apardığına görə elə ordaca həbs edilsin. Xaricdə oturub internet televiziyaları vasitəsi ilə Azərbaycanı təhqir edənlər də qanun qarşısında cavab verməlidir. Əli Kərimli, İsa Qəmbər, Cəmil Həsənli də istintaqa cəlb edilməldir".

Hafiz Hacıyev vurğulayıb ki, onların xaricdə məskunlaşmasında kömək edən bəzi hüquq mühafizə orqanlarının əməkdaşları da həbs edilməldir:
"Çünki onların həmin şəxslərin xaricdə məskunlaşması üçün saxta arayış veriblər. Bu ortaya çıxmalıdır. Xalq görməldir ki, kimliyindən asılı olamayaraq vətənə xəyanət edən hər bir şəxs cəzasını alır. Onlar Azərbaycanı Suriya vəziyyətinə salmaq istəyirlər. Düşünürəm ki, təcili istintaq başlamalıdır. Almaniyanın hüquq- mühafizə orqanları onların evində axtarış aparıb. Onların evindən Müsavat partiyasının partiya biletləri çıxıb. Məhəmməd Əmin Rəsulzadə bilsəydi ki, İsa Qəmbər və Arif Hacılı kimi satqınlar partiyaya sədrlik edəcək, bu partiyanın adı çəkməzdi. Ona görə biz bu missiyanı öz üzərinə götürmüşük. Təcili o partiyanın bağlanması ilə bağlı hüquq-mühafizə orqanları Ədiliyyə Nazirliyi qarşısında məsələ qaldırmalıdır. Əli Kərimlinin partiyasının bağlanması və onun ölkədə fəaliyyət göstərməsi qadağan olunmaldır. Milli Şuranın işinə yenidən baxılmaldır. Cəmil Həsənli başda olmaqla digərlərinin ermənilərlə əlbir olub ölkəmizə qarşı anti-təbliğat aparmaqları sübut edilməldir. O cümlədən Azərbaycanın daxilində xaricdəkilərə dəstək olub, pul göndərən məmurlar ifşa olunub, xalqın gözü qarşısında cəzalandırılmalı, həbs olunmalıdır".

Aysel Yusifqızı


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 7111   Tarix: 15 noyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Bu məhsulları küçədə satanlar 80 manat CƏRİMƏLƏNƏCƏK - VİDEO

Yol kənarlarında və bazarlarda qida məhsullarının satışı aparılır. Bu tendensiyaya son zamanlar daha çox rast gəlinir. Kənd məhsullarının satışında sanitariya və gigiyena qaydalarına çox da diqqət yetirilmir. Bu da həmin qidaları qəbul edən vətəndaşların sağlamlığına mənfi təsir göstərir. xəbər veri

19 aprel
.

Rusiya sülhməramlıları regionu TƏRK EDİR: ABŞ və qərb hərbi qüvvələri Qarabağda fəaliyyət GÖSTƏRƏCƏK? - ŞƏRH

Xəbər verdiyimiz kimi, Azərbaycan ərazilərinə müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlıları regionu tərk edirlər. Bununla bağlı, yayılan görüntülərdə sülhməramlılara məxsus hərbi texnikaların qatarlarla Rusiya yolunda olduğunu görmək mümkündür. Əgər belə davam edərsə, sülhməramlıların vaxtından əvvə

19 aprel
.

"Oğlan subay olub, qız isə uşaq evində böyüyüb" - Bakıda gənclər hamamda necə ölüb? - VİDEO

Ötən gün Bakının Sabunçu rayonu, Ramana qəsəbəsində hamam otağından qızla oğlanın meyiti tapılıb. xəbər verir ki, ATV-nin çəkiliş qrupu sözügedən mənzildə olub. Məlumata görə, dünyasını dəyişən 37 yaşlı Ələmdar Babayev subay olub və ailəsi ilə birgə yaşayıb. Onunla birgə dəm qazından boğulan qız is

19 aprel
.

Saxlanılan tiktokerlər nə edirmişlər? - ARAŞDIRMA

Son günlər əməlli-başlı "tiktoker ovu" gedir. Daxili İşlər Nazirliyinin (DİN) yaydığı məlumatlarda onların saxlanılma səbəbləri kimi canlı yayımlarda qeyri-etik hərəkətlər etmələri, söyüş söymələri və təhqiramiz ifadələr işlətmələri göstərilir. Bu əməllərə görə, 10-20-30 sutka həbs cəzası ala

19 aprel
.

Türkiyədə güclü zəlzələ baş verdi (YENİLƏNİB)

Türkiyənin Tokat vilayətinin Sulusaray rayonunda 5,6 maqnitudalı zəlzələ baş verib. Qaynarinfo xəbər verir ki, bu barədə AFAD məlumat yayıb. Qeyd olunub ki, zəlzələ yerli vaxtla 18:11-də, 5,99 km dərinlikdə qeydə alınıb. 22:15. Zəlzələ nəticəsində bir sıra binalara ciddi ziyan dəyib. "Report"

19 aprel
.

Qəbiristanlıqdan oğurluq edildi - Keçmiş məhkumlar saxlanıldı

Lənkəran şəhəri ərazisində yerləşən qəbiristanlıqlardan birindən metal məhəccər və dəmir borular oğurlanıb. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin regional qrupu məlumat yayıb. Bildirilib ki, həmin əməli törətməkdə şübhəli bilinən Lənkəran şəhər sakinləri, əvvəllər məhku

19 aprel
.

Sabah 30 dərəcə isti olacaq

Aprelin 20-nə gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 13-18 isti, gündü

19 aprel
.

İsrail İrana zərbə endirdi - VİDEO

İranın İsfahan şəhərindəki hava limanı ərazisində, Hərbi Hava Qüvvələrinin 8-ci bazasının ərazisində üç güclü partlayış səsi eşidilib. İran KİV-in məlumatına görə, hava hücumundan müdafiə qüvvələri İsfahan ərazisində bir neçə dron vurub. ABC telekanalı isə iki ABŞ rəsmisinə istinadən hücumun İsrail ərazisində

19 aprel
.

Keçid balları qaldırılır? - VİDEO

Artıq bütün buraxılış imtahanlarının nəticələri açıqlanıb. İlk dəfə olaraq ölkə üzrə ümumilikdə 53 nəfər maksimum nəticə göstərib. Bu qədər şagirdin yüksək bal toplaması bir çox valideyni narahat edir. Onlar düşünür ki, bu göstəricini əsas gətirib, qəbul ballarını artıra bilərlər. Bəs ekspertlər bu barəd

18 aprel