"Cem Yılmazın kosnertinə 700 manat verə biliriksə, niyə kasıblıqdan gileylənirik, mitinqə gedirik?" - Nadir Qafarzadədən SƏRT AÇIQLAMALAR

"Cem Yılmazın kosnertinə 700 manat verə biliriksə, niyə kasıblıqdan gileylənirik, mitinqə gedirik?" - Nadir Qafarzadədən SƏRT AÇIQLAMALARNadir Qafarzadə Cem Yılmaza "qıjı" deməsinə aydınlıq gətirib.

Axeber.az-ın məlumatına görə, müğənni ölkə.az-ın əməkdaşı ilə söhbətində bildirib ki, əgər insanlar 700 manata bilet alıb konsertə gedə bilirlərsə, kasıblıqdan gileylənməməlidirlər:

''Mən Cem Yılmazı, ümumiyyətlə, tanımıram. Ölkəmizdə reklam olandan sonra tanımışam. Evimdə bizim telekanallara baxan yeganə insan mənəm. Deyə bilərəm ki, yeni nəsildən heç kimi tanımıram. Çünki mənə maraqlı da deyil. Mən öz sözünü demiş sənətçiləri yaxşı tanıyıram. Məsələn, Aydan Şener, Türkan Şoray kimi sənətkarlar. Cem Yılmaz barəsində pis heç nə demirəm. Sadəcə, başa düşə bilmirəm ki, axı, nəyə görə onun kimiləri gətirirlər stand-up üçün? Onun kimilər bizim cəmiyyəti marifləndirmir. Savadımızı, biliyimizi artırmır. Düşünürəm ki, daha sanballı insanlar gəlməlidir ölkəyə. Bizim öz komediya aktyorlarımızdan Fərda Xudaverdiyev, Müşviq Abbasov var. Mənim fikrimcə, başqalarına ehtiyac yoxudur. Bizim əhali əgər 700 manat verib, Cem Yılmazın stand-up şousuna gedirsə, deməli, ölkəmizdə hər şey yaxşıdır. Həmin insanlar şikayət etməsinlər ki, biz pis yaşayırıq. Mitinqlər keçirməsinlər. Düşünürəm ki, 700-800 manat az məbləğ deyil. Hansısa müəllimin, hansısa elm adamının 2 aylıq əmək haqqıdır''

N.Qafarzadə əməkdaşımızın ''nəyə görə öz sənətkarlarımıza bu qədər qiymət verməyənlər əcnəbi sənətçilərə pərəstiş edirlər?'' sualına sənətçi belə cavab verib:

"''Bizdə həmişə belə olub. Bizim öz jurnalistlərimiz - təbii ki, hamısına şamil olunmur - öz sənətkarlarımızı ömür boyu tənqid ediblər. Heç öz sənətkarlarımızın təqdimatlarına getmirlər. Mən təkcə Cem Yılmazı nəzərdə tutub demirəm. Ümumiyyətlə, bizim ölkəmizdə əcnəbi qonaqlara, sənətkarlara pərəstiş çox güclüdür. Özlərini elə aparırlar ki, sanki onlar göydən düşüb. Əcnəbidirlər deyə əlçatmazdılar. Bəlkə də qonaq gələn həmin insanlar ölkələrində heç o qədər önəm daşımırlar. Lakin elə olmamalıdır. Əvəlcə evin içi sonra başqaları. Mən demirəm biz gələn qonağı pis qarşılayaq. Lakin özümüzə də hörmət edək. Kimisə göylərə qaldıranda, özümüz aşağılanıb, yaltaq kimi görünməyək. Mən istəmirəm ki, bizim milləti başqa ölkədə yaltaq kimi tanısınlar''.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Şou-biznes   Baxılıb: 3024   Tarix: 18 noyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Çingiz Əhmədov: "Şit parodiyalar çoxalıb"

"Bu gün yazarlarımız yox dərəcəsindədir. O vaxt Seyfəddin Dağlı, Salam Qədirzadə, İsi Məlikzadə, Rüfət Əhmədzadə, Cahangir Aslanoğlu kimi yazarlar ssenarilər qələmə alırdılar. Bu gün Əhməd Orucoğlu, Rafiq Səməndər kimi peşəkarlar az qalıb. Mən bu sadaladığım insanların ssenarilərini oynamışam. B

13 aprel
.

Rəmişin həyat yoldaşı: "Evimin ünvanını bütün Azərbaycana yaydılar. Onlara kim icazə verir ki..."

"Jurnalistlərə demək istəyirəm ki, Rəmiş yoxdursa, mən də yoxam. Əl çəksinlər məndən, yaşlı adamam, infarkt etməsinlər. Evimin ünvanını bütün Azərbaycana yaydılar. Onlara kim icazə verir ki, mənim ünvanımı bütün Azərbaycanla bir edirlər?! Mən hamıdan uzaqlaşmışam. Yalandan yazırlar ki, evi 285 mi

7 aprel
.

Xatunun əri GÖRÜN KİM İMİŞ - VİDEO

Müğənni Xatun keçmiş həyat yoldaşı ilə bağlı açıqlama verib. -a istinadən xəbər verir ki, müğənni bu haqda "Elgizlə İzlə" verilişində açıqlama verib. Müğənninin sözlərinə görə, həyat yoldaşı çox tanınmış bir ailənin övladı olub. Onlar əslən Bakının Şüvəlan qəsəbəsindəndir

13 aprel
.

"İndi oxumaqdan çox danışmaq lazımdır"

Xalq artisti Niyaməddin Musayev "7 Tamam" verilişində qonaq olub. Axşam.az xəbər verir ki, sənətçi proqramda aparıcı Nanə Ağamalıyevanın "Övladlarınızın səsi var" sualına belə cavab verib: . "Səsləri, avazları var, amma onları qoymaram ki, incəsənət dalınca getsinlər, oxusunlar

12 aprel
.

Zirəddin Rzayev mahnı oxudu

Tanınmış ekstrasens Zirəddin Rzayev bu dəfə ifası ilə diqqət çəkib. OLAY yazır ki, o, "Ovqat" verilişində qonaq olarkən mahnı oxuyub. Belə ki, Rzayev "Azərbaycan maralı" adlı xalq nəğməsini səsləndirib. Bu anlar tamaşaçıların marağına səbəb olub

8 aprel
.

"Məni burada sayan yoxdur" - Elməddindən etiraz

Aktyor Elməddin Cəfərov "Demədi demə" layihəsində qonaq olub. Axşam.az xəbər verir ki, aktyor "O dövrün aktyorları Səyavuş Aslan, Yaşar Nuri, Telman Adıgözəlov və indiki, Cəfərov, Fərda Xudaverdiyev, Müşviq Şahverdiyev. Müqayisə edəndə çoxu deyir ki, heyif köhnə aktyorlardan. Özünüzü onlarl

14 aprel
.

"O gün atası ilə getmək istəmirdi" - Qəzada itirdiyi nəvəsindən danışdı

Şair Cığatel İsaqızı "Həftənin qonağı" verilişinin qonağı olub. Axşam.az xəbər verir ki, şair ötən ilin iyulunda avtoqəza nəticəsində nəvəsi Süleymanı itirməsindən danışıb:. "Cığatel (red. - şairin nəvəsi) atasına demişdi ki, həmişə deyirsən 5 alın, hara desəniz apararam. Gəldi ki, qiymətlərimi

13 aprel
.

Natiq Şirinovun qızı toyunda oxudu - Video

Xəbər verdiyimiz kimi, bu gün paytaxt restoranlarının birində Xalq artisti Natiq Şirinovun qızı Sevilin toyudur. Axşam.az xəbər verir ki, sənətçinin övladı Semih adlı bəylə ailə qurur. Maraqlı məqamlardan biri də Sevil toyda baş tutan xınayaxdı mərasimində "Yüksək yüksek tepeler" mahnısın

12 aprel
.

"Məni burada sayan yoxdur" - Elməddindən etiraz

Aktyor Elməddin Cəfərov "Demədi demə" layihəsində qonaq olub. "Ölkə.az" Axşam.az-a istinadla xəbər verir ki, aktyor "O dövrün aktyorları Səyavuş Aslan, Yaşar Nuri, Telman Adıgözəlov və indiki, Cəfərov, Fərda Xudaverdiyev, Müşviq Şahverdiyev. Müqayisə edəndə çoxu deyir ki, heyi

15 aprel