"Aparılan parlament islahatları eyni zamanda cəmiyyətin sosial sifarişidir"-RƏYLƏR

"Aparılan parlament islahatları eyni zamanda cəmiyyətin sosial sifarişidir"-RƏYLƏRDünənYeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının təcili toplantısı keçirilib. Sonxeber.az-ın məlumatına görə, toplantının təcili keçirilməsinə səbəb, 2020-ci ilin aprel ayında Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcəyi ilə bağlı müzakirələrdir. YAP-ın Siyasi Şurasında növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı qərar qəbul edilib.
Bu qərar sosial şəbəkələrdə geniş rezonansa səbəb olub. Əksər sosial şəbəkə istifadəçiləri bu qərarı Azərbaycanda uğurla aparılan islahatların davamı kimi qiymətləndiriblər. Məsələ ilə bağlı elə parlamentin millət vəkillərinin rəyini öyrəndik.

"Aparılan parlament islahatları eyni zamanda cəmiyyətin sosial sifarişidir"-RƏYLƏR"Cənab prezentin rəhbərliyi altında dərin islahatlar aparılır".

Bunu Sonxeber.az-a açıqlamasında deputat Azər Badamov deyib.

Deputat vurğulayıb ki, bu islahatlar sosial-iqtisadi, idarəetmə, struktur, məhkəmə-hüquq və digər sahələri əhatə edib:
"Onu da qeyd etmək lazımdır ki, aparılan islahatlar öz müsbət nəticələrini verməkdədir. İdarəetmə sistemi gənc, təcrübəli və prezidentin islahatlarına adekvat cavab verə bilən şəxslərlə yenilənir. Bu proseslərdən ölkə parlamenti də kənarda qala bilməzdi. Növbədənkənar parlament seçkilərin həyata keçirilməsinin gündəmə gəlməsi də bu günün tələblərinə cavab verən, xalqın daha çox etimad göstərdiyi yeni təfəkkürlü insanların seçilməsinin vacibliyindən irəli gəlmişdir. Ölkə parlamenti də öz seçicilərinin etimadını doğrultmaqla ölkədə gedən inkişafa dəstək verməlidir. Düşünürəm ki, Parlament islahatların aparılması vacibdir və yeni seçiləcək parlament ölkə başçısının apardığı dövlət siyasətinin daha uğurla həyata keçirilməsinə töhfə verəcəkdir".

"Aparılan parlament islahatları eyni zamanda cəmiyyətin sosial sifarişidir"-RƏYLƏRSonxeber.az-a açıqlamasında "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirib ki, əslində bu gün cəmiyyət parlamentdən narazı idi.

Elxan Şahinoğlu qeyd edib ki, deputatların işləri qənaətbəxş deyildi:
"Mən özüm bu işlərlə məşğul olsam da cəmi 25 deputatı üzdən tanıya bilirdim. Çoxluq passiv idi. Demək olar ki, fəaliyyət göstərmirdilər. Ona görə də ölkə başçımız da ehtiyac duydu ki, parlamentin tərkibini dəyişsin. Ümid edirəm ki, yeni parlament keyfiyyətcə indiki milli məclisdən fərqli olacaq. Düşünürəm ki, seçkilərdən sonra mövcud parlamentin 60-70 faizi dəyişəcək".

"Aparılan parlament islahatları eyni zamanda cəmiyyətin sosial sifarişidir"-RƏYLƏRSonxeber.az-a açıqlamasında deputat Nəsib Məhəməliyev bildirib ki, son dövrlərdə Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan islahatlar hakimiyyətin digər qollarında olduğu kimi, qanunverici orqan olan parlamentdə də islahatların aparılmasını zəruri edirdi.

Deputat qeyd edib ki, Bakı Dövlət Universitetinin 100 illik yubileyi ilə bağlı keçirilən tədbirdə Prezident, dövlətin və xalqın qarşısında duran problemlərdən, müasir qlobal çağırışlardan, islahatların daha da genişləndirilməsi, ideoloji işin yeni formatda aparılmasının zərurəti barədə proqram xarakterli çıxış etdi: "Təbii ki, bu tapşırıqların icrasını təmin etmək üçün müasir tələblərə cavab verən gənc nəslin dövlət idarəetmə sisteminə, qanunvericilik proseslərinə cəlb olunması zamanın tələbidir. Etiraf etmək lazımdır ki, son dövrlər Milli Məclisin ayrı ayrı üzvləri , bəzi hallarda bütövlükdə parlament müəyyən tənqidlərə məruz qalırdılar. Bu baxımdan demək olar ki, aparılan parlament islahatları eyni zamanda cəmiyyətin sosial sifarişidir. Vətənimiz üçün uğurlu olsun".
Aysel Yusifqızı


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 1557   Tarix: 29 noyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

"Brüssel görüşündən sonra Ermənsitan birmənalı olaraq kənar qüvvələrlə işbirliyi çərçivəsində sülh prosesindən yayınır" - Ekspert

Artıq neçə gündür ki Ermənistan atəşkəsi pozur. Atəşkəsin bu dərəcə tez tez pozulması Ermənistanın Aprelin 5-də keçirilmiş Ermənistan Baş naziri Nikol Paşinyanın ABŞ Dövlət katibi Entoni Blinken və Avropa Komissiyasının sədri Ursula fon der Leyenlə Brüssel görüşü ilə əlaqəsi ola bilərmiı? Proseslər bel

9 aprel
.

Yuxarı Qarabağ suvarma kanalının adı dəyişdirilib və yenidən qurulacaq

Azərbaycan Prezidenti İlham Əliyev Qarabağ suvarma kanalının yenidən qurulması ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. xəbər veir ki, dövlət başçısının imzaladığı sənədə əsasən, Yuxarı Qarabağ suvarma kanalı yenidən qurulacaq və Qarabağ suvarma kanalı adlandıracaq. Sərəncamda qeyd olunub ki

15 aprel
.

Dövlət Reklam Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib: YENİ TƏYİNAT - FOTO

Aydın Münsüf oğlu İbadov Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib. AZƏRTAC xəbər ki, dövlət başçısı İlham Əliyev müvafiq Sərəncam imzalayıb. Prezidentin digər sərəncamı ilə Fərhad Əsgər oğlu Adıgözəlov Azərbaycan Respublikası Dövlət Reklam Agentliyini

16 aprel
.

Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib

Aprelin 9-da Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. xəbər verir ki, Türkiyə Prezidenti dövlətimizin başçısını Ramazan bayramı münasibətilə təbrik edib, xalqımıza firavanlıq arzularını çatdırıb. Prezident İlham Əliyev göstərilə

9 aprel
.

Kremldən sülhməramlıların Azərbaycandan çıxarılması ilə bağlı RƏSMİ AÇIQLAMA - VİDEO

Azərbaycan ərazilərində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlılarının çıxarılmasına başlanılıb. Bu barədə Kremlin sözçüsü Dmitri Peskov məlumat verib. Qeyd edək ki, ötən gün Rusiya sülhməramlılarının Azərbaycan ərazisini tərk etməsinə dair görüntülər yayılmışdı

17 aprel
.

Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə paylaşım edib - FOTO

Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə sosial şəbəkə hesablarında paylaşım edib. xəbər verir ki, paylaşımda deyilir: "Ramazan bayramınız mübarək

9 aprel
.

Ceyhun Bayramov Belarusa səfər edib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Belarus Respublikasına işgüzar səfərə yola düşüb. Bu barədə "Report"a Xarici İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, səfər çərçivəsində nazir Ceyhun Bayramovun 12 aprel tarixində Minsk şəhərində baş tutacaq MDB Xarici İşlər Nazirlər

11 aprel
.

Daha bir ölkə ilə Azərbaycan arasında VİZA rejimi ləğv edilir

Azərbaycan və Albaniya arasında viza rejimi ləğv edilir. APA-nın xəbərinə görə, bu barədə qanun layihəsi bu gün Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin onlayn iclasında müzakirəyə çıxarılıb. Müzakirələrdən sonra "Azərbaycan Respublikası Hökuməti ilə Albaniy

17 aprel
.

Ermənilər Üzeyir Hacıbəylinin məşhur bəstəsini oğurladılar - VİDEO

Ermənilər Azərbaycana məxsus əsəri oğurlayıblar. Trend-in məlumatına görə, ermənilər indi dahi bəstəkar Üzeyir Hacıbəylinin "O olmasın, bu olsun" musiqili komediyasını öz musiqiləri kimi təqdim ediblər. Onların "Vaqarşapat rəqsi" adlandırdıqları oğurlanmış musiqi əsəri Paris Operasınd

16 aprel