Uşaqlı qadına qarşı insanlığa sığmayan hərəkət edən sürücü cəzalandırıldı - RƏSMİ

Uşaqlı qadına qarşı insanlığa sığmayan hərəkət edən sürücü cəzalandırıldı - RƏSMİBakıda qadın sürücüsünə qarşı hörmətsizlik edən avtobus sürücüsü müəyyənləşib.

Bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev BAKU.WS-ə bildirib.

Onun sözlərinə görə, Məsələ ilə bağlı məluat daxil olan kimi 211 nömrəli müntəzəm marşrut xəttinin müvəqqəti istismarçısı İ-Qafqaz şirkətinin rəhbəri İsmayıl Maqsudov Agentliyə çağırılıb. Qurum rəsmisi deyir ki, şikayət olunan avtobus xətdən kənarlaşdırılıb:

"Agentliyin tələbinə əsasən sürücünün şəxsiyyəti müəyyən edilib. Daşıyıcı qarşısında sərnişinə qarşı iddia olunan hərəkətlərə yol verən sürücü Qəhrəmanov Xanlar Vahid oğlu barəsində tədbir görülməsi ilə məsələ qaldırılıb".

Eyni zamanda tələb olunub ki, bu cür xoşagəlməz halların baş verməməsi üçün sürücü heyəti ilə proflaktik tədbirlər aparılsın.

"Bildirim ki, Agentiyin tələbinə əsasən daşıyıcı tərəfindən sürücü Xanlar Qəhrəmanov barəsində intizam tədbiri görülüb. Ümumilikdə isə bildirim ki, bu kimi xoşagəlməz halların yaranmasının əsas səbəbi daşıyıcının işə laqeyd yanaşmasıdır. Konkret olaraq 211 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşımadakı çatışmazlıqla bağlı ötən dövrdə vətəndaşlar tərəfindən 150-dən artıq müraciət daxil olub. Təbii ki, fəaliyyəti vətəndaşları məmnun etməyən, onlara narahatlıq yaradan daşıyıcılar marşrut şəbəkəsindən kənarlaşdırılacaq. Bilirsiz ki, hazırda optimallaşdırma və avtobus parkının yenilənməsi işləri aparılır. Bu çərçivədə ilk olaraq məhz bu cür xətlər dəyişdiriləcək", - deyə M.Ağayev bildirib.

Qeyd edək ki, noyabrın 22-də Bakının Yasamal rayonunda avtobus sürücüsü qadın sərnişinə qarşı xoşagəlməz hərəkət edib.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 2287   Tarix: 27 noyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18 sentyabr 2021
.

Skuterdə gəzən it və pişik "Ginnesin Rekordlar Kitabı"na düşdü - FOTO - VİDEO

Kanadadan Lollipop adlı it və Saşimi adlı pişik skuterdə beş metr məsafəni qət etməklə "Ginnesin Rekordlar Kitabı"na düşüb. Filmlər və şoular üçün heyvanları təlim edən Melissa Millett Lollipop və Saşiminin skuter sürməyi xoşladıqlarını, lakin adətən bunu tək-tək həyata keçirdiklərini deyib

17 sentyabr 2021
.

Tovuzda sel suları məktəb və evlərə doldu - VİDEO

Axşam saatlarında qərb bölgəsinə yağan güclü yağış daşqınlara səbəb olub. Xüsusən, Tovuz rayonunun Yanıqlı və Əsrik-Cırdaxan kəndlərində sel suları kənd yollarını yuyub. Su orta məktəb binasına və bəzi evlərə dolub. Bundan əlavə, əkin sahələrinə ciddi ziyan dəyib. Hazırda Yanıqlı kəndində elektrik enerjisini

18 sentyabr 2021
.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18 sentyabr 2021
.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA + VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18 sentyabr 2021
.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18 sentyabr 2021
.

Azərbaycanda koronavirusa yoluxanların sayı AÇIQLANDI

Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1770 yeni yoluxma faktı qeydə alınıb, 3 788 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 24 nəfər vəfat edib. İndiyədə

17 sentyabr 2021
.

Sentyabrın 20-dək ictimai nəqliyyat işləməyəcək

Bu gündən sentyabrın 20-si saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılır. -ın məlumatına görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, 18 sentyabr saat 00:00-dan 20 sentyabr saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyat, o cümlədən Bakı Metropoliten

18 sentyabr 2021
.

Azərbaycanda xarici diplomların tanınması qaydası dəyişir

"Xarici kvalifikasiyaların (diplomların) tanınması qaydalarına dəyişiklik edilməsi ilə bağlı hökumətə yeni layihə təqdim edilib. Yaxın bir ayda diplomların tanınması başqa formata keçəcək". xəbər verir ki, bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) İdarə Heyətinin sədri Eldar Oruco

17 sentyabr 2021