Azərbaycanda müvəqqəti yaşamaq üçün icazənin verilməsi ilə bağlı YENİ QAYDALAR

Azərbaycanda müvəqqəti yaşamaq üçün icazənin verilməsi ilə bağlı YENİ QAYDALARAzərbaycanda müvəqqəti yaşamaq üçün icazənin alınması (müddətinin uzadılması) üçün müraciətin və sənədlərin qəbulu ilə yeni qaydaların icrasına başlanılıb.

Bununla əlaqədar Dövlət Miqrasiya Xidmətinin Kollegiyası "Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazənin alınması (müddətinin uzadılması) üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament"də dəyişiklik edib.

Dəyişikliklərə əsasən, müvəqqəti yaşamaq üçün icazənin alınması (müddətinin uzadılması) üçün müraciətin və sənədlərin qəbulu üzrə elektron xidmətin icra müddəti artıq 20 iş günü ərzində deyil, "Dövlət rüsumu haqqında" qanunda nəzərdə tutulmuş rüsumlara uyğun müddətdə icra ediləcək.

Qərara uyğun olaraq, yetkinlik yaşına çatmış əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin verilməsinə və müddətinin uzadılmasına görə rüsumlar fərqlidir.

İcazə vəsiqəsi on beş iş günü müddətində verildikdə və ya müddəti uzadıldıqda 3 ayadək 40 manat, 6 ayadək 80 manat, 1 ilədək 160 manat, 1 il 6 ayadək 240 manat, 2 ilədək 320 manat, 2 il 6 ayadək 400 manat, 3 ilədək 480 manat məbləğində rüsum ödəniləcək.

Vəsiqə 20 iş günü müddətində verildikdə və ya müddəti uzadıldıqda 3 ayadək 30 manat, 6 ayadək 60 manat, 1 ilədək 120 manat, 1 il 6 ayadək 180 manat, 2 ilədək 240 manat, 2 il 6 ayadək 300 manat, 3 ilədək 360 manat məbləğində rüsumu müəyyən edilib.

Yetkinlik yaşına çatmayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin verilməsinə və müddətinin uzadılmasına görə vəsiqə 15 iş günü müddətində verildikdə və ya müddəti uzadıldıqda 3 ayadək 25 manat, 6 ayadək 50 manat, 1 ilədək 100 manat, 1 il 6 ayadək 150 manat, 2 ilədək 200 manat, 2 il 6 ayadək 250 manat, 3 ilədək 300 manat məbləğində rüsum ödənilməlidir.

Bu kateqoriyadan olanlar üçün vəsiqə 20 iş günü müddətində verildikdə və ya müddəti uzadıldıqda 3 ayadək 15 manat, 6 ayadək 30 manat, 1 ilədək 60 manat, 1 il 6 ayadək 90 manat, 2 ilədək 120 manat, 2 il 6 ayadək 150 manat, 3 ilədək 180 manat məbləğində rüsum ödənilməlidir.

Azərbaycanın ali və orta ixtisas təhsili müəssisələrində əyani formada, habelə ümumtəhsil müəssisələrində təhsil alan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin verilməsinə və müddətinin uzadılmasına görə vəsiqə 15 iş günü müddətində verildikdə və ya müddəti uzadıldıqda 1 illik 60 manat, 2 illik (müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin müddəti uzadıldıqda) 120 manat məbləğində rüsum müəyyən edilib.

Bu kateqoriyadan olan şəxslərə vəsiqə 20 iş günü müddətində verildikdə və ya müddəti uzadıldıqda 1 illik 40 manat, 2 illik (müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin müddəti uzadıldıqda) 80 manat məbləğində dövlət rüsumu ödənilməlidir.

Bununla yanaşı, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə müvəqqəti yaşamaq üçün icazənin verilməsi ilə bağlı ailə üzvünün və ya yaxın qohumun notariat qaydasında təsdiq edilmiş razılıq ərizəsi tələb edilir.

Bu qərar artıq noyabrın 16-dan qüvvəyə minib.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1370   Tarix: 20 noyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

DYP avtobus sürücülərinə XƏBƏRDARLIQ ETDİ - FOTO/VİDEO

Ötən gün iki avtobus sürücüsünün qaydaları pozması ilə bağlı görüntülər yayılıb. -in məlumatına görə, sürücülər Abşeron rayonu ərazisində avtobusları idarə edərkən həm öz, həm də sərnişinlərin həyatını təhlükəyə atıblar. Görüntülər sosial şəbəkədə yayıldıqdan sonra sürücülər tənqid obyektinə çevrilib

23 aprel
.

Sumqayıtda müəllim vəfat etdi

Sumqayıt şəhər 24 saylı tam orta məktəbin müəllimi vəfat edib. Qaynarinfo xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Bildirilib ki, ötən gün sözügedən məktəbin ingilis dili müəllimi Xuraman Əliyeva qəfil dünyasını dəyişib

23 aprel
.

Paytaxtın hansı küçələrində sıxlıq var? - SİYAHI + FOTO

Bakının bəzi küçə və prospektində nəqliyyatın sıxlığı müşahidə olunur. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hazırda:. 1. Heydər Əliyev prospekti əsas yol, mərkəz istiqamətində;. 2. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

23 aprel
.

Əhaliyə ŞAD XƏBƏR - Bu tarixdə...

Aprelin 25-də bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının ödənilməsi nəzərdə tutulub. Bu barədə -a Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib

23 aprel
.

DTX-nin xaricdəki nümayəndələrinin gəlirləri vergidən azad edilir

Dövlət Təhlükəsizliyi Xidmətinin xarici dövlətlərdə və beynəlxalq təşkilatlarda nümayəndələrinin əldə etdiyi gəlirlər məcburi dövlət sosial sığorta haqqı və gəlir vergisindən azad edilir. APA-ya istinadən xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Sosia

23 aprel
.

DİQQƏT: Qəfil ölümlər buna görə artıb - VİDEO

Son vaxtlar qəfil ölüm hallarının artdığı müşahidə edilir. Ölüm yaşa baxmır. Amma həyatını itirənlər arasında gənclərin də olmağı təşviş yaradır. Səhhətində heç bir problem olmayan insanlar qəfildən dünyasını dəyişir. Onların böyük qisminə ürəktutma diaqnozu qoyulur. Bəs bu nə dərəcədə doğrudur?. xəbə

23 aprel
.

ANAMA tender keçirmədən sabiq nazirin şirkətinə 20 milyon manatlıq sifariş verdi

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) "İmprotex İndustries" MMC (VÖEN – 1401813511) ilə satınalma müqaviləsi imzalayıb. xəbər verir ki, bir mənbədən satınalma metodu əsasında imzalanan müqaviləyə görə ANAMA minatəmizləmə texnikaları, ehtiyat hissələri və təlim xidmətlərini

23 aprel
.

Prezidentin xüsusi nümayəndəliyindən Xankəndinin ilk körpəsi ilə bağlı paylaşım

Xəbər verdiyimiz kimi, antiterror tədbirləri nəticəsində işğaldan azad edilmiş ərazilərimizdə ilk körpə dünyaya gəlib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Xankəndi, Ağdərə, Xocalıda prezidentin xüsusi nümayəndəliyi də məlumat yayıb. "Xankəndi şəhərində çalışan Azərbaycan Dövlət Su Ehtiyatlar

23 aprel
.

Övladları Rəşad Dağlının 40 yaşını belə təbrik etdi - VİDEO

Ötən gün meyxanaçı Rəşad Dağlının 40 yaşı tamam olub. xəbər verir ki, onun övladları Yusif və Betül atalarını təbrik edib, daha sonra kiçik ad günü tortunun şamlarını üfürüblər. Hazırda həbsdə olan Rəşad Dağlını həmkarı Baləli də təbrik edib. O meyxanaçının ad günün gələn il öz evində qeyd etməsini arzulayıb

22 aprel