Metroda qapıları tutan 20 sərnişin cərimələndi - VİDEO

Metroda qapıları tutan 20 sərnişin cərimələndi - VİDEOXüsusən günün pik saatlarında metroda qatarların gecikməsi, ləngiməsi müşahidə olunur. Buna isə müstəlif səbəblər göstərilir. Sən demə daha bir səbəb isə insan amilidir. Bəzi sərnişinləri qatar qapılarını 5-10 saniyə tutub saxlaması ümumi hərəkətə təsir göstərir. Bu da qatarlar arasında intervalın artmasına gətirib çıxarır.

Sonxeber.az bildirir ki, məsələnin ciddiliyini nəzərə alaraq ARB TV-nin "Günə Doğru" kollektivi bu problemi geniş süjet ətrafında işıqlandırıb.

Sakin: "Bir səhər dərsə gedəndə, bir də ki, axşam vaxtı 5-dən sonra çox sıxlıq olur".

Etibar İsayev – Xidmət rəisi: "Qatarda, salonda elan olunursa ki, qapılar bağlanır, bu elandan sonra qatardan düşmək-minmək olmaz. Təəssüflər olsun ki, bu elandan sonra da bizim sərnişinlərimiz bəzi hallarda çalışırlar ki, nəyin bahasına olursa_olsun qatara tez minsin, növbəti qatarı gözləmək istəmirlər. Bu səbəbdən qapıların bağlanmasına mane olurlar, qapıların bağlanması ləngiyir".

Qatar stansiyadan gec çıxanda isə tuneldə digər qatarlarla rastlaşmaması üçün sürətini azaldır.

Etibar İsayev – Xidmət rəisi: "Qatar başlanğıc stansiyadan sonuncu stansiyaya kimi hardasa 13-15-20 stansiya qət edir. Hər stansiyada bu qatara sərnişin tərəfindən 5-10 saniyə gecikmə olsa, nəticədə bu qatar 2-3 dəqiqə gecikmə ilə gələcək".

Nazirlər Kabinetinin "Metrodan istifadə qaydaları"na əsasən qapını tutub qatarı gecikdirmək sərnişinin cərimələnməsi ilə nəticələnə bilər. Bu il ərzində həmin qaydaları pozan 20 sərnişin müəyyən olunaraq 50 manat məbləğində cərimələnib.

Elşad Hacıyev – BŞPİ mətbuat xidmətinin rəisi: ""Ehtiyyatlı olun, qapılar bağlanır" elanından sonra vaqonun salonuna daxil olmaq, eləcə də vaqonun qapılarını tutub saxlamaqla vaqona minmək və ya vaqondan düşmək qadağandır. Qatarın yola düşməsini ləngitmək inzibati xətadır, "Metropolitendən istifadə qaydaları"nın pozulması kimi qiymətləndirilir".

Qapıları tutub qatarı gecikdirənlər təkcə cərimə qorxusundan deyil, bir qatar dolu insanın evə-işə gecikməsinə səbəb olmaqdan çəkinməlidir.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1018   Tarix: 19 noyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Prezidentin xüsusi nümayəndəliyindən Xankəndinin ilk körpəsi ilə bağlı paylaşım

Xəbər verdiyimiz kimi, antiterror tədbirləri nəticəsində işğaldan azad edilmiş ərazilərimizdə ilk körpə dünyaya gəlib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Xankəndi, Ağdərə, Xocalıda prezidentin xüsusi nümayəndəliyi də məlumat yayıb. "Xankəndi şəhərində çalışan Azərbaycan Dövlət Su Ehtiyatlar

23 aprel
.

Bayden "erməni soyqırımı" ifadəsini növbəti dəfə işlətdi

ABŞ Prezidenti Co Bayden ənənəvi müraciətində növbəti dəfə "erməni soyqırımı" ifadəsindən istifadə edib. APA-nın xəbərinə görə, o bildirib ki, "soyqırımın" ildönümünün qeyd olunması onun "qurbanlarının" anılması və bu "faciənin" unudulmaması üçün səbəbdir. Qey

24 aprel
.

Sabah 31 dərəcə isti olacaq

Aprelin 25-ə gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 14-18 isti, gündüz 23-28 isti olacaq. Atmosfer təzyiq

24 aprel
.

Bakı Sağlamlıq Mərkəzində maşınqayırma texnikumunu bitirən şəxs anju edir? (İDDİA/VİDEO)

Bakı Sağlamlıq Mərkəzində tibbi təhsili olmayan, maşınqayırma texnikumunu bitirən şəxs anju əməliyyatı edir. Qaynarinfo xəbər verir ki, bu iddia ilə Bakı sakini Camal Şabanov çıxış edib. Onun sözlərinə görə, Bakı Sağlamlıq Mərkəzində Hüseyn adlı şəxs onu əməliyyat edib. "Cavan oğlan idi. Ondan soruşdu

24 aprel
.

Azərbaycanda yeni kollec yaradıldı

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən "Azərbaycan Dövlət Aqrar Universiteti" publik hüquqi şəxsin nəzdində "Gəncə Dövlət Aqrar Kolleci" publik hüquqi şəxs yaradılıb. xəbər verir ki, bu barədə Nazirlər Kabineti qərar qəbul edib. Yeni kollec Kənd Təsərrüfatı Nazirliyini

24 aprel
.

Baş nazir iclas keçirdi: Sədr məruzə etdi

Azərbaycan İnvestisiya Holdinqinin (AİH) Müşahidə Şurasının iclası keçirilib. xəbər verir ki, bu barədə Nazirlər Kabinetindən məlumat verilib. Baş nazir, AİH-nin Müşahidə Şurasının sədri Əli Əsədovun sədrliyi ilə keçirilən iclasın gündəliyində holdinqin idarəetməsinə verilmiş Portfel şirkətlərin 2023-c

24 aprel
.

Tanınmış modeli döyməkdə təqsirləndirilən şəxs yenidən hakim qarşısında

Tanınmış modeli döyməkdə təqsirləndirilən Ziya Hüseynzadənin digər cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs ifadə verib. O, ifadəsi zamanı iş üzrə zərərçəkmi

24 aprel
.

"40 Azərbaycan rəsmisi haqqında sanksiya qərarı erməni lobbisinin sifarişiylə hazırlanıb" - DEPUTAT

Xəbər verdiyimiz kimi Azərbaycan Rusiya sülhməramlılarını ölkədən çıxarırkən, Ermənistanla sülh müzakirələrində irəliləyiş əldə edilərkən ABŞ Konqresinə 40 Azərbaycan rəsmisi haqqında sanksiya qərarı üçün layihə təqdim edilib. Siyahıda Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev, Dövlət Təhlükəsizliy

24 aprel
.

Efirdə gərgin anlar: Lalə o qadını studiyadan QOVDU - VİDEO

Xəzər TV-də yayımlanan "Təsir dairəsi" verilişində növbəti dəfə gərgin anlar yaşanıb. Ölkə.Az xəbər verir ki, efirə üz tutan şikayətçinin yalan danışdığı deyilib. Ekspertlər bununla bağlı onu qınayıb. Verilişin aparıcısı Lalə Azərtaş həmin qadına qapını göstərərək studiyanı təkr etməsini tələ

24 aprel