"Tərkibində palma yağı olan qidalar ziyandır?" - Baş Kardioloqdan AÇIQLAMA

"Tərkibində palma yağı olan qidalar ziyandır?" - Baş Kardioloqdan AÇIQLAMASağlamlıq hər birimizin həyatının ən vacib məsələsidir. Bunun üçün də düzgün qidalanma önəmli şərtlərdən biridir. Məsələn, dünənə qədər heyvan mənşəli yağlardan istifadə edirdiksə, bu gün artıq günəbaxan, xarici dövlətlərdən ixrac edilən, yeməklərimizə dad qatan zeytun və şirniyyatların tərkibinə əlavə edilən palma yağlarını buna nümunə göstərə bilərik. Məlumatlarda bu yağların tərkibinın insan orqanizminə zərərli təsirləri olduğu deyilir. Bu yağlardan biri məhz palma yağıdır, hansı ki, ÜST təşkilatı da bu yağın ürəyin işemik xəstəliyinin yaranmasında əlaqəsinin olduğunu deyir.

Bununla bağlı Sonxeber.az- a danışan professor, baş kardioloq Yusif Nağıyev açıqlamasında qeyd edir ki, palma yağı bizim üçün təzə məhsul sayıldığı üçün genetik olaraq bizə uyğun deyil. Tədqiqatlar aparılmadığına görə palma yağının ürəyin işemik xəstəliyinin yaranmasında rolunun olduğunu deyə bilmərik:

"Təmiz bir eksperiment şəraitində bu yağın hansı fəsadları ola bilər, aşkarlanmayıb. Bəlkə də o məhsul hansısa immonoloji konflikt yaradır, ondan irəli gələn iltihabi proses ola bilər. Amma bunu sübutlar səviyyəsinə gətirmədən rəsmi olaraq birbaşa deyə bilmərik ki, bu yağlar ziyandır. Ümumi baxımdan desək, gələcəkdə bəzi cavan şəxslərin inkişafına təsir edə bilər".

Yusif Nağıyev deyib ki, bitki mənşəli yağlar heyvan mənşəli yağlardan üstündür. Çünki, bitki yağları doymamış yağlardır. O, bu yağların istehsalında maraqlı şəxslərin istənilən tərəfdən çıxış edərək, bu məhsul haqqında fərqli fikirlər deyə biləcəyini də əlavə edib:

"Dünyada iki böyük fikir var. Kimisi deyir ki, bitki mənşəli yağlar ziyandır, kimisi də deyir ki, müsbət təsir edə bilər. Yəni ki, palma yağı da doymamış yağ sayıldığı üçün da ürək – damar sisteminə müsbət təsir göstərdiyi haqqında fikirlər var. Tədqiqatların aparılması üçün böyük maliyyə vəsaitləri lazımdır, bu yağı istehsal edən şirkətlər məsələdə maraqlı olmalıdır. Məsələn, dərman şirkətləri öz dərmanlarını təbliğ etmək üçün buna gedirlər".

Həkim həmçinin dünyada heyvan mənşəli yağların ürək-damar sisteminə mənfi təsir etdiyini deyərək bildirib ki, bu gün Azərbaycanda elə bölgələr var, hansı ki, uzunömürlülər diyarı sayılır,həmin regionda yaşayan şəxslər elə heyvan yağlarından istifadə ediblər:
"Təcrübədə baxsaq, bizim babalar həmişə heyvan yağlarından istifadə ediblər. Elə bölgələr var ki, indi də istifadə edirlər. Bilirsiniz ki, Lerik Azərbaycanda uzunömürlülərin yaşadığı bölgə sayılır. Qeyd edim ki, onların menyusunda elə gündəlik olaraq ət və heyvan yağları üstünlük təşkil edir".

Şəlalə Babayeva
"Tərkibində palma yağı olan qidalar ziyandır?" - Baş Kardioloqdan AÇIQLAMA


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 2556   Tarix: 16 noyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Azərbaycanda Təcili Yardımla pişik üstündə dava - VİDEO

Təcili Tibbi Yardımın operatoru ilə vətəndaşın səs yazısı sosial şəbəkələrdə müzakirəyə səbəb olub. Kimi təcili yardım operatorunu günahlandırıb, kimi isə zəng edən şəxsi qeyri-ciddilikdə qınayıb. xəbər verir ki, yayılan səs yazısına aydınlıq gətirilməsi üçün BAKU TV Təcili Tibbi Yardımla əlaqə saxlayıb

17 sentyabr 2021
.

"Ölən öləcək, qalan qalacaq, həyat davam edir" - Rəşid Mahmudov pandemiyadan danışdı

Mütəxəssislər havaların soyuması ilə əlaqədar olaraq yoluxma sayının artacağını proqnozlaşdırırlar. Bununla bağlı artıq həyəcan təbili çalınır. Maraqlıdır insanların qapalı məkanlarda toplaşması, məktəblərin açılması həqiqətənmi yoluxmanı artıracaq?. Tibb Universitetinin dosenti, Əməkdar müəllim Rəşi

17 sentyabr 2021
.

Vətən müharibəsinin 22 iştirakçısı polis oldu

Sentyabrın 17-də daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun iştirakı ilə keçirilən respublikanın şəhər, rayon polis orqanlarında sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışı keçirib. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbua

17 sentyabr 2021
.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18 sentyabr 2021
.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18 sentyabr 2021
.

Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - damarları təmizləyir, xərçəngdən qoruyur

Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla

17 sentyabr 2021
.

Gürcüstanda soydaşlarımızın təhsil problemi - VİDEO

Yeni tədris ilinin başlaması ilə qonşu Gürcüstanda yaşayan azərbaycanlılar yenə də təhsil sahəsində böyük problemlə qarşı-qarşıya qalıblar. Belə ki, bu ölkədə fəaliyyət göstərən azərbaycandilli ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin sayı ilbəil azalmağa davam edir. Buna səbəb isə validyenləri

18 sentyabr 2021
.

Ermənilər Nizaminin büstünü bu hala salıb - VİDEO

Məşhur İran və Fransa fotoqrafı, əslən azərbaycanlı Rza Diqqəti işğaldan azad edilmiş Qarabağda erməni vandalizminin daha bir nümunəsini sosial şəbəkə hesabı vasitəsilə dünyanın diqqətinə çatdırıb. qafqazinfo-ya istinadən xəbər verir ki, o, instaqramda dahi Azərbaycan şairi Nizami Gəncəvinin dağıdılmı

17 sentyabr 2021
.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşdü

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışını aparır. Qeyd edək ki, əslən Azərbaycanın Ağdam rayonununda

18 sentyabr 2021