Xoşməramlı səfirlər: "Mehriban Əliyevanın UNESKO-da fəaliyyəti Azərbaycanın zəngin mədəniyyətini dünyaya tanıtmaqdan ibarətdir" - RƏYLƏR

Xoşməramlı səfirlər: "Mehriban Əliyevanın UNESKO-da fəaliyyəti Azərbaycanın zəngin mədəniyyətini dünyaya tanıtmaqdan ibarətdir" - RƏYLƏRNoyabrın 16-da UNESKO Günü qeyd olunur. 1945-ci ilin həmin günü Londonda keçirilən konfransda Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhsil, Elm və Mədəniyyət məsələləri üzrə Təşkilatı (UNESKO) yaradılaraq 37 dövlətin imzası ilə Nizamnaməsi qəbul edilib. Yeni beynəlxalq təşkilatın bəşəriyyətin əqli və əxlaqi həmrəyliyini təmin etməklə dünya müharibəsi ehtimalının qarşısını almaq məqsədi daşıdığı güman olunurdu.

Azərbaycan BMT-nin bu tabe təşkilatına 3 iyun 1992-ci il tarixində üzv olub. Azərbaycanın Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva UNESKO-nun xoşməramlı səfiri fəxri adına layiq görüldükdən sonra Azərbaycanla bu təşkilat arasında əməkdaşlıq əlaqələri daha da güclənib. Belə ki, Mehriban Əliyevanın rəhbərliyi və qayğısı ilə həm ölkədə, həm də xaricdə maddi və qeyri-maddi mədəni irsin qorunması, Azərbaycan mədəniyyətinin dünyada tanıdılması ilə bağlı mühüm işlər görülür.

UNESKO-nun xoşməramlı səfirləri və təşkilatın "Sülh artisti"ləri Azərbaycanın UNESKO-dakı fəaliyyətinə dair fikirlərini "Report"un Fransa bürosu ilə bölüşüblər. Həmin fikirləri təqdim edirik.

Elisso Bolkvadze - UNESKO-nun xoşməramlı səfiri və təşkilatın "Sülh artisti": "Mən 2015-ci ildən UNESKO-nun sülhməramlı artistiyəm. Azərbaycan UNESKO səviyyəsində çox yüksək fəallıq nümayiş etdirir. Azərbaycanın Birinci vitse-prezidenti, UNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın fəaliyyətini yüksək qiymətləndirirəm. Onun fəaliyyəti, ilk növbədə, Azərbaycanı, onun zəngin mədəniyyətini, qədim tarixini, incəsənətini, musiqisini dünyaya tanıtdırmaqdan ibarətdir. UNESKO-da mütəmadi olaraq Azərbaycana həsr edilmiş tədbirlər keçirilir. Digər tərəfdən, Azərbaycan Avropaya inteqrasiya yolunu seçərək onun dəyərlərini sərhədləri daxilində inşikaf etdirir. Demokratiyanın, insan hüquqlarının, qadın hüquqlarının inkişafına xüsusi əhəmiyyət verən bu gənc ölkə öz təcrübəsini daim digər ölkələr ilə bölüşür, hər zaman mübadilələrə böyük maraq və yüksək aktivlik nümayiş etdirir. Nəhayət, müşahidə etdiyim bir cəhət də Azərbaycanın istər Bakıda, istərsə də xarici ölkələrdə keçirilən çoxlu sayda tədbirlərin təşəbbüskarı və təşkilatçısı olmasıdır ki, bu da xalqlar arasında dialoqu stimul və inkişaf etdirir. Arzu edərdim ki, digər ölkələr də UNESKO çərçivəsində Azərbaycan kimi fəal olsunlar."
Xoşməramlı səfirlər: "Mehriban Əliyevanın UNESKO-da fəaliyyəti Azərbaycanın zəngin mədəniyyətini dünyaya tanıtmaqdan ibarətdir" - RƏYLƏRAmri Aminov - UNESKO-nun xoşməramlı səfiri, təşkilatın "Sülh artisti": "Keçmiş SSRİ respublikaları arasında Azərbaycan qədər UNESKO tərkibində aktiv fəaliyyət göstərən ölkə yoxdur. Azərbaycan təşkilat tərəfindən həyata keçirilən layihələrin əsas iştirakçılarındandır və beynəlxalq əlaqələrin qurulması üçün çox çalışır. Beləliklə, UNESKO-nun fəaliyyətinə yaxından dəstək verir. Azərbaycan dünya əhəmiyyətli tarixi abidələrin bərpası, yeni mədəniyyət ocaqlarının yaradılmasında yaxından iştirak edir. Heydər Əliyev Fondunun bu sahədəki fəaliyyəti gözümüzün qabağındadır. Fond bu istiqamətdə mühüm layihələr reallaşdırıb. Azərbaycan özü düz yoldadır və digər ölkələrə də gözəl nümunə olur."
Xoşməramlı səfirlər: "Mehriban Əliyevanın UNESKO-da fəaliyyəti Azərbaycanın zəngin mədəniyyətini dünyaya tanıtmaqdan ibarətdir" - RƏYLƏREdva Ser - UNESKO-nun xoşməramlı səfiri, təşkilatın "Sülh artisti": "Azərbaycan xalqı mehriban, səmimi və gözəl bir xalqdır. Bu səbəbdən ölkə əhalisi mehriban və sülh şəraitində yaşayır. Təsadüfi deyil ki, üç dinə məxsus insanlar bir-biri ilə anlaşır, bir-birini başa düşür və hörmət edir. Digər ölkələrə nümunə olan Azərbaycan sivilizasiyalararası dialoq, multikulturalizm və sülh ənənələrinin möhkəmlənməsində UNESKO tərkibində xüsusi rolu oynayır."

Xoşməramlı səfirlər: "Mehriban Əliyevanın UNESKO-da fəaliyyəti Azərbaycanın zəngin mədəniyyətini dünyaya tanıtmaqdan ibarətdir" - RƏYLƏR


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 732   Tarix: 16 noyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18 sentyabr 2021
.

Nyu-Yorkda köç edən yüzlərlə quş "Dünya Ticarət Mərkəzi"nin binasına çırpılaraq öldü - VİDEO

ABŞ-ın Nyu-York şəhərindən köç etmək istəyən yüzlərlə quş "Dünya Ticarət Mərkəzi"nin binasına çırpılıb. Nyu-York Quşları Qoruma qrupu quşların cənuba doğru uçduqları zaman işıqlar və yansıtıcı şüşələr səbəbindən yolu səhv saldıqlarını açıqlayıb. Nəticədə azı 300 quş ölüb

18 sentyabr 2021
.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18 sentyabr 2021
.

Azərbaycan və İran Gorus-Qafan yolundakı vəziyyəti müzakirə edib

İran səfiri Seyid Abbas Musəvi Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayevlə görüşüb. Bu barədə İranın Azərbaycandakı Səfirliyi məlumat yayıb. Bildirilib ki, görüşdə bölgədəki cari dəyişikliklər, xüsusilə də Azərbaycanla Ermənistan arasındakı sərhəd bölgələrində vəziyyət, Gorus-Qafan yolund

18 sentyabr 2021
.

Şotlandiyada on il öncə itmiş pişik evinə qayıtdı - FOTO

Şotlandiyanın Aberdin şəhərində 10 il öncə itmiş pişik tapılıb. Forbs adlı ev heyvanı üzərindəki mikroçip sayəsində evinə qaytarılıb. Belə ki, pişiyi tapan şəxs mikroçipdə əks olunan telefon nömrəsilə əlaqə saxlayıb. Məlum olub ki, heyvanın sahibi Edinburq şəhərində yaşayan bir ailədir. Ailə başçıs

18 sentyabr 2021
.

Azərbaycan polisi qondarma "bayrağ"ı maşınların üzərindən süngü ilə qazıdı - VİDEO

Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən 21 kilometr zolağına nəzarət edən Azərbaycan polisi bu yoldan keçən avtomobillərdəki daha bir qanunsuzluğu aradan qaldırmaq üçün maraqlı üsula əl atıb. Belə ki, ərazidəki postda xidmət edən qəhrəman polislərimiz sözügedən yoldan keçən avtomobilləri

17 sentyabr 2021
.

Azərbaycanda Təcili Yardımla pişik üstündə dava - VİDEO

Təcili Tibbi Yardımın operatoru ilə vətəndaşın səs yazısı sosial şəbəkələrdə müzakirəyə səbəb olub. Kimi təcili yardım operatorunu günahlandırıb, kimi isə zəng edən şəxsi qeyri-ciddilikdə qınayıb. xəbər verir ki, yayılan səs yazısına aydınlıq gətirilməsi üçün BAKU TV Təcili Tibbi Yardımla əlaqə saxlayıb

17 sentyabr 2021
.

Türkiyə ilə Azərbaycan arasında yeni sənəd imzalanacaq

Türkiyə ilə Azərbaycan arasında yeni sənəd imzalanacaq. Bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb. Bildirilib ki, bu məsələ Azərbaycanın mədəniyyət naziri Anar Kərimovla Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy arasında keçirilən görüşdə müzakirə olunub. A.Kərimov ikitərəfli dostlu

17 sentyabr 2021
.

Azərbaycanda xarici diplomların tanınması qaydası dəyişir

"Xarici kvalifikasiyaların (diplomların) tanınması qaydalarına dəyişiklik edilməsi ilə bağlı hökumətə yeni layihə təqdim edilib. Yaxın bir ayda diplomların tanınması başqa formata keçəcək". xəbər verir ki, bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) İdarə Heyətinin sədri Eldar Oruco

17 sentyabr 2021