Evi olmayanlara müjdə! Bu mənzilləri faizsiz, 25 ilə ala biləcəksiniz - RƏSMİ

Evi olmayanlara müjdə! Bu mənzilləri faizsiz, 25 ilə ala biləcəksiniz - RƏSMİÖlkədə şəxsi vəsaiti yetərli olmayan vətəndaşlara tam təmirli, elektrik enerjisi, qaz və su ilə tam təchiz olunmuş, istifadə üçün yararlı vəziyyətdə kirayə mənzillər almaq imkanı yaradılacaq.

BAKU.WS-in sorğusuna cavab verən Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu açıqlayıb ki, kirayə mənzillər Bakı və Bakıətrafı, o cümlədən Sumqayıt şəhərində yerləşən çoxmərtəbəli binalarda yerləşəcək.

"Hazırda mənzillərin siyahısı tamamlanmadığı və sənəd qəbulu başlamadığı üçün ona görə mənzillərin qiyməti və ünvanları dəqiq açıqlanmır. İlin sonuna qədər bu proses başlayacaq. Standart təmirli mənzillər Bakı və Bakıətrafı, o cümlədən Sumqayıt şəhərində yerləşən çoxmərtəbəli binalarda yerləşəcək. Həmçinin mənzillər ictimai nəqliyyat və təhsil müəssisələrinə yaxın olacaq.

Kirayə mənzillərin əldə olunması zamanı satıcı və alıcı anlayışı olmayacaq. Yalnız İpoteka və Kredit Zəmanət Fondunun təqdim etdiyi mənzillər olacaq. Həmin mənzillər müraciət edən şəxslərə heç bir faiz olmadan təqdim olunacaq",-deyə fonddan qeyd olunub.

Məlumat üçün bildirək ki, məhkumluğu olmayan, Fonda müraciət anına vaxtı keçmiş öhdəlikləri olmayan, yaşı 60-dan yuxarı olmayan, Fondla aktiv kirayə münasibətləri davam etməyən Azərbaycan Respublikasının vətəndaşları kirayə mənzil ala biləcəklər.

Kirayə mənzil alan vətəndaşlar 12 aylıq ödənişi qabaqcadan ödəməli olacaq

Satmaq öhdəliyi ilə kirayəyə verilən yaşayış sahəsinə görə vətəndaşlar ilkin ödəniş yox, sadəcə olaraq götürdüyü yaşayış sahəsinin alış qiymətinə uyğun minimum 12 aylıq ödənişi qabaqcadan ödəməli olacaq. Əgər alınan evin qiyməti şərti olaraq 100 min olacaqsa, vətəndaş ödənişi bu formada edəcək.

Misal: Siz Fonda kirayə yaşayış sahəsi üçün müraciət edirsiniz və sizin müraciətinizə müsbət cavab verilir. Elektron sistemdə sizə müxətlif qiymətlərdə olan mənzillərin siyahısı təqdim edilir. Siz də alış qiyməti 100 min manat məbləğində olan mənzili 25 il müddətinə kirayə götürmək üçün seçirsiniz. Sizin qabaqcadan ödəniş kimi qeyd etdiyiniz məbləğ belə hesablanır: 100 min manat/300 ay (25 il) = 333,33 manat aylıq kirayə ödənişi.

Deməli 12 ay * 333,33 manat aylıq kirayə ödənişi = 4 min manat. Alınan nəticələrdən göründüyü kimi siz 100 min manat alış qiyməti olan mənzili kirayə götürmək üçün qabaqcadan 4 min manat pul ödəməlisiniz.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 3514   Tarix: 21 noyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycan və İran Gorus-Qafan yolundakı vəziyyəti müzakirə edib

İran səfiri Seyid Abbas Musəvi Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayevlə görüşüb. Bu barədə İranın Azərbaycandakı Səfirliyi məlumat yayıb. Bildirilib ki, görüşdə bölgədəki cari dəyişikliklər, xüsusilə də Azərbaycanla Ermənistan arasındakı sərhəd bölgələrində vəziyyət, Gorus-Qafan yolund

18 sentyabr 2021
.

"Ölən öləcək, qalan qalacaq, həyat davam edir" - Rəşid Mahmudov pandemiyadan danışdı

Mütəxəssislər havaların soyuması ilə əlaqədar olaraq yoluxma sayının artacağını proqnozlaşdırırlar. Bununla bağlı artıq həyəcan təbili çalınır. Maraqlıdır insanların qapalı məkanlarda toplaşması, məktəblərin açılması həqiqətənmi yoluxmanı artıracaq?. Tibb Universitetinin dosenti, Əməkdar müəllim Rəşi

17 sentyabr 2021
.

Əri tərəfindən döyülən hamilə qadın özünü eyvandan atmaq istədi - ANBAAN GÖRÜNTÜLƏR

Əri tərəfindən döyülən hamilə qadın pəncərədən tullanmağa cəhd edib. -a istinadən xəbər verir ki, Braziliyanın Rio-De-Janeyro şəhərində həyat yoldaşına təcavüz edən adamın görüntüləri gündəm olub. Belə ki, əri tərəfindən döyülən 10 həftəlik hamilə qadının evinin pəncərəsindən tullanaraq qaçmağa cəh

17 sentyabr 2021
.

"Yaralanmışam, pensiya ala bilmirəm" - Müharibədə iştirak edən futbolçu

Vətən müharibəsi qazisi, "Kəpəz" klubunun sabiq futbolçusu, 1998-ci il təvəllüdlü Talib Rzayev müharibədə yaralanmağına baxmayaraq, ona hələ də əlillik dərəcəsinin təyin edilməməsindən narazıdır. Bu barədə "Qafqazinfo"ya müraciət edən T. Rzayev bildirib ki, 2019-cu ildə əsgərliy

17 sentyabr 2021
.

Nazirlikdən Muxtar Babayevin kortejinə görə yolların bağlanması ilə bağlı iddialara CAVAB

Bəzi saytlarda ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin xidməti avtomobilinin Abşeron rayonu, Masazır qəsəbəsi, Əliağa Vahid küçəsinin Bakı-Sumqayıt yoluna birləşən hissəsindən (Masazır dairəsində) keçəndə yolların bağlanması barədə iddialar yayılıb. Məsələ barədə Ekologiya və Təbii Sərvətlə

17 sentyabr 2021
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18 sentyabr 2021
.

Vətən Müharibəsi Qəhrəmanlarına və şəhid ailələrinə mənzillərin sənədləri təqdim edildi

Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bir qrup Vətən Müharibəsi Qəhrəmanına və ölümündən sonra "Vətən Müharibəsi Qəhrəmanı" adı verilmiş şəxslərin ailə üzvlərinə mənzillərin sənədləri təqdim edilib. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb

17 sentyabr 2021
.

Türkiyə ilə Azərbaycan arasında yeni sənəd imzalanacaq

Türkiyə ilə Azərbaycan arasında yeni sənəd imzalanacaq. Bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb. Bildirilib ki, bu məsələ Azərbaycanın mədəniyyət naziri Anar Kərimovla Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy arasında keçirilən görüşdə müzakirə olunub. A.Kərimov ikitərəfli dostlu

17 sentyabr 2021
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18 sentyabr 2021