"Azərbaycan rəhbərliyi naməlum əsgərin ruhuna ehtiramla yanaşır, Ermənistan isə o əsgəri öldürənə heykəl qoyur" - RƏYLƏR

"Azərbaycan rəhbərliyi naməlum əsgərin ruhuna ehtiramla yanaşır, Ermənistan isə o əsgəri öldürənə heykəl qoyur" - RƏYLƏR"Birinci vitse-prezident Mehriban xanım Əliyevanın timsalında Azərbaycanın sivil, mehriban qonşuluq siyasəti yürütmək istəyən, bəşər tarixinin obyektiv qiymətləndirilməsinə öz dəstəyini verən bir ölkə olduğu bir daha nümayiş etdirildi".

Bunu "Report"a açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Rusiyaya səfərini şərh edərkən deyib.

Deputat Aydın Mirzəzadə:

"Azərbaycan Böyük Vətən Müharibəsində həlak olanların hamısının ruhuna çox böyük hörmətlə yanaşır".

A.Mirzəzadənin sözlərinə görə, Birinci vitse-prezident Mehriban Əliyevanın Moskvada naməlum əsgərin məzarını ziyarət etməsi və əklil qoyması bir daha göstərdi ki, Azərbaycan Böyük Vətən Müharibəsində həlak olanların hamısının ruhuna çox böyük hörmətlə yanaşır:

"Azərbaycan xalqı həmin dövrdə cəbhəyə yollanmış 600 min nəfərin yarısını orada itirdi. Bu gün qonşu Ermənistandan fərqli olaraq Azərbaycan Böyük Vətən Müharibəsinin nəticələrini təftiş etməyə çalışmır. Rusiyanın, rus əsgərinin bu müharibədə böyük roluna yüksək qiymət verir. Faşistin hər hansı bir formada təzahür etməsinin əleyhinədir. Ermənistanda isə bunun əksi hökm sürür. Onlar faşist Njdeyə əklil qoyurlar. Onlar erməni millətçilərinin faşist Almaniyası ilə əməkdaşlığını göylərə qaldırırlar. Bu gün onlar Rusiya ilə münasibətlərinə ilk növbədə qisasçılıq, Rusiyanın böyük rolunun azaldılması və Böyük Vətən Müharibəsinin nəticələrinə təftiş nöqteyi-nəzərdən baxırlar. Bu, bir daha onu göstərir ki, hakimiyyətdə orta əsr təfəkkürlü insanlar olduqda, beynəlxalq hüquq normalarına hörməti kənara atdıqda bu gün Ermənistan kimi bəşəriyyəti təəccübləndirən bir nəticəyə gəlmək olar".

Politoloq Arzu Nağıyev:

"Birinci vitse-prezident Mehriban Əliyevanın Moskvada naməlum əsgərin məzarı önündən başlayaraq öz səfərini davam etdirməsi təqdirəlayiqdir".

Politoloq Arzu Nağıyev isə "Report"a bildirib ki, Birinci vitse-prezident Mehriban Əliyevanın Moskvada naməlum əsgərin məzarı önündən başlayaraq öz səfərini davam etdirməsi təqdirəlayiqdir:

"Çünki biz SSRİ-nin tərkibində Azərbaycan xalqı olaraq Böyük Vətən Müharibəsində həddən artıq itkilərlə üzləşmişik. Buna baxmayaraq, biz qalib xalqıq. Ermənistan rəhbərliyi isə bunun əksinə olaraq Qaregin Njdeyə heykəl ucaldır. Təsəvvür edin ki, Azərbaycan rəhbərliyi naməlum əsgərin ruhuna ehtiramla yanaşır, onun məzarını ziyarət edir, Ermənistan isə həmin naməlum əsgəri qətlə yetirənə abidə ucaldır. Görün, bu, nə qədər paradoksal bir məsələdir. Biz qalib gəlmiş bir xalqın nəvələri olduğumuzu unutmuruq. Eyni zamanda, Qaregin Njdenin nəvələri də faşistin nəvələri olduğunu unutmurlar. Mehriban xanım Əliyevanın Moskvaya səfəri zamanı Aleksandr bağında naməlum əsgərin məzarını ziyarət etməsi bir daha sübut etdi ki, Azərbaycan bir dövlətin müstəqilliyi uğrunda canından keçmiş şəxsin yanındadır. Ermənistan isə həmin əsgəri qətlə yetirən faşistlərin yanındadır. Bununla yanaşı Ermənistan üç məsələdə sərbəst deyil: Qondarma soyqırım, kilsə və Dağlıq Qarabağ məsələsinin həlli. Ermənistan üçün işğal etdiyi torpaqları iqtisadi cəhətdən saxlamaq böyük bir problemdir. Hələ nəzərə alaq ki, bu gün Ermənistanın tənəzzülə uğramış iqtisadiyyatı var".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1468   Tarix: 25 noyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib? (TƏFƏRRÜAT)

Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru, Milli Məclisin üçüncü və dördüncü çağırış deputatı Abel Məhərrəmovun adı keçən torpaq qalmaqalının detalları məlum olub. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, qalmaqala səbəb Abel Məhərrəmovun Xızı rayonunun Altıağac qəsəbəsindəki əmlakı ilə bağlıdır

23 aprel
.

Prezidentin xüsusi nümayəndəliyindən Xankəndinin ilk körpəsi ilə bağlı paylaşım

Xəbər verdiyimiz kimi, antiterror tədbirləri nəticəsində işğaldan azad edilmiş ərazilərimizdə ilk körpə dünyaya gəlib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Xankəndi, Ağdərə, Xocalıda prezidentin xüsusi nümayəndəliyi də məlumat yayıb. "Xankəndi şəhərində çalışan Azərbaycan Dövlət Su Ehtiyatlar

23 aprel
.

Azərbaycanda universitet məzunları bu səbəbdən İŞSİZ QALIR! - AÇIQLAMA

Bu gün gənclərin bir çox sahədə problemləri var. Bunlardan biri də onların universiteti bitirdikdən sonra özlərinə iş tapa bilməməsi ilə bağlıdır. Çox vaxt gənclərin universiteti işsiz olmasının səbəblərini oxuduqları ərəfədə təcrübə proqramlarında iştirak etməməsi, aktiv fəaliyyət göstərməməkləri il

23 aprel
.

Sumqayıtda müəllim vəfat etdi

Sumqayıt şəhər 24 saylı tam orta məktəbin müəllimi vəfat edib. Qaynarinfo xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Bildirilib ki, ötən gün sözügedən məktəbin ingilis dili müəllimi Xuraman Əliyeva qəfil dünyasını dəyişib

23 aprel
.

Abituriyent intiharlarının qarşını necə almaq olar? - AÇIQLAMA

Bir neçə aydan sonra ali məktəblərə qəbul imtahanları keçirləcək. Hər il qəbul imtahanları zamanı xeyli abituriyent psixoloji sarsıntılar yaşayır və hətta aralarında intihar edənlər də olur. Bir çoxları gənclərin intiharında ailələri günahkar bilirlər. Abituriyentlərin intiharların qarşını almaq üçü

23 aprel
.

Hər bir ata qızına bu 3 şeyi öyrətməlidir

Balaca qızlar böyüyüb gözəl analar, müdrik qadınlar və mehriban nənələr olurlar. xarici KİV-ə istinadən xəəbr verir ki, qızın məhz bu yolla getməsi üçün onu təkcə anası deyil, həm də atası böyütməlidir. Ona məsuliyyəti öyrədin. Qızınıza məsuliyyət aşılamaqdan başlamaq lazımdır. Biz hamımız başa düşməliyi

23 aprel
.

Astarada intihar edən yeniyetmə ilə bağlı bəzi təfərrüat MƏLUM OLUB - YENİLƏNİB + FOTO

Astarada intihar edən yeniyetmə ilə bağlı bəzi detallar məlum olub. -ın əldə etdiyi məlumata görə, intihar edən yeniyetmənin ailəsinin maddi vəziyyəti yaxşı olmayıb və o, bu səbəbdən dərsdən sonra neft məhsullarının satışı ilə məşğul olub, qazancını isə ailəsi ilə bölüşüb. Mərhumun atasının Bakıda işlədiyi

23 aprel
.

Əhaliyə ŞAD XƏBƏR - Bu tarixdə...

Aprelin 25-də bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının ödənilməsi nəzərdə tutulub. Bu barədə -a Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib

23 aprel
.

Həbs olunmuş separatçıların Qarabağdakı mülkərinin taleyi NECƏ OLACAQ? - AÇIQLAMA

Bildiyimiz kimi, vaxtilə Qarabağda fəaliyyət göstərmiş qanunsuz qondarma "qurum"un keçmiş rəhbərləri hazırda Bakıda həbsdədir və onlarım dindirilməsi prosesi gedir. Vaxtilə Qarabağda erməni sakinlərindən "oyuncaq" kimi istifadə edən bu separatçıların Qarabağda qanunsuz olaraq tikdirdiy

23 aprel