"3D"nin Lyubası: "Dadaş müəllim ona "animasiya" deyilməsini sevmir" - MÜSAHİBƏ

"3D"nin Lyubası: "Dadaş müəllim ona "animasiya" deyilməsini sevmir" - MÜSAHİBƏAVRO-2020-nin "Bakcell Arena"da keçirilən Azərbaycan - Uels oyununu izləyənlər arasında İTV-də yayımlanan, son vaxtların ən çox müzakirə olunan verilişi "3D"nin qəhrəmanları da vardı. Dadaş Dadaşlinskinin katibəsi Lyuba və onun qəbuluna düşməyi bacarmayan Əziz. Verilişin əsas qəhrəmanı Dadaş müəllim isə ortalıqda gözə dəymirdi.

Sonxeber.az bildirir ki, oxu.az oyunun fasiləsində bu ikiliyə yaxınlaşıb bəzi suallara cavab tapmağa çalışıb.

- Oyunlara belə tez-tez gəlirsiniz, yoxsa stadiondan baxdığınız birinci oyundur?

Lyuba: Birinci dəfədir ki, gəlirəm. Oyundan çox narazıyam. Soyuqdur. Mən VIP yerdə oturmaq istəyirdim.

- Bəs niyə alınmadı?

Lyuba: Çünki bileti özümüz almamışıq. Bizi dəvət ediblər.

- Bəs Dadaş müəllim niyə oyuna gəlməyib?

Əziz: İşi var idi, gələ bilmədi.

- Oyun xoşunuza gəlir, ya yox?

Əziz: Maraqlı oyun gedir. Sadəcə, bizimkilər gərək hücumun kəsərini bir az artırsınlar. Hava mübarizələrində uduzurlar. Birinci bu problemi yoluna qoymaq lazımdır.

- Siz bilirsinizmi ki, səkkiz dəfə bu komanda ilə qarşılaşmışıq və hələ də qalib gələ bilməmişik?

Əziz: Bəli, çox təəssüflər olsun. Mənə elə gəlir ki, Uelsin fiziki göstəriciləri çox yaxşıdır. Britaniya futbolu oynayırlar. Bu da bizə uyğun deyil. Onlar fiziki cəhətdən çox güclüdürlər. Bu fərq hiss olunur. Hesab bilmirəm, necə bitəcək? Amma ümidvaram ki, heç-heçə olacaq (məlum olduğu kimi görüş Uelsin 2:0 hesablı qələbəsi ilə başa çatdı - S.M.).

- Əziz, siz verilişdə sonradan peyda oldunuz. Necə oldu ki, bu ideya yarandı?

Əziz: Mən lazım olan vaxtda peyda oldum. Dadaş müəllimin qəbuluna düşmək istəyirdim. Hələ də qəbula düşə bilmirəm.

- Qəbuluna düşüb ona nə demək istəyirsiniz ki?

Əziz: Bir çox vacib, həyati əhəmiyyətli məsələləri.

- Şəxsi məsələdir?

Əziz: Həm şəxsi, həm də ictimai məsələlər. Amma gərək onun yanına girim ki, cəmiyyət bilsin həmin məsələləri. Ümidvaram ki, mən də qəbula düşə biləcəyəm.

- Lyuba xanım, Dadaş müəllimin fəaliyyətindən bir katibə kimi razısınız?

Lyuba: O, mənim kumirimdir. Ümumiyyətlə, mən o insanı çox istəyirəm. Onun hər bir xüsusiyyətindən çox razıyam. Əzizin sözlərinə əlavə etmək istəyirəm. O, bir dəfə Dadaş müəllimin qəbuluna düşüb. Yəqin, heç kim xatırlamır. O, içəri girdi və nə demək istədiyini unutdu.

- Həyəcanlandınız deyə sözlərinizi unutdunuz?

Əziz: Bəli. İnsan olaraq onu tam başqa cür təsəvvür edirdim.

- Yəqin, onu insan cildində yox, animasiya şəklində görüncə həyəcan hissi sizi boğdu...

Lyuba: Hansı animasiya? Dadaş müəllim ona "animasiya" deyilməsini sevmir...

- Əsl adınız Lyubadır, yoxsa bu, verilişə görə seçilmiş addır?

Lyuba: Öz adımdır. Bizdə yalandan heç nə yoxdur. Hər şey doğrudur. Hətta Dadaş müəllim də...

- Biz bilirik ki, Dadaş müəllimin əsl adı başqadır...

Lyuba: Onu bilirdinizsə, bunu da öyrənəydiniz də...

- Dadaş müəllim daha məşhur olduğu üçün onun əsl adını mətbuat tapa bilib. Sizin haqqınızda isə heç bir məlumat yoxdur...

Lyuba: Siz onun populyarlığı haqda bilirsinizsə, onda bunu da bilməli idiniz ki, ona "animasiya" demək olmaz. O, belə deyilməsini xoşlamır.

- Onun yanında demərik bu sözü. Mən sizin yanınızda belə deyirəm...

Lyuba: Elə mən də xoşlamıram...

- Siz də xoşlamırsınızsa, deməli, müdirinizi çox istəyirsiniz... Necə oldu ki, sizə o vəzifədə işləmək təklifi gəldi?

Lyuba: Bu sualın cavabını verə bilmərəm. Yalnız onu deyə bilərəm ki, Dadaş müəllim kofeni şəkərsiz içməyi xoşlayır.

- Başqa nəyi xoşlayır?

Lyuba: Dolmanı.

- Biz gələcəkdə onu kofe içən və dolma yeyərkən görə biləcəyik?

Lyuba: Bu, nə sualdır verirsiniz? Dadaş müəllim kofe onsuz da içir... (Əziz bəhanə ilə müsahibəni burda tamamlamağımızı istəyir)


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 952   Tarix: 19 noyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Türkiyə ilə Azərbaycan arasında yeni sənəd imzalanacaq

Türkiyə ilə Azərbaycan arasında yeni sənəd imzalanacaq. Bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb. Bildirilib ki, bu məsələ Azərbaycanın mədəniyyət naziri Anar Kərimovla Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy arasında keçirilən görüşdə müzakirə olunub. A.Kərimov ikitərəfli dostlu

17 sentyabr 2021
.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşdü

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışını aparır. Qeyd edək ki, əslən Azərbaycanın Ağdam rayonununda

18 sentyabr 2021
.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18 sentyabr 2021
.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18 sentyabr 2021
.

Şotlandiyada on il öncə itmiş pişik evinə qayıtdı - FOTO

Şotlandiyanın Aberdin şəhərində 10 il öncə itmiş pişik tapılıb. Forbs adlı ev heyvanı üzərindəki mikroçip sayəsində evinə qaytarılıb. Belə ki, pişiyi tapan şəxs mikroçipdə əks olunan telefon nömrəsilə əlaqə saxlayıb. Məlum olub ki, heyvanın sahibi Edinburq şəhərində yaşayan bir ailədir. Ailə başçıs

18 sentyabr 2021
.

Rayonlara dolu düşüb, şimşək çaxıb

Azərbaycanda faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sentyabrın 17-si saat 16.00-a olan məlumatına əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Zaqatala, Tovuz, İsmayıllıd

17 sentyabr 2021
.

Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - damarları təmizləyir, xərçəngdən qoruyur

Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla

17 sentyabr 2021
.

"Yaralanmışam, pensiya ala bilmirəm" - Müharibədə iştirak edən futbolçu

Vətən müharibəsi qazisi, "Kəpəz" klubunun sabiq futbolçusu, 1998-ci il təvəllüdlü Talib Rzayev müharibədə yaralanmağına baxmayaraq, ona hələ də əlillik dərəcəsinin təyin edilməməsindən narazıdır. Bu barədə "Qafqazinfo"ya müraciət edən T. Rzayev bildirib ki, 2019-cu ildə əsgərliy

17 sentyabr 2021
.

Azərbaycan polisi qondarma "bayrağ"ı maşınların üzərindən süngü ilə qazıdı - VİDEO

Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən 21 kilometr zolağına nəzarət edən Azərbaycan polisi bu yoldan keçən avtomobillərdəki daha bir qanunsuzluğu aradan qaldırmaq üçün maraqlı üsula əl atıb. Belə ki, ərazidəki postda xidmət edən qəhrəman polislərimiz sözügedən yoldan keçən avtomobilləri

17 sentyabr 2021