Məhkəmə polis yoldaşını güllələyərək öldürən rəislə bağlı QƏRAR VERDİ

Məhkəmə polis yoldaşını güllələyərək öldürən rəislə bağlı QƏRAR VERDİAli Məhkəmədə səhlənkarlıqda təqsirləndirilən Altay Rəfiyevin barəsində olan hökmdən zərərçəkmişin hüquqi varisi tərəfindən verilən kassasiya şikayətinə baxılıb.

Axeber.az bildirir ki, hakim Fərhad Kərimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.

Qeyd edək ki, 2016-cı ilin yayında Ağstafa rayonunun Dağ Kəsəmən kəndində axtarışda olan Tahir Fərzəli oğlu Ayralovu yaxalamaq üçün keçirilən əməliyyat zamanı Ağstafa Rayon Polis Şöbəsinin Cinayət axtarışı bölməsinin rəisi olmuş polis mayoru A.Rəfiyev səhlənkarlığı nəticəsində polis yoldaşı Vasif Bağırovu güllə ilə vuraraq öldürüb.

Məlumata görə, T.Ayralovun müqavimət göstərməsi polis əməkdaşlarını silah tətbiq etməyə məcbur edib. Polisin atdığı güllələrdən biri başqa bir polis əməkdaşı, 1989-cu il təvəllüdlü Vasif Şaiq oğlu Bağırovun başına dəyib. O, aldığı yaradan bir neçə gün sonra müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Onun ölümünə səbəb olan polis mayoru A.Rəfiyev mövqeyini xidmət yoldaşına bildirməməkdə günahlandırılıb.

Belə ki, onun mövqeyindən xəbərsiz olan V.Bağırovun A.Rəfiyevə tərəf atəş açdığı və cavab atəşindən sonra yaralanaraq dünyasını dəyişdiyi bildirilib.

Daha sonra keçmiş Daxili İşlər naziri Ramil Usubovun müvafiq əmrinə əsasən, Ağstafa Rayon Polis Şöbəsinin Cinayət axtarışı bölməsinin rəisi, polis mayoru A.Rəfiyev sərəncama göndərilib.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A.Rəfiyev 314.2-ci (səhlənkarlıq) maddəsi ilə təqsirli bilinərək, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 3 il 6 ay müddətinə azadlıqdan
məhrum edilib. Hökmdən zərərçəkmiş şəxsin hüquqi varisi S.Bağırova və məhkumun müdafiəçisi apellyasiya şikayəti verib. Gəncə Apellyasiya Məhkəməsinin qərarı ilə zərərçəkmiş şəxsin hüquqi varisinin apellyasiya şikayəti qismən təmin edilərək,
qərar dəyişdirilib.

Belə ki, məhkumun cəzası 4 il 6 aya qaldırılıb.

Daha sonra hər iki tərəf kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Kriminal   Baxılıb: 1944   Tarix: 18 noyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Tovuzda 36 yaşlı kişi bıçaqlandı - Şübhəli şəxs xanımıdır

Tovuzda bıçaqlanma hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə rayonun Düz Cırdaxan kəndində qeydə alımıb. Belə ki, kənd sakini 1988-ci il təvəllüdlü Namiq İsmayılov bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Xəstə dərhal əməliyyat edilib. Vəziyyətinin kafi olduğu bildirilir

7 mart
.

4 il əvvəl atası tərəfindən öldürülən qızın FOTOsu

Xəbər verdiyimiz kimi, Ağdamda 4 il əvvəl itkin düşən qızın atası tərəfindən öldürülərək həyatyanı sahədə basdırıldığı ehtimal olunur. Trend xəbər verir ki, Ağdam rayonunun İmamqulubəyli qəsəbəsində yaşayan 24 yaşlı Nərgiz Nəcəfova 2020-ci ilin mart ayında yaşadığı evdən çıxaraq bir daha geri qayıtmamışdı

22 fevral
.

21 il əvvəl qadının ərini öldürərək quyuya atmasının TƏFƏRRÜATI

Naxçıvanın Kəngərli rayon Qarabağlar kəndində 21 il əvvəl törədilmiş qətlin bəzi təfərrüatı məlum olub. APA-ya istinadən xəbər verri ki, hadisə zamanı qətlə yetirilən Məhəmməd Kərimov spirtli içki aludəçisi olub. O, spirtli içki qəbul edərək arvadı və uşaqlarını döyürmüş. Hadisə günü də Məhəmməd Kərimo

1 mart
.

Sumqayıtda dəhşətli cinayət: "Dedi ki, gözəl-göyçək arvadın var..." - ŞOK TƏFƏRRÜAT

Sumqayıt şəhərində 1982-ci il təvəllüdlü Ceyhun qısqanclıq zəminində yaranan mübahisə zamanı nikahdan kənar münasibətdə olduğu Aygünü (adlar şərti verilib - red.) öldürüb. -un əldə etdiyi məlumata görə, Ceyhun 2020-ci ilin martında qeyri-rəsmi ər-arvad münasibətində yaşadığı 1995-ci il təvəllüdlü Aygünü

13 mart
.

"Quska" haqda yeni cinayət işi açıldı - Həbs qərarı verildi

Həbsdə olan sabiq deputat Hüseyn Abdullayevə yeni cinayət işi açılıb. "Qafqazinfo"nun məlumatına görə, o, bu dəfə cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırmaqda ittiham edilir. Məlumatı onun vəkili Rəsul Cəfərov saytımıza təsdiq edib. Qeyd edək ki, H.Abdullayev 2018-ci ild

7 mart
.

Əhməd Əhmədovun istintaqa verdiyi ifadə üzə çıxdı: "Ailəmi öldürdüm, çünki..."

Ailə üzvlərini qətlə yetirməkdə təqsirli bilinən Əhməd Əhmədovun istintaqa verdiyi ifadə üzə çıxıb. TV Müsavat xəbər verir ki, Ə.Əhmədov ilkin ifadəsində törətdiyi qətli heç bir tərəddüd etmədən boynuna alıb. O, törətdiyi qətllərin ardıcıllığını dəqiq təsvir edib və bunu öncədən planlaşdırdığını bildirib

1 mart
.

66 yaşlı qadın öldürüldü, qohumu saxlanıldı

Xaçmaz rayonunda qeyri-aşkar şəraitdə törədilmiş ağır cinayətin üstü isti izlərlə açılıb. "Qafqazinfo" rayon prokurorluğuna istinadən xəbər verir ki, martın 21-də Xaçmaz rayon sakini, 1958-ci il təvəllüdlü Safura Balacayevanın üzərində xəsarət izləri olan meyiti yaşadığı evdə aşkar edilib

23 mart
.

Ülvi Həsənli və Sevinc Vaqifqızı ilə bağlı QƏRAR

"Abzas Media" saytının direktoru Ülvi Həsənli və baş redaktoru Sevinc Abbasova (Vaqifqızı) barələrində seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı istintaq orqanının təqdimatına baxılıb. APA xəbər verir ki, bu gün Xətai Rayon Məhkəməsində hakim Rəfail Sadıxovun sədrliy

14 mart
.

Qadın alveri edən şəxs 2500 manat cərimələndi

Nərimanov Rayon Məhkəməsində qadınları fahişəliyə cəlb edən 60 yaşlı Səma Məmmədovaya (ad-soyad şərtidir) hökm oxunub. "Qafqazinfo" xəbər verir ki, məhkəmə S.Məmmədovanı Cinayət Məcəlləsinin 243.1-ci (Fahişəliyə cəlb etmə) maddəsi ilə təqsirli bilib. Bildirilib ki, o, iki həmcinsini pul qarşılığınd

5 mart