Vətəndaş: "Quba Rayon İcra Hakimiyyəti məhkəmənin qərarını icra etmir"

Vətəndaş: "Quba Rayon İcra Hakimiyyəti məhkəmənin qərarını icra etmir""Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olsa da, Quba Rayon İcra Hakimiyyəti icra etmir".

Bunu "Report"a açıqlamasında Quba rayon sakini Təhməzov Elşad Əli oğlu bildirib.

Şikayətçinin sözlərinə görə, o, Quba rayonu İsnovqışlaq kəndində yerləşən özünə məxsus kommersiya obyektinin istismara qəbul aktının verilməsi öhdəliyinin Quba Rayon İcra Hakimiyyətinin üzərinə qoyulması tələbi ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət edib.

Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 15 avqust 2019-cu il tarixli qərarı ilə iddia tələbi təmin edilərək Quba rayonunun İsnovqışlaq kəndində yerləşən iddiaçıya məxsus kommersiya obyektinin istismara qəbul aktının verilməsi öhdəliyi Quba Rayon İcra Hakmiyyətinin üzərinə qoyulub.

Məhkəmənin qəbul etdiyi həmin qərar qanuni qüvvəsini aldıqdan sonra Sumqayıt İnzibati-İqtisadi Məhkəməsi tərəfindən 10 oktyabr 2019-cu il tarixli, iş №2-1(85)-1193/2019 saylı məktubla icra olunması üçün Quba Rayon İcra Hakimiyyətinə göndərilib:

"Lakin artıq uzun müddət keçməsinə baxmayaraq, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin qanuni qüvvəsini almış qərarın icrası Quba Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri tərəfindən "bizə aydın olmayan səbəblərdən" məqsədyönlü şəkildə uzadılır və qəsdən icra olunmur. Bununla bağlı nümayəndəm tərəfindən Quba Rayon İcra Hakimiyyətinin Hüquq şöbəsinin məsləhətçisi Abdullayev Qəmbər Eldar oğlu ilə gorüşərək məsələni ətraflı müzakirə edib, həmin qeyri-yaşayış sahəsi ilə bağlı bütün hüquq müəyyənedici sənədlər Hüquq şöbəsinə təqdim edilib. Həmçinin Qənbər Abdullayevin tövsiyəsi ilə nümayəndə tərəfindən icra hakimiyyətinin Memarliq və tikinti şöbəsinin böyük məsləhətçisi (mühəndis) Kərimov Hidayət Vilayət oğlu ilə görüşüb. Ona da tələb edilən zəruri sənədlər təqdim edilib. Ancaq hər dəfə "bununla bağlı icra hakimiyyətinin başçısı cənab Əliyev Ziyəddin İsmayıl oğluna məruzə olunacaq, başçının birinci müavini Xudaverdiyev Allahverdi Allahqulu oğlu ilə məsləhətləşmələr aparılacaq" deyilərək müxtəlif vədlər verilsə də, nədənsə icra hakimiyyətinin vəzifəli şəxsləri problemin həllində heç də maraqlı görünmür. Bu günə qədər də qanuni qüvvəsini almış məhkəmə qərarı icra olunmadan qalır" - şikayətçi bildirib.

Qeyd edək ki, Azərbaycan Respublikasının Konstitusiyasına və digər qaninvericilik aktlarına əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır, qanuni qüvvəyə mindikdən onların icrası bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir.

Qanunvericiliyin bu tələbini yerinə yetirməyənlərə qarşı inzibati və cinayət məsuliyyəti nəzərdə tutulub.

"Report" məsələ ilə bağlı Quba Rayon İcra Hakimiyyətinə müraciət edib. Lakin icra hakimiyyətindən münasibət öyrənmək mümkün olmayıb.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1124   Tarix: 20 noyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Bakı sakinini xəbəri olmadan vəzifəyə təyin etdilər, maaş yazdılar - VİDEO

Bakının Sabunçu rayonu sakini xəbərə olmadan vəzifəyə təyin olunub. Şikayətçi İldırım Hüseynov bildirib ki, e- portalına daxil olduğu zaman ona əmək müqaviləsi bildirişi gəlib:. "Daha sonra təyin edildiyim vəzifəyə uyğun olaraq maaşın da qeyd olunduğu gördüm. Portalda mənim üçün aylıq 380 AZN əməkhaqqını

20 aprel
.

Övladını xilas etmək istəyərkən Kürdə batan Zərdab sakini dəfn edildi

Kür çayının Ağcabədi rayonu Nəcəfqulubəyli kəndindən keçən hissəsində batan Zərdabın Qoruqbağı kənd sakini Vaqif Tahir oğlu Süleymanov dəfn edilib. xəbər verir ki, V.Süleymanov yaşadığı Qoruqbağı kəndində torpağa tapşırılıb. Xatırladaq ki, hadisə aprelin 12-də olub. V.Süleymanov ailəsi ilə birlikdə Kü

19 aprel
.

Siyavuş Novruzov: "Əgər uşaq evdə dərs oxuyacaqsa, məktəbə niyə gedir?" - VİDEO

"Uşaq məktəbə gəlir ki, burada dərs öyrənsin, oxusun. Bu, evdə oxuyacaqdısa onu niyə məktəbə gətiriblər. xəbər verir ki, bu sözləri deputat Siyavuş Novruzov Milli Məclisdə çıxışı zamanı deyib. O, bildirib ki, Azərbaycan Konstitusiyasında göstərilib ki, təhsil icbaridir, məcburidir. Adətən birinc

19 aprel
.

Çoxuşaqlı ailələrə ayrıca müavinət TƏYİN EDİLSİN - TƏKLİF

Dünya praktikasında 3 uşağı olanlar çoxuşaqlı ailələr hesab edilir. Bu baxımdan Azərbaycanda çoxuşaqlı anlayışının 5-dən 3-ə endirilməsi təklif edilir. Artıq məsələ Milli Məclisdə müzakirə olunur və yekun qərarın təsdiqlənməsi gözlənilir. Azərbaycanda kütləvi şəkildə boşanmaların olması, o cümlədən ailələri

19 aprel
.

Qətl törədən azərbaycanlının evindən görün nələr TAPILDI? milyonlarla pul...

Rusiyanın Moskva şəhərində azərbaycanlı gənc Şahin Abbasovun qətl törətməsi barədə xəbər vermişdik. Rusiya mediasına istinadla bildirir ki, müstəntiqlər dayanacaq üstündə moskvalı öldürməkdə şübhəli bilinən Azərbaycan vətəndaşı Şahin Abbassovun mənzilindən 44 milyon rubldan çox, həmçinin 300 min dolla

19 aprel
.

Parlament seçkiləri nə vaxt keçiriləcək?

"Parlament seçkiləri sentyabrda keçirilə bilər". Bunu Qaynarinfo-ya açıqlamasında hüquqşünas Qulamhüseyn Əlibəyli deyib. Qulamhüseyn Əlibəyli bildirib ki, parlament seçkilərinin noyabrda keçirilməsi ümumi tələbdir, amma seçkilərin vaxtı dəyişdirilə də bilər:. "Konstitusiyaya görə, növbədənkəna

19 aprel
.

"Prezident İlham Əliyevin dilomatiyası Azərbaycana uğurlar gətirməkdə, qələbələr qazandırmaqda davam edir" - DEPUTAT

Xəbər verdiyimiz kimi Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib. Bu barədə aprelin 19-da keçirilən Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədinin delimitasiyas

20 aprel
.

Ətin qiyməti niyə günbəgün ARTIR? - Açıqlama

2024-cü ilin yanvar-fevral aylarında quş əti də daxil olmaqla diri çəkidə 89,1 min ton ət istehsal olunub. 2023-cü ilin müvafiq dövrünə nisbətən ət istehsalı 1,5 faiz azalıb. Azərbaycanda ətin qiyməti niyə bu qədər bahadır?. Mövzu ilə bağlı bağlı iqtisadçı-eskpert Natiq Cəfərli -a açıqlama verib. İqtisadç

19 aprel
.

Öldüyü deyilən milyarder məşuqəsi ilə Bakıya gəzməyə gəlib – ŞOK TƏFƏRRÜATLAR

Almaniyanın RTL telekanalının jurnalistləri 2018-ci ildə yoxa çıxan milyarder Karl-Erivan Haubun hələ də sağ olduğunu iddia edirlər. Onların sözlərinə görə, o, gizli şəkildə Rusiyaya gedib və Moskvada özündən 20 yaş kiçik məşuqəsi ilə yaşayır. Köln prokurorluğu araşdırmaya başlayıb. RTL-nin məlumat

19 aprel