Nazirliyin meşəçi-mühəndisi: "Şəki və Qaxda heç bir ağac kəsintisi faktı olmayıb" - MÜSAHİBƏ

Nazirliyin meşəçi-mühəndisi: "Şəki və Qaxda heç bir ağac kəsintisi faktı olmayıb" - MÜSAHİBƏSosial şəbəkələrdə Şəki və Qax bölgəsində meşə ərazilərində ağacların qırıldığı iddia olunur. "Report" məsələyə aydınlıq gətirmək üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı, uzun müddət meşəbərpa sahəsində təcrübəsi olan meşəçi-mühəndis Rəhim İbrahimova müraciət edib.

R.İbrahimovla müsahibəni təqdim edirik:

- Rəhim müəllim, yayılan məlumatlar barədə nə deyə bilərsiniz?

- Aqrobağların salınması üçün açıq meşə fondu torpaqlarının icarəyə verilməsində məqsəd istifadəsiz və yararsız qalmış torpaqların potensialından səmərəli istifadə etmək və meşə ilə örtülü əraziləri artırmaqdır. Bəllidir ki, Azərbaycan ərazisinin 14 faizi meşə fondu torpaqlarıdır. 11 faizi meşə örtüyü ilə əhatə olunub. Yerdə qalan 3 faizi isə meşəsiz sahələrdir. Həmin sahələr də illərlə boş qaldığından orada kol bitkiləri, quru ot örtükləri əmələ gəlib. Kol bitkilərindən də heç vaxt ağac olmur. Kol bitkiləri yazda inkişaf dövrünü keçirir, havaların quraq keçdiyi yay mövsümündə quruyaraq yanğın təhlükəsi yaradır. İllərdir ki, həmin ərazilər istifadəsiz qalıb. Kimsə özünü təbiətə can yandıran kimi göstərmək istəyir, yaxud da bilərəkdən ictimaiyyəti çaşdıran çıxışlarla görülən işləri, bütün qayda və qanunlar çərçivəsində həyata keçirilən tədbirləri və meşə fondundan, ağac olmayan sahələrdən səmərəli istifafə edilməsi üçün planlı fəaliyyəti qaralamaq istəyir. Bunu edənlərin əsl məqsədini deyə bilmərəm, amma onu bilirəm ki, əbəs yerə, heç bir əsas olmadan əhalini çaşdırmasınlar, məqsəd meşə ilə örtülü sahələri artırmaq, mövcud potensialdan insanlara səmərə verə biləcək tərzdə yararlanmaqdır.
Nazirliyin meşəçi-mühəndisi: "Şəki və Qaxda heç bir ağac kəsintisi faktı olmayıb" - MÜSAHİBƏÖlkədə nəzərəçarpacaq dərəcədə yaşıllaşdırma işləri aparan, hər kəsin ağac əkməsi üçün payız-yaz mövsümündə tinglər paylayan, yanmış ərazilərdə meşəbərpa tədbirləri aparan bir qurum necə olur ki, indi icarəyə verilən sahələrdə görülən işlərin mahiyyətinə varmır? Yəni bütün işlər planlı, qanunauyğun şəkildə həyata keçirilir. Ona görə də bu sosial şəbəkədə yayılan məlumatlar absurddur. Yenə də təkrarlayıram, məqsəd süni ajiotaj yaratmaq, yalnız görülən səmərəli işlərə mane olmaqdır. Aqrobağlar həmin ərazinin kol-kosdan təmizlənərək damcılı suvarma sistemi ilə təhciz edilməsi, dünya standartlarına cavab verən müasir və əhəmiyyətli meşə örtüyü, yaşıllıq sahələri deməkdir.

- Meşə ilə örtülü olmayan sahələrin icarəyə verilməsi qanunvericilikdə nəzərdə tutulubmu?

- Əlbəttə. Bu, 2017-ci ildə Meşə Məcəlləsinə edilən dəyişikliyə əsasən tam qanunamüvafiqdir və dövlət büdcəsindən aqrobağların salınması üçün vəsait xərclənmir. Həmin ərazilər fermerə, hansısa sahibkara verilir. Nazirliyin də əsas hədəfi odur ki, təbiətimiz naminə, yerli ekosistemlərin daha da zənginləşdirilməsi ilə səmərəliliyin artırılması naminə sahibkarlar istifadəsiz qalmış həmin ərazilərə yatırımlar etsin, məhsul götürsün, həm ərazi yaşıllaşsın, meşə örtüyü əmələ gəlsin, həm də yerlərdə insanların məşğulluğuna kömək göstərilsin. Bunun nəyi pisdir? Bu hansı balansı pozur?

- Sosial şəbəkələrdə həmin ərazilərdə kəsilmiş ağac kötüklərinin fotoları paylaşılır. Bunlar nədir, qurumuş ağaclar, yoxsa, həqiqətən də, orada kütləvi ağac kəsimi var?

- Qeyd edim ki, Şəki və Qaxda heç bir ağac kəsintisi faktı olmayıb. Ərazi dediyim kimi kol-kosdan təmizlənir və bəzi yerlərdə illərlə quruyub qalmış tək-tək ağaclar və kötüklər ərazidən çıxarılır. Nazirlik icarəyə verilən yerlərdə nə əkinçiliklə, nə də satışla məşğul olur. Sadəcə, Nazirliyin tabeliyində olan ağac olmayan sahələr meşə örtüyünün artırılması məqsədilə icarəyə verilir.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1123   Tarix: 20 noyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Qətl törədən azərbaycanlının evindən görün nələr TAPILDI? milyonlarla pul...

Rusiyanın Moskva şəhərində azərbaycanlı gənc Şahin Abbasovun qətl törətməsi barədə xəbər vermişdik. Rusiya mediasına istinadla bildirir ki, müstəntiqlər dayanacaq üstündə moskvalı öldürməkdə şübhəli bilinən Azərbaycan vətəndaşı Şahin Abbassovun mənzilindən 44 milyon rubldan çox, həmçinin 300 min dolla

19 aprel
.

Bu dəfə ən yüksək nəticəni onlar göstərdi - Siyahı

Xəbər verdiyimiz kimi, ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 2024-cü il martın 17-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub. "Qafqazinfo" xəbər verir ki, imtahan iştirakçıları arasında 6 nəfər 300 bal toplamaqla ən yüksək nəticəni göstərib. Həmin şagirdlərin siyahısın

19 aprel
.

Sabah 30 dərəcə isti olacaq

Aprelin 20-nə gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 13-18 isti, gündü

19 aprel
.

Rusiya sülhməramlıları regionu TƏRK EDİR: ABŞ və qərb hərbi qüvvələri Qarabağda fəaliyyət GÖSTƏRƏCƏK? - ŞƏRH

Xəbər verdiyimiz kimi, Azərbaycan ərazilərinə müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlıları regionu tərk edirlər. Bununla bağlı, yayılan görüntülərdə sülhməramlılara məxsus hərbi texnikaların qatarlarla Rusiya yolunda olduğunu görmək mümkündür. Əgər belə davam edərsə, sülhməramlıların vaxtından əvvə

19 aprel
.

Bakıda sürücülər əlbəyaxa davaya çıxdılar - VİDEO

Bakıda sürücülər arasında dava baş verib. xəbər verir ki, hadisə paytaxtın Fətəli xan Xoyski küçəsində qeydə alınıb. Sürücülər bir-birinə təpik, yumruq ataraq davanı bir az da gərginləşdiriblər. Verilən məlumata görə, hadisə yol verməmək üstündə baş verib

19 aprel
.

Bakı Baş Səhiyyə Mərkəzi məhkəmə qarşısında - Nə baş verib?

Bakı Baş Səhiyyə Mərkəzi barəsində inzibati iş başlanıb. Qaynarinfo xəbər verir ki, quruma qarşı İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə ittiham irəli sürülüb. Bu maddə əmək qanunvericiliyinin əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları, əmək şəraiti, iş və istirahə

19 aprel
.

"Kömək elə" sözünü eşitdik, getdk, gördük keçiniblər" - Qətlə yetirilən ər və arvadın qonşusu - VİDEO

"Biz neçə ildir burada qonşuyuq. Onlar çox mehriban insanlardır. Oğlan da sakit uşaqdır. Birdən-birə niyə belə oldu bilmirik. Biz də birdən "kömək elə, kömək elə" səsi eşitdik. Gördük ki, keçiniblər". Bu sözləri Baku TV-ə qətlə yetirilən ər və arvadın qonşuları deyib. Qonşuların verdiy

19 aprel
.

Bu məhsulları küçədə satanlar 80 manat CƏRİMƏLƏNƏCƏK - VİDEO

Yol kənarlarında və bazarlarda qida məhsullarının satışı aparılır. Bu tendensiyaya son zamanlar daha çox rast gəlinir. Kənd məhsullarının satışında sanitariya və gigiyena qaydalarına çox da diqqət yetirilmir. Bu da həmin qidaları qəbul edən vətəndaşların sağlamlığına mənfi təsir göstərir. xəbər veri

19 aprel
.

"Nobel qardaşlarının qənimi" Bakı milyonçusunun evi 1 milyon 200 minə satılır - VİDEO

Azərbaycanlı milyonçu Şəmsi Əsədullayevin tikdirdiyi binadakı mənzil satışa çıxarılıb. Bu barədə BAKU.TV-də görüntülər nümayiş olunub. Qeyd edilib ki, Qoql, Lev Tolstoy və Həzi Aslanov küçələrinin kəsişməsində yerləşən evdə sonradan "Neftçi Qurban" kimi Ağaqurban Əliyev və oğlu Yalçın Əliye

19 aprel