Braziliya Cui-Citsu üzrə Azərbaycan birinciliyi və çempionatı keçirilib (FOTO)

Braziliya Cui-Citsu üzrə Azərbaycan birinciliyi və çempionatı keçirilib (FOTO)23-24 noyabr 2019-cu il tarixlərində Azərbaycan Braziliya Ciu-Citsu Klubu İctimai Birliyi, Gənclər və İdman Nazirliyi ilə birgə razılaşdırılmış şəkildə Braziliya Ciu-Citsu döyüş növü üzrə Azərbaycan birinciliyi və çempionatı keçirilib. Çempionat Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq mərkəzinin təşkilati dəstəyilə keçirilib.

Mərkəzdən Trend-ə verilən məlumata görə, ölkə birinciliyinin açılış mərasimində Azərbaycan Braziliya Ciu-Citsu Klubu İctimai Birliyinin prezidenti Aqil Acalov çıxış edərək öncə qonaqları salamlayıb. O çıxışı zamanı həmçinin 2019-cu il ərzində klubun keçirdiyi yerli və beynəlxalq yarışlar, həmçinin tanınmış idman ustalarının iştirakı ilə keçirilən seminarlarla bağlı yarış iştirakçılarına məlumat verib.

Bundan sonra o ölkəmizdə idmana olan münasibət, Prezident İlham Əliyevin idmana olan diqqət və qayğısından, həmçinin Braziliya Ciu-Citsu idman növünün ölkəmizdə günü-gündən populyarlaşmasından danışıb.

Daha sonra çıxış üçün söz Hərbiçilərin və Hüquq-Mühafizə orqanlarının İdman Assosiyasiyasının prezidenti, FHN İdman-Sağlamlıq mərkəzinin rəisi polkovnik Füzuli Musayevə verilib. O da öz növbəsində İdman Sağlamlıq Mərkəzinin açılışından danışaraq qısa müddət ərzində bu mərkəzdə artıq bir neçə beynəlxalq yarışın keçriildiyini bildirib. O həmçinin Braziliya Ciu-Citsu idman növünün ölkədə inkişafından və bu idman növünə artan maraqdan danışıb.

Bundan sonra açılış mərasimində Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov çıxış edib. O da öz növbəsində Prezident İlham Əliyevin idmana xüsusi qayğı göstərdiyini vurğulayaraq ilk növbədə onu dərin minnətdarlığnı bildirib.

DİN İdman Cəmiyyətinin baş təlimatçısı, respublikanın əməkdan məşqçisi, Kombat Ciu-Citsu üzrə beşinci dan qara kəmər sahibi, Avrasiya Kombat Ciu-Citsu Federasiyasının birinci vitse-prezidenti, eyni zamanda keçirilən yarışın baş hakimi Rəsul Məmmədov öz çıxışı zaman Ciu-Citsu döyüş sənəti haqda məlumat verib.

Sonra isə Azərbaycan Braziliya Ciu-Citsu Klubu İctimai Birliyinin təsisçisi və idarə heyətinin sədri Taleh Həsənov çıxış edərək qonaqları salamlayıb və idmançılara müvəffəqiyyətlər arzulayıb.

Açılış mərasimində həmçinin Beynəlxalq Dünya Ciu-Citsu Federasiyasının prezidenti Kan-Co Robert Hart, Bolqarıstan Respublikası Ciu-Citsu Federasiyasının prezidenti Yavor Dyankov, Rusiya Federasiyasının Moskva şəhəri üzrə Xüsusi-təyinatlı dəstəsinin beynəlxalq dərəcəli təlimatçısı İqor Zorin kimi bir sıra qonaqlar da iştirak edib. FHN-nin İdman-Sağlamlıq mərkəzinin rəisi polkovnik Füzuli Musayev xarici qonaqlara qiymətli hədiyyələr təqdim edib və xatirə şəkilləri çəkilib.

Tədbirin açılış mərasimində həmçinin tanınmış müğənni Fuad Musayev, "Cigitlər" rəqs qrupu çıxış edib, həmçinin DİN İdman Cəmiyyətinin Ciu-Citsu ustaları öz məharətlərini göstəriblər.

Yarış müxtəlif yaş qrupları, müxtəlif çəki dərəcələri və kəmər sahibləri uşaqlar, yeniyetmələr, böyüklər və veteranlar arasında keçirilib. Yarışda respublikada fəaliyyət göstərən 32 klubdan 250-dən çox idmançı mübarizəyə qoşulub. Çempionatda idmançılar Braziliya Ciu-Citsu idman növünün Gİ və No-Gi versiyası üzrə mübarizə aparıblar. Yarışın qalibləri Azərbaycan Braziliya Ciu-Citsu Klubu İctimai Birliyinin və Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin diplomları və medalları ilə təltif olunublar.
Braziliya Cui-Citsu üzrə Azərbaycan birinciliyi və çempionatı keçirilib (FOTO)Braziliya Cui-Citsu üzrə Azərbaycan birinciliyi və çempionatı keçirilib (FOTO)Braziliya Cui-Citsu üzrə Azərbaycan birinciliyi və çempionatı keçirilib (FOTO)Braziliya Cui-Citsu üzrə Azərbaycan birinciliyi və çempionatı keçirilib (FOTO)Braziliya Cui-Citsu üzrə Azərbaycan birinciliyi və çempionatı keçirilib (FOTO)


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 1597   Tarix: 25 noyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Azərbaycanın qadınlardan ibarət basketbol millləri Türkiyədə parlaq qələbələr qazanıb

Azərbaycanın qadınlardan ibarət basketbol milləri parlaq qələbələr qazanıb. "Report" Azərbaycan Basketbol Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, Türkiyənin İstanbul şəhərində təlim-məşq toplanışını davam etdirən qadınlardan ibarət U-16 və U-18 yığmalarımız yoldaşlıq görüşlərind

23 mart
.

Arda Gülerin yeni transfer qiyməti açıqlandı

Xəbər verdiyimiz kimi "Transfermarkt" İspaniya La Liqasında çıxış edən ən dəyərli futbolçulardan ibarət 11-i açıqlamışdı. Ölkə.az -a istinadən xəbər verir ki, Arda Güler heyətdə yer almasa da, siyahıda yer alıb. "Transfermarkt"in açıqladığı yeni siyahıda ümumilikdə 20 futbolçu ye

26 mart
.

Bir klubda ən çox qol vuran futbolçuların adları açıqlanıb

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) bir komandada ən çox qol vuran futbolçuların adlarını açıqlayıb. Məlumata görə, 13 futbolçunun yer aldığı siyahıya ABŞ-nin "İnter Miami" klubunun və Argentina millisinin üzvü Lionel Messi başçılıq edir. O, 2004-2021-ci illərd

19 mart
.

Dani Alveş üçün 1 milyon avronu hansı futbolçu ödəyib?

Braziliyalı futbolçu və "Barselona"nın keçmiş müdafiəçisi Dani Alveşə 1 milyon avro girov müqabilində həbsdən çıxmasına "Atletiko"nun niderlandlı hücumçusu Memfis Depay kömək edib. Bu barədə insayder Mabhut Al-Narri xəbər verib. Onun sözlərinə görə, Alveşin özünün borcları və dondurulmu

26 mart
.

"Qarabağ"ın qapıçısı gələcəklə bağlı planlarını açıqlayıb

"Qarabağ"ın rusiyalı qapıçısı Andrey Lunyov gələcəklə bağlı planlarını açıqlayıb. "Report"un "Sovsport"a istinadən məlumatına görə, 32 yaşlı futbolçu hazırda bütün diqqətini Rusiya millisinə və "Qarabağ"a yönəltdiyini bildirib. "Hələlik diqqətimi millini

22 mart
.

İtaliyada qaraçılar tanınmış idmançını qarət etdilər - VİDEO

Rusiyalı yüngül atlet, 2004-cü il Olimpiya Oyunlarının gümüş mükafatçısı, Dünya və Avropa çempionu Olesya Krasnomovetsin sənədləri və pulları olan çanta oğurlanıb. Bu barədə idmançı özü sosial şəbəkədə bildirib. İtaliyanın Roma şəhərində olan tanınmış idmançı qaraçılar tərəfindən qarətə məruz qalıb

18 mart
.

Avropa Oyunları bu ölkədə keçiriləcək

2027-ci ildə Avropa Oyunları Türkiyənin İstanbul şəhərində keçiriləcək. "Qafqazinfo" xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. İstanbul Böyükşəhər Bələdiyyə sədri Əkrəm İmamoğlu özü də bununla bağlı açıqlama verib. Qeyd edək ki, 2027-ci ildə Avropa Oyunlarının İstanbulda keçirilməs

27 mart
.

"Real" hakimdən şikayət etdi

Madrid klubu "Real" - "Osasuna" (4:2) matçının hakimliyindən narazı qalıb. xəbər verir ki, "Real"ın futbolçusu Vinisius Juniorun əleyhinə səsləndirilən şüarlar matçın hesabatına əlavə olunmadığı üçün klub hakimi şikayət edib. Madridlilər hakim Xuan Martinez Munuera haqqınd

19 mart
.

Həmin azarkeşlərdən ikisi həbs edildi

Türkiyədə qalmaqallı "Trabzonspor"- "Fənərbaxça" oyunundan sonra 2 nəfər həbs edilib. "Qafqazinfo" DHA-ya istinadən xəbər verir ki, həbs edilən 2 nəfər meydana daxil olan maskalı Hasan Çetinkaya və künc dirəyi ilə futbolçulara hücum edən Engin Taşkındır. Bildirilib ki, hə

20 mart