Həbsdən çıxmış kişi arvadı haqqında deyilən sözdən dəliyə döndü – Azərbaycanda şok cinayət

Həbsdən çıxmış kişi arvadı haqqında deyilən sözdən dəliyə döndü – Azərbaycanda şok cinayətQuba rayonunda qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən 1983-cü il təvəllüdlü Sumqayıt şəhər sakini Bəhram Cəfərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Bəhram Cəfərov əvvəllər dəfələrlə məhkumluq həyatı yaşayıb.

2008-ci ildə quldurluq və xuliqanlıq ittihamı ilə mühakimə olunub və 8 il 6 ay azadlıqdan məhrum edilib. 2015-ci ildə Xəzər rayon Məhkəməsinin qərarı ilə vaxtından əvvəl azadlığa buraxılıb.

Həbsdən azad olunduqdan sonra Quba rayonu, 1-ci Nügədi kəndində məskunlaşıb. Elə sonuncu cinayəti də Quba rayonunda törədib.

O, təxminən 2018-ci ilin sentyabrın əvvəllərində Quba şəhərindəki bazar ərazisində yerləşən "Dalğa" kafesində tanışı, 1986-cı il təvəllüdlü Səxavət Hüseynovla birlikdə spirtli içki içib.

İçki məclisində söhbət zamanı Səxavət Hüseynov Bəhram Cəfərovun arvadı Samirə (ad şərti verilib – red.) haqqında xoşagəlməz ifadələr işlədib. Səxavət Hüseynov əvvəllər onun arvadını sevdiyini, amma həmin qadının valideynləri evlənmələrinə razı olmadığını deyib.

Bundan sonra Samirə başqa bir kişi ilə ailə qurub. Amma uşağı olmadığı üçün boşanıb və Bəhram Cəfərova ərə gedib. Səxavət Hüseynov bu sözləri deməklə Bəhram Cəfərovu qıcıqlandırıb.

Oktyabrın 26-da saat 18 radələrində Qubanın H.Əliyev prospektində bazarın yaxınlığında Səxavət Hüseynovla Bəhram Cəfərov yenidən rastlaşıb. Səxavət Bəhramın arvadı barədə eyni ifadələri yenidən işlədib.

Bundan əsəbləşən Bəhram Cəfərov Səxavət Hüseynovu öldürmək qərarına gəlib. Həmin gün o, niyyətini həyata keçirmək məqsədilə Səxavət Hüseynova heç kimin görə bilməyəcəyi kənar əraziyə, Quba rayonu Qəçrəş kəndi ərazisində yerləşən kafelərin birində birlikdə yemək yeməyi təklif edib.

Onlar birlikdə taksi ilə Qəçrəş kəndi istiqamətinə yollanıblar. Yolda Bəhram Cəfərov "Fovarit" marketin qarşısında avtomobili saxladıb və marketə daxil olub. O, marketdən bıçaq alıb.

Daha sonra həmin taksi ilə Quba-Xınalıq yolunun Qəçrəş kəndi ərazisindən keçən hissəsində yerləşən "Roman" kafesinə gəliblər. Birlikdə yemək yeyib, spirtli içki qəbul ediblər. Sərxoş vəziyyətə düşdükdən sonra kafedən çıxıblar, birlikdə Xınalıq kəndi istiqamətində piyada bir qədər hərəkət ediblər.

Ətrafda kimsənin olmadığı bir yerdə Bəhram Cəfərov Səxavət Hüseynovu öldürmək məqsədi ilə üzərində olan bıçaqla onun bədəninin müxtəlif nahiyələrinə 3 zərbə endirib.

Daha sonra Səxavət Hüseynovun öldüyünü zənn edib və oradan birbaşa yaşadığı evə gəlib. Bir qədər sonra Quba rayon polis şöbəsinə gedib, könüllü olaraq təqsirini boynuna alıb, Səxavət Hüseynovu öldürdüyünü bildirib.

Səxavət Hüseynov bıçaqlandığı yerdə halsız vəziyyətdə gecəni səhərə qədər qalıb. Ertəsi gün saat 8 radələrində həmin ərazidən keçən bir nəfər şəxs onu qanlı vəziyyədə görüb və təcili tibbi yardım briqadası çağırıb. Səxavət Hüseynova ixtisaslaşdırılmış tibbi yardım göstərilməsi nəticəsində həyatı xilas edilib.

İstintaq orqanı tərəfindən Bəhram Cəfərovun barəsində Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Bəhram Cəfərov 10 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan Bəhram Cəfərov apelyasiya şikayəti verib. O, əməlini Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsinə tövsif edilməsini, həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cəzadan da aşağı həddə cəza təyin olunmasını xahiş edib.

Bəhram Cəfərovun şikayəti araşdırılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Fərmayıl Zeynallının sədrliyi ilə baş tutan prosesdə apelyasiya şikayətinin dəlilləri araşdırılıb, sonda qərar elan edilib.

Bəhram Cəfərovun şikayəti təmin olunmayıb.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Kriminal   Baxılıb: 3165   Tarix: 21 noyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Azərbaycanda ana, oğlu və qızı bıçaqlandı

Sabirabadda bıçaqlanma hadisəsi baş verib. Report-a istinadən xəbər verir ki, hadisə Kürkəndi kəndində qeydə alınıb. Belə ki, 1986-cı il təvəllüdlü Zərbəliyev İlkin Əlifağa oğlu, anası, 1946-cı il təvəllüdlü Zərbəliyeva Gülzar Nuru qızı və G.Zərbəliyevanın qızı, 1987-ci il təvəllüdlü Tarverdiyeva Hilal

8 sentyabr 2021
.

Bakıda ər qrup şəklində cinsi əlaqə təklif edən arvadına 18 bıçaq zərbəsi vurub – İSTİNTAQ MATERİALLARI

Boşanmış şəxslərin və ya boşanmaq istəyən insanların bir-birinə ədavətinin davam etməsi, bunun qanlı nəticələri haqqında kriminal təcrübədə sonsuz sayda nümunələr var. Xüsusi amansızlıqla və ümumi təhlükəli üsulla adam öldürmə ilə nəticələnən belə bir nümunə ilə sizi tanış edəcəyik. Mətbuatda bununl

13 sentyabr 2021
.

Cəlilabadda DƏHŞƏT - 18 yaşlı gənc evində döyülərək baltalandı

Cəlilabad rayonunda döyülmə hadisəsi baş verib. -ın məlumatına görə, hadisə rayonun Şükürlü kəndində qeydə alınıb. Belə ki, Şükürlü kənd sakini, 18 yaşlı Şəbi Şəbiyev evlərində bir neçə şəxs tərəfindən döyülüb. Ağır xəsarət alan Ş. Şəbiyevə baş nahiyyəsindən balta xəsarəti də yetirilib. Yaralı ağır vəziyyətd

11 sentyabr 2021
.

Azərbaycanda DƏHŞƏT - Arvad ərini öldürüb, kolluqda gizlətdi

Neftçala rayonunda 9 il əvvəl törədilərək bağlı qalmış cinayətin açılması təmin edilmişdir. Baş Prokurorluqdan -a verilən məlumata görə, 09.02.2013-cü il tarixdə Neftçala rayon sakini Mənəfov Mayis Nazim oğlunun Neftçala şəhəri, M.Ə.Sabir küçəsində yerləşən qəbirstanlığın yanındakı kolluq ərazidə çürümü

10 sentyabr 2021
.

Azərbaycanda qadın qonşusunu bıçaqla öldürdü

Prokurorluq Gəncə şəhərində qadının qətli ilə bağlı məlumat yayıb. Şəhər Prokurorluğundan -a daxil olan məlumatda deyilir:. "Avqustun 31-i saat 17 radələrində Gəncə şəhər sakini, 1963-cü il təvəllüdlü Sücayət Məmmədovanın öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olmuşdur. Aparılmı

1 sentyabr 2021
.

"Anasına danışanda oğluna şər atdığımı dedi" - 10 il həbs verilən 26 yaşlı Nərmin

Ötən il Bərdədə həmcinsini güllələməkdə ittiham olunan 26 yaşlı Nərmin Mehrəliyeva 10 il müddətinə azadlıqdan məhrum edilib. Qətldə özünü təqsirli bilməyən N.Mehrəliyeva şəxsi istəyi olmadan cinsi əlaqəyə məcbur edildiyini bildirib. O, məhz həmin şəxsin anası Sevda Hacıyevanı ov tüfəngi ilə qətlə yetirməkd

2 sentyabr 2021
.

Bakı sakini döyülərək öldürüldü

Avqustun 31-i saat 07 radələrində paytaxtın Səbail rayonunda 1972-ci il təvəllüdlü Eldar Qurbanovun üzərində xəsarət izləri olan meyitinin aşkar edilməsi faktı ilə bağlı Səbail rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Səbail rayon prokurorluğunda

1 sentyabr 2021
.

Azərbaycanda ailə qətliamı: Nə baş verib? - TƏFƏRRÜAT

Azərbaycanda həyat yoldaşını və qayınatasını qətlə yetirən kişi sonda özünü də öldürüb. "Xəzər TV"yə istinadən xəbər verir ki, dəhşətli hadisə Sabirabad rayonunun Əsgərbəyli kəndində baş verib. Saatlı rayonunun Bəylik kənd sakini, 1963-cü il təvəllüdlü Nizami Məhərrəmov ov tüfəngi ilə həya

22 avqust 2021
.

Azərbaycanda iki qardaş bıçaqlandı: Biri öldü - YENİLƏNİB

Sentyabrın 12-i saat 23:00 radələrində Ağstafa rayonu, Köçəskər kəndi ərazisində kənd sakinləri – Yaşar Yusifovun öldürülməsi, qardaşı Müşvik Zeynalova isə xəsarətlər yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Ağstafa Rayon Prokurorluğunda aparılan araşdırmalarla 1986-cı il təvəllüdl

13 sentyabr 2021