Doqquz yaşında universitet məzunu olacaq qız Ginnesin Rekordlar Kitabına daxil ediləcək

Doqquz yaşında universitet məzunu olacaq qız Ginnesin Rekordlar Kitabına daxil ediləcəkEyndhoven Texniki Universitetinin 20 yaşlı tələbələri arasında Loren adlı qızcığazı görənlər onu müəllimlərdən birinin uşağı hesab edir. Lakin o, yaxın günlərdə təhsilini başa vuraraq ən gənc universitet məzunu olacaq və elektrik mühəndisi ixtisasına yiyələnəcək.

Sonxeber.az AZƏRTAC-a istinadən bildirir ki, "Eyndhoven Daqblad" qəzetində dərc olunmuş məqalədə 9 yaşlı Lorenin gələn ilin martında bakalavr dərəcəsi alacağı gözlənilir. Hazırda dünyanın ən gənc universitet tələbəsi olan qızcığaz 10 yaşında ABŞ-dakı Alabama Universitetinin məzunu olmuş Maykl Kerninin rekordunu təzələyərək Ginnesin Rekordlar Kitabına daxil ediləcək.

Belçikanın Ostend şəhərində dünyaya gələn Loren Simons 6 yaşında lisey təhsilinə başlayıb. Atası deyir ki, hələ ana bətnində olarkən bu uşağın beynində yanlış bir şeylər baş verib, amma bu dəyişiklik müsbət istiqamətdə olub. IQ səviyyəsi 145 olan Loren məktəbdə darıxdığı üçün Amsterdam Universitetinin tibb fakültəsində tədqiqat layihəsində iştirak edib. O, 8 yaşında Belçikanın Brüqqe şəhərində riyaziyyat üzrə lisey diplomu alaraq ailəsi ilə Hollandiyaya köçüb. ABŞ-dakı Stenford və Fairfield universitetlərinin istedadlı uşaqlar üçün kurslarına qatılan qızcığaz oxuduğu hər yerdə ən balaca tələbə olub. Təhsil aldığı 3 il ərzində universitet diplomu alacaq Loren başqa tələbələrin 10 həftədə yazdığı mövzunu bir həftə müddətində bitirə bilir.

Loren universitetdən kənarda normal uşaq həyatı yaşayır. Onun həftə sonunda ən sevimli əyləncəsi nənəsinin itləri ilə oynamaqdır. Tələbə yoldaşları özündən yaşca böyük olduğu üçün onlarla birlikdə idmanla məşğul olmur.

Eyndhoven Texniki Universitetinin professoru Piter Baltus qeyd edir ki, 20 yaşlı tələbələr arasında Loreni görmək ilk vaxtlar ona qəribə gəlib. "Lakin bir müddət sonra əmin oldum ki, ünsiyyət zamanı qızcığaz digər tələbələrdən daha üstündür. Bəzən onun 9 yaşı olduğunu unuduram", -deyə professor vurğulayıb. Onun sözlərinə görə, Loren inanılmaz beyin quruluşuna malikdir və bilikləri ağlasığmaz sürətlə mənimsəyir. Professor əlavə edib ki, onun yaddaşı fotoqrafik hafizədən də üstündür və yeniyetmə tələbələr bu səviyyəyə çata bilməzlər.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Dünyada   Baxılıb: 2459   Tarix: 16 noyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Hamilə qadın öldü, körpəsi isə yaşayır

Adanada elektrikli velosipeddən yıxılan 9 aylıq hamilə qadın avtobusun altında qalıb. xarici mediaya istinadən xəbər verir ki, ana vəfat edib. Xəbərdarlıq üzərinə hadisə yerinə sövq edilən sağlamlıq qrupları 9 aylıq hamilə olan xəstəxanaya aparılıb. Həkimlər anaın bətnindəki körpəni cərrahi yolla çıxarıblar

18 aprel
.

Dəhşət! Ata fiziki qüsurlu 18 yaşlı qızına 11 yaşından başlayaraq...

Fiziki qüsurlu 18 yaşlı qızına 11 yaşından başlayaraq 4 il ərzində cinsi təcavüz etdiyi məlum olub. xarici mediaya istinadən xəbər verir ki, atanın şübhəli qızını izləmək üçün hamam və tualetə kamera yerləşdirdiyi məlum olub. Fiziki qüsuru səbəbilə axsayaraq yeriyən qız 2022-ci ildə anası və bacısını

19 aprel
.

Vanqa illər öncə İran və İsrail haqda bunu demişdi - Daha nələr olacaq?

"Balkanların Nostradamusu" kimi tanınan Baba Vanqanın 2024-cü il üçün sadaladığı kəhanətlərdən daha biri doğru çıxıb. Gəlin, onun üçüncü dünya müharibəsi haqqında dedikləri və bunun İran və İsrail arasında münaqişənin kəskinləşməsi ilə hansı əlaqəsinin olduğuna nəzər salaq. Vanqanın İran v

18 aprel
.

Britaniya şahzadəsi ABŞ vətəndaşı oldu

Kral II Çarlzın oğlu və Böyük Britaniya taxtının növbədə beşinci varisi olan Sasseks hersoqu, şahzadə Harri ABŞ rezidenti olduğunu rəsmən təsdiqləyib. Məlumata görə, onun nəzarət etdiyi səyahət şirkəti bu həftə Britaniya səlahiyyətlilərinə şahzadənin köçdüyünü və hazırda ABŞ-də yaşadığını bildirən sənədlə

19 aprel
.

Mariya Zaxarova: "Rusiya Ermənistandan aydın reaksiya və rəsmi təkzib gözləyir"

"ABŞ və Avropa İttifaqı (Aİ) ilə hərbi-siyasi razılaşmalar barədə məlumatların mətbuatda yer almasından sonra Rusiya Ermənistandan aydın reaksiya və rəsmi təkzib gözləyir". Bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova brifinqdə çıxışı zamanı deyib. "Əvvəllə

18 aprel
.

Paşinyan: "Sərhədlərin delimitasiyasından imtina regionda gərginliyə səbəb olacaq"

"Ermənistanın Azərbaycanla sərhədlərin delimitasiyası və sonradan demarkasiyasından imtina etməsi Cənubi Qafqazda yeni eskalasiyaya gətirib çıxaracaq". Bunu Ermənistanın baş naziri Nikol Paşinyan sərhəddə yerləşən Tavuş vilayətinin Kirants kəndinin sakinləri ilə görüşündə deyib. "Əgə

18 aprel
.

Dəhşət! Qadını meşəyə aparın təcavüz edib,videoya çekdilər

2018-ci ildə avtomobil ilə meşə ərazisinə aparılıb təcavüzə məruz qalan qadın hər şeyi etiraf edib. xarici mediaya istinadən xəbər verir ki, hadisə Türkiyədə baş verib. Bellə ki, 5 il əvvəl meşəyə aparılıb, təcavüzə məruz qalan qadın illər boyu susub. Qadın hər şeyi etiraf etmək qərarına gəlib. O dostunu

18 aprel
.

Yeni quş qripi virusu aşkarlandı

Bolqarıstanın cənubundakı Asenovqrad şəhəri ərazisində daha bir quş qripi virusu yayılıb. "Report" xəbər verir ki, bu barədə Bolqarıstanın Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb. Virus baytarlar tərəfindən təxminən 154 min toyuq olan fermada aşkarlanıb. Bir həftə əvvəl virus Haskovo şəhərind

18 aprel
.

1 ton dəmirin altında qalaraq, dünyasını dəyişdi

Yük maşınından boşaldılılan 1 ton dəmir mühəndisin üzərinə aşıb. xarici mediaya istinadən xəbər verir ki, mühəndis faciəvi şəkildə dünyasını dəyişib. Mühəndisin dəmirlərin altında qaldığını görənlər işçilər dərhal təcili yardım çağırıb. Xəbər üzərinə sağlamlıq, xilasetmə və polis qrupları ünvana söv

18 aprel