DİN itlərin kütləvi şəkildə öldürülməsini araşdırır - FOTO
Xaçmaz rayonunda sığınacaqda saxlanılan itlər kütləvi şəkildə tələf olub.
Sonxeber.az xəbər verir ki, bunu qafqazinfo-ya açıqlamasında həmin sığınacağın sahibi Nailə Rüstəmli bildirib. O deyib ki, 15 it iki gün əvvəl sığınacağın həyətində gəzib, axşamdan isə onlarda zəhərlənmə əlamətləri aşkar olunub: "Kütləvi şəkildə komaya düşürdülər. Ümumi 15 it zəhərlənib, 11-i ölüb. 4-ü müalicə olunur. Amma ayağa dura bilmirlər, müqavimətləri yerində deyil, ağrı çəkirlər.
Bunu edənin kim olduğunu dəqiq bilmirik. Amma şübhələndiyimiz 2-3 nəfər var. Hansi ki, birincisi qonşu bağın sahibi, Xaçmazda vəzifəli bir şəxsdir. Dəfələrlə mənə hədə-qorxu gəlib, bir dəfə işçisi itlərimizə güllə atıb. Ən çox şübhə etdiyim odur".
N.Rüstəmli bildirib ki, sağ qalan itlər müalicə üçün Bakıya gətirilib və onlardan nümunələr götürülərək analiz verilib: "Nəticələr hamısı aşağı dərəcəli oldu. Həkim dedi ki, bu tramadol, ya da digər psixotrop dərman verəndə belə olur. Yəni itlərin dərmanla zəhərləndiyi təsdiqləndi".
N.Rüstəmli hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin 102 xidmətinə də məlumat verib: "Dünən günorta qaynar xəttə şikayət etdim, iki saat sonra Xaçmaz Rayon Polis Şöbəsindən əməkdaşlar gəlib izahat aldı".
Nazirliyin Mətbuat Xidmətinin Quba regional qrupundan sayta bildirilib ki, müraciətlə bağlı şikayətçinin izahatı alınıb və itlərin ölümü faktı üzərində araşdırmalara başlanılıb: "Əgər araşdırma nəticəsində itlərin kim və ya kimlərsə tərəfindən qəsdən öldürüldüyü aşkar olunarsa, həmin şəxs cinayət məsuliyyətinə cəlb ediləcək".
Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial Baxılıb: 795 Tarix: 20 noyabr 2019
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşMaqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ
2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu
18 sentyabr 2021Skuterdə gəzən it və pişik "Ginnesin Rekordlar Kitabı"na düşdü - FOTO - VİDEO
Kanadadan Lollipop adlı it və Saşimi adlı pişik skuterdə beş metr məsafəni qət etməklə "Ginnesin Rekordlar Kitabı"na düşüb. Filmlər və şoular üçün heyvanları təlim edən Melissa Millett Lollipop və Saşiminin skuter sürməyi xoşladıqlarını, lakin adətən bunu tək-tək həyata keçirdiklərini deyib
17 sentyabr 2021Azərbaycanda koronavirusa yoluxanların sayı AÇIQLANDI
Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1770 yeni yoluxma faktı qeydə alınıb, 3 788 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 24 nəfər vəfat edib. İndiyədə
17 sentyabr 2021Tovuza dolu düşüb - VİDEO
Tovuzun dağ kəndlərinə leysan yağıb, qısa müddətli dolu düşüb. APA-ya istinadən xəbər verir ki, bu gün rayonun Kirən, Əhmədabad, Əsrik Cırdaxan və Yanıqlı kəndlərinə dolu düşüb. Bəzi kəndlərdə isə yağışdan sonra sel gəlib. Təsərrüfata ciddi ziyan dəymədiyi bildirilir. Hazırda qərb rayonlarında yağıntıl
17 sentyabr 2021Azərbaycanda Təcili Yardımla pişik üstündə dava - VİDEO
Təcili Tibbi Yardımın operatoru ilə vətəndaşın səs yazısı sosial şəbəkələrdə müzakirəyə səbəb olub. Kimi təcili yardım operatorunu günahlandırıb, kimi isə zəng edən şəxsi qeyri-ciddilikdə qınayıb. xəbər verir ki, yayılan səs yazısına aydınlıq gətirilməsi üçün BAKU TV Təcili Tibbi Yardımla əlaqə saxlayıb
17 sentyabr 2021Mədəsində narkotik maddə keçirmək istəyirdi - DƏHŞƏTLİ şəkildə ÖLDÜ
Ekvadorlu narkotik kuryeri İstanbul Hava Limanından kokain tərkibli olan kapsulları keçirmək istəyərkən dəhşətli şəkildə ölüb. -ın "Ahaber" agentliyinə istinadən verdiyi məlumata görə, narkotik kuryeri Zambrano Xavyer Fernando Lur təyyarə ilə İstanbula keçirtmək üçün tərkibində "kokain"
18 sentyabr 2021Hacı Zeynalabdin Tağıyevin qız məktəbi açmasına kimlər mane olurdu? – VİDEO
Məşhur filmdə deyildiyi kimi, ona elə təklif edəcəm ki, yox deyə bilməsin. Bakı milyonçusu, mesenat Hacı Zeynalabdin Tağıyev də II Nikolayın həyat yoldaşı Aleksandra Fyodorovnaya elə hədiyyə göndərib, elə təklif etmişdi ki imperator şərqdə ilk qız məktəbinin açılmasına yox deyə bilməmişdi. Üstəlik, açılaca
17 sentyabr 2021