Kommersiya obyektlərinin icarəsi bazarında hansı dəyişikliklər gözlənilir? - RƏYLƏR

Kommersiya obyektlərinin icarəsi bazarında hansı dəyişikliklər gözlənilir? - RƏYLƏRDaşınmaz əmlak bazarında aktiv seqmentlərdən biri də qeyri-yaşayış sahələri və ya kommersiya obyektləri bazarıdır. Paytaxtın küçələrində müxtəlif məqsədli ofis, kafe, restoran və mağazalara rast gəlirik. Əksər hallarda bu obyektlərdə müxtəlif iqtisadi təyinatlı fəaliyyətlər obyektin sahibi tərəfindən deyil, ayrı-ayrı icarədarlar tərəfindən həyata keçirilir. Eyni zamanda Bakıda son zamanlar bir sıra ticarət və biznes mərkəzləri tikilib ki, onlarda da müxtəlif məqsədli mağazalar və ofislər müəyyən haqq müqabilində icarədarların öhdəsinə verilib. Sadalanan bu ictimai iaşə mərkəzləri daşınmaz əmlak bazarının qeyri-yaşayış sahələri seqmentini formalaşdırır.

"Report" paytaxtda qeyri-yaşayış sahələrinin icarə qiymətlərində hansı dəyişikliklərin baş verdiyini, bu dəyişikliklərin səbəblərini, paytaxtın müxtəlif əraziləri üzrə həmin obyektlərin aktivliyinin necə dəyişdiyini, eyni zamanda qeyri-yaşayış sahələri ilə bağlı bir sıra problemləri araşdırıb.

Mövzu ilə bağlı "MBA" konsaltinq şirkətinin baş direktoru Nüsrət İbrahimov "Report"a verdiyi açıqlamada oktyabr ayında paytaxtdakı qeyri-yaşayış sahələrinin icarə qiymətlərinin 1,69% bahalaşdığını bildirib:

"MBA" konsaltinq şirkətinin baş direktoru Nüsrət İbrahimov

"Ümumi bazar üzrə qiymətlərdə bir neçə ildir ki, ucuzlaşma nəzərə çarpır"

"Ötən ilin müvafiq dövrü ilə müqayisədə isə qeyri-yaşayış sahələrinin icarə qiymətləri 2,49% ucuzlaşıb. İlkin payız aylarında qeyri-yaşayış sahələrinin icarə qiymətlərində bahalaşma olur. Qarşıdan qış mövsümi gəldiyi üçün insanlar bazar və mağazalara üz tuturlar ki, bu da qiymət təzyiqi yaradır. Buna görə də oktyabr ayında qeyri-yaşayış sahələrində mövsümi qiymət artımı müşahidə olunub. Lakin il ərzində ümumi bazar üzrə bir neçə ildir ki, qiymətlərdə ucuzlaşma nəzərə çarpır.

Obyektləri təyinatına görə qruplaşdırsaq, oktyabr ayında ticarət məqsədilə fəaliyyət göstərən obyektlərdə icarə qiymətləri 1,77% artıb, boş obyektlərdə 6,42% ucuzlaşma olub, xidmət sahələri üçün nəzərdə tutulan obyektlərdə icarə qiymətlərində 0,9% ucuzlaşma, ofis tipli obyektlərdə isə 0,49% bahalaşma qeydə alınıb".

"Əmlak" Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı isə paytaxtın bəzi küçələrində icarə qiymətlərinin fantastik olduğunu qeyd edib:
Kommersiya obyektlərinin icarəsi bazarında hansı dəyişikliklər gözlənilir? - RƏYLƏR"Kommersiya obyektləri ticarət fəaliyyəti, ofis və xidmət sahələri, sənayə və digər sahələr üçün nəzərdə tutulan obyektlər olmaqla bir neçə qismə bölünür. Son bir neçə ildə ticarət obyektlərinə tələb artmaqdadır. Şəhərdə illərlə boş qalan obyektlərdə aktiv ticari fəaliyyətin başlanması, bunun da nəticəsində həmin obyektlərin likvidliyinin və icarə qiymətlərinin artması müşahidə olunur. Xüsusən son iki ilin göstəricilərinə əsasən kommersiya obyektlərinin icarə qiymətlərinin artdığını deyə bilərik. İlin əvvəli ilə müqayisədə isə oktyabrın əvvəllərində ticarət məqsədilə fəaliyyət göstərən obyektlərin orta qiymətində 12,3% artım müşahidə olunub.

Bunun bir səbəbi ticarət sahələrinə tələbin artımı, digər səbəbi isə obyektlərin likvidlik dərəcəsinin artımıdır. Təqribən 0,5% və ondan yuxarı gəlirlilik dərəcəsi olan obyektlərə tələb həddən artıqdır. Həmin obyektlər təklifə çıxarıldığı gündən satıldığı günə qədər olan müddət xeyli azalıb. Ofislər üçün nəzərdə tutulan obyektlərdə isə vəziyyət bir qədər fərqlidir. Belə ki, son illər paytaxtın bir sıra ərazilərində biznes mərkəzlərin tikilməsi, bu mərkəzlərin sayının artması ilə bazarda rəqabətin artması və bunun da nəticəsində icarə qiymətlərinin ucuzlaşması müşahidə olunur.

Ramil Osmanlı
"Əmlak" Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı

"Paytaxtda elə küçələr var ki, "ikinci Tarqovu" adlanır".

Ticarət fəaliyyəti üçün nəzərdə tutulan obyektlərin icarə bazarında aktivlik paytaxtın mərkəzindən kənara doğru dəyişir. Mərkəzi hissələrdə aktivlik daha yüksəkdir. Amma likvidlik baxımından yanaşsaq, paytaxtın mərkəzdən kənar rayonlarında elə ərazilər var ki, orda gəlirlilik dərəcəsi daha artıqdır. Misal olaraq Nəsimi rayonunun mikrorayonlar ərazisini, Xətai rayonunda "Əhmədli", "Həzi Aslanov", "Xətai" metrostansiyalarının ətrafını, Binəqədi rayonunda mikrorayonlarda M.Ə.Rəsulzadə qəsəbəsinə doğru olan əraziləri, Nizami rayonunda "Neftçilər" metrostansiyasının ətrafını göstərmək olar. Hazırda paytaxtda elə küçələr var ki, "ikinci Tarqovu" adlanır. Həmin ərazilərdə tələb yüksək, təklif məhdud, icarə qiymətləri isə fantastikdir".

Daşınmaz əmlak üzrə ekspert Elnur Fərzəliyev isə bəzi obyektlərin icarədarlarının tez-tez dəyişdiyini qeyd edib: "Bakıda kommersiya obyektlərinin sayı həddən artıqdır və bu əhalinin sayına müvafiq deyil. Hazırda bu obyektlərin bəzilərinin bağlandığını və ya icarədarlarının tez-tez dəyişdiyini müşahidə edirik. Bunun səbəbləri müxtəlifdir. Həmin iaşə obyektləri yol kənarlarında tikilir və əksəriyyətinin avtoparkı yoxdur. Bilirik ki, yol kənarında saxlanılan avtomobilləri Bakı Nəqliyyat Agentliyi tərəfindən cərimə tətbiq olunur.

Elnur Fərzəliyev
Daşınmaz əmlak üzrə ekspert Elnur Fərzəliyev:

"Sahibkar icarə qiymətini yüksək göstərməklə öz obyektini dəyərdə saxlayır".

Müştəri bir obyektə gedərkən məcbur olub avtomobilini yolun kənarında saxlayır. Nəticədə onun avtomobili cərimələnir və həmin müştəri bir daha həmin obyektə getmək istəmir. Belə olan təqdirdə sahibkar müştəri itirmiş olur. Bakıdakı obyektlərin yarıdan çoxu köhnə yaşayış binalarının altında yerləşir. Həmin binaların isə avtodayanacaqları yoxdur. Müştəri bu binaların qarşısında maşın saxlaya bilmədiyinə görə həmin obyektlərə girmədən çıxıb gedir.

Digər bir səbəb odur ki, sahibkarlar obyektlərinin dəyərdən düşməsini istəmədikləri üçün icarə qiymətlərini baha qoyurlar. Tutalım, bir obyektin satış qiyməti 500 min manatdır və sahibkar bu qiymətin 0,5%-i həcmində icarə haqqı müəyyən edir. Bu zaman onun icarə haqqı olur 2 500 manat. Bu qiymətə isə icarədarların gücü çatmır. Əgər sahibkar həmin obyekti 1 000 manata icarəyə versə, bu zaman gərək onun obyektinin qiyməti 200 min manata düşsün. Bu isə sahibkarlara sərf etmir. Sahibkar icarə qiymətini yüksək göstərməklə öz obyektini dəyərdə saxlayır. Ona görə də bu gün ucuz qiymətə yaxşı obyekt tapmaq çox çətindir. Lakin düşünürəm ki, hazırda tikilməkdə olan bir sıra binalar istifadəyə verildikdən sonra obyektlərin sayı artacaq və buna görə də icarə qiymətlərində ciddi enmələr müşahidə olunacaq".

"Paytaxtın mərkəzi küçələrində obyektlərin 1 kvadrat metrə görə icarə qiymətləri 30 manatdan 100-150 manata qədər dəyişir. Paytaxtın ətraf əraziləri ilə müqayisə aparsaq, tutalım, mərkəzdə 10 min manata icarəyə verilən obyektin qiyməti Masazırda 500 manata olduğunu görə bilərik", - deyə ekspert əlavə edib.

"Property" qiymətləndirmə şirkətinin direktoru Pərviz Qulami də obyektlərin icarə qiymətində ərazilər və təyinatlar üzrə dəyişikliklərin fərqli olduğunu bildirib:

"Property" qiymətləndirmə şirkətinin direktoru Pərviz Qulami:

"Qiymət dəyişikliyi obyektin yerləşdiyi zonadan və iqtisadi təyinatından asılıdır".

"Obyektlərin icarə qiymətində azalma və ya artımın olması ilk növbədə o obyektin yerləşmə zonasından və iqtisadi təyinatından asılıdır. Məsələn, şəhərin ən aktiv yerləri olan "28 may" metrosunun ətrafı və "Nizami" küçəsində obyektlərin icarə qiymətlərində ucuzlaşma yoxdur. Çünki həmin ərazilərdə yerləşən kafe və restoranlara, geyim mağazalarına kifayət qədər insan axını var. Nəticədə icarədarlarla icarəyə verən arasında problem yaşanmır. Amma mərkəzdən uzaq ərazilərdə, məsələn tikinti materialları satılan obyektlərdə mövsümlə əlaqəli olaraq alver zəiflədiyi üçün icarədarlar sahibkardan icarə haqqının aşağı endirilməsini tələb edirlər. Buna görə də bu tip obyektlərin icarə qiymətində müəyyən azalmalar nəzərə çarpa bilər. Şəhərin müxtəlif ərazilərinə görə və qeyri-yaşayış sahələrinin təyinatından asılı olaraq bəzi obyektlərin icarə haqqlarında müəyyən azalmaların olması mümkündür. Bəzi obyektlərdə isə ümumiyyətlə qiymət azalması yoxdur".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 633   Tarix: 19 noyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Azərbaycanda xarici diplomların tanınması qaydası dəyişir

"Xarici kvalifikasiyaların (diplomların) tanınması qaydalarına dəyişiklik edilməsi ilə bağlı hökumətə yeni layihə təqdim edilib. Yaxın bir ayda diplomların tanınması başqa formata keçəcək". xəbər verir ki, bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) İdarə Heyətinin sədri Eldar Oruco

17 sentyabr 2021
.

Sentyabrın 20-dək ictimai nəqliyyat işləməyəcək

Bu gündən sentyabrın 20-si saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılır. -ın məlumatına görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, 18 sentyabr saat 00:00-dan 20 sentyabr saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyat, o cümlədən Bakı Metropoliten

18 sentyabr 2021
.

Tovuza dolu düşüb - VİDEO

Tovuzun dağ kəndlərinə leysan yağıb, qısa müddətli dolu düşüb. APA-ya istinadən xəbər verir ki, bu gün rayonun Kirən, Əhmədabad, Əsrik Cırdaxan və Yanıqlı kəndlərinə dolu düşüb. Bəzi kəndlərdə isə yağışdan sonra sel gəlib. Təsərrüfata ciddi ziyan dəymədiyi bildirilir. Hazırda qərb rayonlarında yağıntıl

17 sentyabr 2021
.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA + VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18 sentyabr 2021
.

ABŞ-da azərbaycanlı yüzlərlə insanın həyatını xilas etdi, polis onu mükafatlandırdı - VİDEO

ABŞ-ın Kaliforniya ştatında yaşayan azərbaycanlı Fərrux Məmmədov Kempbell Şəhər Polis İdarəsi tərəfindən xüsusi mükafat ilə təltif olunub. Ölkənin yerli "ABC7" telekanalı ABŞ polisinin qəhrəman adlandırdığı azərbaycanlı haqqında süjet hazırlayıb. Xəbər cinayətkarın hazırladığı terror planında

18 sentyabr 2021
.

Azərbaycanda Təcili Yardımla pişik üstündə dava - VİDEO

Təcili Tibbi Yardımın operatoru ilə vətəndaşın səs yazısı sosial şəbəkələrdə müzakirəyə səbəb olub. Kimi təcili yardım operatorunu günahlandırıb, kimi isə zəng edən şəxsi qeyri-ciddilikdə qınayıb. xəbər verir ki, yayılan səs yazısına aydınlıq gətirilməsi üçün BAKU TV Təcili Tibbi Yardımla əlaqə saxlayıb

17 sentyabr 2021
.

Rayonlara dolu düşüb, şimşək çaxıb

Azərbaycanda faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sentyabrın 17-si saat 16.00-a olan məlumatına əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Zaqatala, Tovuz, İsmayıllıd

17 sentyabr 2021
.

Nyu-Yorkda köç edən yüzlərlə quş "Dünya Ticarət Mərkəzi"nin binasına çırpılaraq öldü - VİDEO

ABŞ-ın Nyu-York şəhərindən köç etmək istəyən yüzlərlə quş "Dünya Ticarət Mərkəzi"nin binasına çırpılıb. Nyu-York Quşları Qoruma qrupu quşların cənuba doğru uçduqları zaman işıqlar və yansıtıcı şüşələr səbəbindən yolu səhv saldıqlarını açıqlayıb. Nəticədə azı 300 quş ölüb

18 sentyabr 2021
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18 sentyabr 2021