"Vasmoy" bazarında 220 kiloqram yararsız ƏT AŞKARLANDI - FOTO

"Vasmoy" bazarında 220 kiloqram yararsız ƏT AŞKARLANDI - FOTOAzərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) daxil olan məlumat əsasında Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsində yerləşən 8-ci km bazarında reyd keçirilib. Agentlik və hüquq-mühafizə orqanlarının birgə keçirdiyi reyd zamanı bazarda mənşəyi məlum olmayan və insan istehlakı üçün yararsız ətlərin satışı ilə bağlı məlumat öz təsdiqini tapıb.

AQTA-dan Sonxeber.az-a verilən məlumata görə, məlum olub ki, ümumi çəkisi 226 kiloqram mənşəyi məlum olmayan, sümükdən ayrılmış ət və ət məhsulları tullantılar üçün nəzərdə tutulmuş polietilen torbalarda qablaşdırılaraq Cəlilabad rayon sakini Həsənov Rövşən Yunus oğlu tərəfindən həmin rayondan tədarük edilir. Araşdırma zamanı bəlli olub ki, orqanoleptik göstəricilərinə görə, istehlaka yararsız olan ət və ət məhsulları 15-BP-575 dövlət nömrə qeydiyyat nişanlı "Mercedes" markalı avtomobil vasitəsilə bazarda fəaliyyət göstərən "Bolluq" marketə gətirilərək satılır.

Eyni zamanda həmin ünvanda fəaliyyət göstərən "Vüsal" marketə məxsus "Samrac 1001 xırdavat" adı altında pərdələnmiş anbarda Beyləqan rayon sakini Cəfərov Rəvan Faiq oğluna məxsus mənşəyi məlum olmayan, sümükdən ayrılaraq tullantılar üçün nəzərdə tutulmuş polietilen torbalara qablaşdırılmış orqanoleptik göstəricilərinə görə istehlaka yararsız olan, satış məqsədli, ümumi çəkisi 153 kiloqram ət aşkarlanıb. Həmin ətlərin qiymə halına salınaraq, 5 manat 50 qəpiyə satıldığı müəyyən edilib. Məhsullardan nümunələr götürülərək, laborator analiz üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyasına təqdim edilib. Ət məhsulları isə dövriyyədən çıxarılıb. Faktla bağlı araşdırmalar davam edir.
"Vasmoy" bazarında 220 kiloqram yararsız ƏT AŞKARLANDI - FOTO"Vasmoy" bazarında 220 kiloqram yararsız ƏT AŞKARLANDI - FOTO"Vasmoy" bazarında 220 kiloqram yararsız ƏT AŞKARLANDI - FOTO


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 922   Tarix: 20 noyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18 sentyabr 2021
.

Hacı Zeynalabdin Tağıyevin qız məktəbi açmasına kimlər mane olurdu? – VİDEO

Məşhur filmdə deyildiyi kimi, ona elə təklif edəcəm ki, yox deyə bilməsin. Bakı milyonçusu, mesenat Hacı Zeynalabdin Tağıyev də II Nikolayın həyat yoldaşı Aleksandra Fyodorovnaya elə hədiyyə göndərib, elə təklif etmişdi ki imperator şərqdə ilk qız məktəbinin açılmasına yox deyə bilməmişdi. Üstəlik, açılaca

17 sentyabr 2021
.

Azərbaycanda Təcili Yardımla pişik üstündə dava - VİDEO

Təcili Tibbi Yardımın operatoru ilə vətəndaşın səs yazısı sosial şəbəkələrdə müzakirəyə səbəb olub. Kimi təcili yardım operatorunu günahlandırıb, kimi isə zəng edən şəxsi qeyri-ciddilikdə qınayıb. xəbər verir ki, yayılan səs yazısına aydınlıq gətirilməsi üçün BAKU TV Təcili Tibbi Yardımla əlaqə saxlayıb

17 sentyabr 2021
.

Ermənilər Nizaminin büstünü bu hala salıb - VİDEO

Məşhur İran və Fransa fotoqrafı, əslən azərbaycanlı Rza Diqqəti işğaldan azad edilmiş Qarabağda erməni vandalizminin daha bir nümunəsini sosial şəbəkə hesabı vasitəsilə dünyanın diqqətinə çatdırıb. qafqazinfo-ya istinadən xəbər verir ki, o, instaqramda dahi Azərbaycan şairi Nizami Gəncəvinin dağıdılmı

17 sentyabr 2021
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18 sentyabr 2021
.

Tovuzda sel suları məktəb və evlərə doldu - VİDEO

Axşam saatlarında qərb bölgəsinə yağan güclü yağış daşqınlara səbəb olub. Xüsusən, Tovuz rayonunun Yanıqlı və Əsrik-Cırdaxan kəndlərində sel suları kənd yollarını yuyub. Su orta məktəb binasına və bəzi evlərə dolub. Bundan əlavə, əkin sahələrinə ciddi ziyan dəyib. Hazırda Yanıqlı kəndində elektrik enerjisini

18 sentyabr 2021
.

"Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA

ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər

18 sentyabr 2021
.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18 sentyabr 2021
.

Peyvənd olunanların sayı AÇIQLANDI

Azərbaycanda son sutkada koronavirus əleyhinə 57 357 vaksin vurulub. xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Bildirilir ki, birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 17 920, ikinci mərhələ üzrə 39 437 nəfərdir. Vaksinasiyadan keçənlərin ümumi say

17 sentyabr 2021