İrandan gələn şəxsin bağırsağından NARKOTİK ÇIXARILDI

İrandan gələn şəxsin bağırsağından NARKOTİK ÇIXARILDICənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında, Astara gömrük postunda İran İslam Respublikasından piyada gələn Azərbaycan Respublikasının vətəndaşı saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb.

Dövlət Gömrük Komitəsindən Sonxeber.az-a verilən məlumata görə, vətəndaşın daxili orqanlarının tibbi müayinədən keçirilməsi zərurəti yarandığından o, Astara Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Tibbi müayinə nəticəsində həmin şəxsin daxili orqanı - düz bağırsağında iki ədəd bükümdə, qablaşmaları ilə birlikdə cəmi 119 qram narkotik vasitə - heroin, bir ədəd bükümdə ümumi çəkisi 23 qram olan psixotrop maddə - metamfetamin, daha bir bükümdə isə üzərində "M40" yazılan 98 ədəd metadon adlı həb aşkar edilib.

Xatırladaq ki, metadon "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr"in II Siyahısına daxildir.

Faktla bağlı araşdırma aparılır.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Kriminal   Baxılıb: 1213   Tarix: 16 noyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Bakıda ailə faciəsinə səbəb olan vatsap statusu...

Ötən il Bakının Qaradağ rayonunda qadının ərini baltalayaraq ona ağır xəsarətlər yetirməsinin təfərrüatları məlum olub. "Qafqazinfo"nun məlumatına görə, 29 yaşlı Könül Quliyevanın 1987-ci il təvəllüdlü əri Rəsul Quliyevlə (adlar şərtidir) mübahisəsi qadının telefonuna gələn "darıxmaq şər

8 aprel
.

Azərbaycanlı gənc parkinqə görə adam öldürdü

Rusiyanın Moskva şəhərində qətl hadisəsi olub. yerli KİV-ə istinadla bildirir ki, hadisə aprelin 17-də axşam saatlarında Krasnodarskaya küçəsindəki binalardan birinin girişində baş verib. 25 yaşlı oğlan bıçaqlanaraq öldürülüb. Cinayətdə hadisə yerindən qaçan 22 yaşlı azərbaycanlı şübhəli bilinir. Münaqiş

18 aprel
.

Mehman Xəlilov son söz üçün vaxt istədi

7 yaşlı Fərid Bakarov cinayəti ilə bağlı məhkəmə araşdırması başa çatır. "Qafqazinfo"nun məlumatına görə, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda təqsirləndirilən Mehman Xəlilovun vəkili müdafiə çıxışı edib. Vəkil Anar Qasımlı deyib ki, müvəkkilinin əməlinə görə həddə

14 mart
.

Müğənnini öldürən ərinə hökm oxundu

Müğənni Yaqut Nərimanı (Həşimova) öldürməkdə ittiham olunan əri Anar Həşimovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb. "Qafqazinfo"nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub. Hökmə əsasən, Anar Həşimov xüsusi amansızlıqla adam öldürməkd

3 aprel
.

DTX-nin həbs etdiyi moldovalı kiberdələduz KİMDİR?

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən transmilli mütəşəkkil kibercinayətkar dəstə aşkar edilib. Dəstənin Azərbaycana ekstradisiya edilmiş daha bir üzvü Sekrieru İon Aleksandroviçin barəsində cinayət işi üzrə istintaq yekunlaşdırılıb və iş baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə məhkəm

13 mart
.

DTX-dən ƏMƏLİYYAT: Azərbaycanda girovda saxlanılan şəxsin azadolunma görüntüləri - VİDEO

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən transmilli mütəşəkkil cinayətkarlığa və qanunsuz miqrasiyaya qarşı həyata keçirilən mübarizə tədbirləri çərçivəsində Pakistan İslam Respublikasının vətəndaşları olan Ullah Naeem Xan Navvab və qeyrilərinin ölkə ərazisində adam oğurluğu il

15 mart
.

Əhməd Əhmədov təkrar müayinədən keçiriləcək - RƏSMİ

Fevral ayının 13-də bir ailənin beş nəfər üzvünün qəsdən öldürülməsinə dair Xətai Rayon Prokurorluğunda istintaq edilən cinayət işi üzrə təqsirləndirilən şəxs Əhməd Əhmədovun barəsində təyin olunmuş komission məhkəmə-psixiatrik ekspertizasının 04.04.2024-cü il tarixli rəyinə əsasən, o cinayət əməlin

8 aprel
.

Rusiyada azərbaycanlı qadın öldürüldü - Əri saxlanıldı

Rusiyanın Sankt-Peterburq şəhərində 27 yaşlı azərbaycanlı qadın qətlə yetirilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə məlumatı "Mash на Мойке" teleqram kanalı yayıb. Qadının özündən 15 yaş böyük Araz adlı həyat yoldaşı tərəfindən qətlə yetirildiyi iddia edilir. Hadisənin qısqanclı

13 aprel
.

Düşmən casusuna hökm oxundu

Ermənistan xüsusi xidmət orqanı ilə məxfi əməkdaşlıq etməkdə ittiham olunan Emil Məmmədovun məhkəmə araşdırması yekunlaşıb. "Qafqazinfo"nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub. Siyavuş Hacıyevin sədrlik etdiyi hakimlər heyəti belə qənaət

16 mart