Daha bir aktrisa deputat olmaq istəyir: "Söyənlər də olacaq, qamçılayanlar da"

Daha bir aktrisa deputat olmaq istəyir: "Söyənlər də olacaq, qamçılayanlar da"Növbədənkənar parlament seçkiləri ərəfəsində Milli Məclis üzvlərinin gəncləşəcəyi ilə bağlı sosial mediada yayılan məlumatlar bir çox gəncləri ümidləndirib.

Sonxeber.az bildirir ki, seksual səhnə obrazı ilə seçilən açıq sözlü teleaparıcı və aktrisa Könül Yusifqızı da deputat olmaq niyyətindədir.

Könül bu haqda şəxsi "Facebook" hesabında məlumat paylaşıb.

"Dostlar, hazırlaşın, deputatlığa namizədliyimi irəli sürürəm. Varmı dəstəkləyənlər?"

Aktrisanın millət vəkili olmasına bir çox izləyicilər "Niyə də yox?" şərhini yazaraq, onun bu addımını dəstəkləyiblər.

Məsələ ilə bağlı Oxu.Az-ın əməkdaşı Könül Yusifqızı ilə əlaqə saxlayıb. O, hansı seçki dairəsindən səs verəcəyini gizli saxlasa da, bir çox deputatlardan əskik olmadığını bildirib:

"Tam ciddi bir şəkildə deputatığa dair namizədliyimi irəli sürmək niyyətindəyəm. Düşünürəm ki, mənim kimi açıq fikirli, tam çılpaq danışmağı bacaran, azad ruhlu bir insana orada ehtiyac var. Hərçənd ki, seçiləcəyimə gümanım azdır. Amma seçildiyim halda bir daha bizim ölkəmizdə bu azad səsin və demokratiyanın sübutu olacaq.

Mən bizim deputatlardan əskik deyiləm. Bir üstünlüyüm var ki, mənim atam bu dövlət uğrunda canından keçib. Əminəm ki, başqalarından fərqli olaraq, şəhid ailələrinə daha yaxın olacağam. Hansı seçki dairəsindən səs verəcəyimi daha sonra açıqlayacağam.

Birmənalı şəkildə hamı mənim bu niyyətimə "Hə" deməyəcək. Millət vəkili olmaq istəyimə söyənlər də olacaq, qamçılayanlar da. Amma olsun, bu, mənim heç marağımda da deyil".

"İngiltərənin "dəmir ledi"si Marqaret Teçerin belə bir sözü var idi: "Hətta okeanın belə üzərində gəzməyi bacarsanız, kimlərsə çıxıb deyəcək ki, o bunu bacarmadı". Bu da normal bir haldır. Əgər hamı birmənalı şəkildə məni dəstəkləsəydi, bu anormal olardı".

Sosial media əhli şou-biznes nümayəndələrinin deputat olmaq arzularını məsxərəyə qoyub, ələ salsalar da, açıq sözlü aktrisa onların müdafiəsinə qalxıb, onları dəstəklədiyini vurğuladı:

"Özümü şou biznes nümayəndəsi hesab etmirəm. Düşünürəm ki, mən onlardan bir köynək kənardayam. İncəsənət adamıyam, teleaparıcı və aktrisayam. Heç bir şou ilə bağlı qalmaqalın içində də olmamışam. Heç vaxt heç kimin dalınca danışmamışam, danışmaq fikrim də yoxdur. Əgər kimlərsə mənim dalımca danışıb, artıq əskik nəsə deyirsə, demək mən onlardan daha artığam.

Cəmiyyət toplusu incəsənət nümayəndələrinə qarşı çox aqressivdirlər. Fikrimcə, bu onların əqli cəhətdən problemli olmaları ilə əlaqədardır. Çünki şou-biznes nümayəndələri də bizimdir.

Xaricdən gələnləri başımızın tacı edib, yuxarı pillələrə qaldırırıq, amma özümüzünküləri sevə bilmirik. Deputatın kim olmağı önəmli deyil. İstər şou-biznez nümayəndəsi olsun, istərsə də həkim. Əsas həmin seçilən insanın xalq üçün nəsə etməsidir. Önəmli odur ki, o, seçiciləri üçün nələrsə etsin. Buraxılan deputatların arasında bu cür insanlar azlıq təşkil edirdi".

Əgər şou-biznes nümayəndəsi deputat seçilərsə, burada heç bir qəbahət yoxdur. Yetər ki, parlametdə çıxıb allı-güllü sözlər danışmasın. Çünki belələri də var. Önəmli olan ölkə üçün yararlı bir millət vəkili olsun".

Qeyd edək ki, səhnəmizin ekstravaqant sənətçisi, "Əməkdar artist", bəstəkar-müğənni Elza Seyidcahan 2015-ci ildə keçiriləcək parlament seçkilərində namizədliyini irəli sürüb. Amma onun bu istəyi həyata keçməyib. Bəstəkar-müğənni saytımızın əməkdaşı ilə söhbətində namizədliyini bu il də irəli sürəcəyini istisna etməyib.
Daha bir aktrisa deputat olmaq istəyir: "Söyənlər də olacaq, qamçılayanlar da"


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Şou-biznes   Baxılıb: 4136   Tarix: 29 noyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Ən gözəli ailənin xoşbəxtliyidir"

"İnsan üçün ən gözəl bayram onun ailəsinin can sağlığı, əmin-amanlığı, xoşbəxtliyidir". Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Abbas Bağırov sosial şəbə hesabında yazıb. Müğənni Novruz bayramı ilə bağlı arzularını bölüşüb:. "Əsl gözəl bayram əziyyətlə, sevgi ilə qazanılan çoxl

20 mart
.

Xalq artisti: "Dünyaya uşaq gətirmək vacib deyil"

"Sevinirəm ki, Fətulla (qardaşının övladı - red.) ailəni tək idarə edir. Dünyaya uşaq gətirmək vacib deyil". "axşam.az"a istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Nisə Qasımova "Zaurla Günaydın" verilişində deyib. Müğənni ailəsindən danışıb:. "Fətulla uşaq idi

26 mart
.

Məşhur azərbaycanlı meyxançıdan ÜZÜCÜ XƏBƏR: "Aparatla yaşayıram" - VİDEO

Lənkəranlı meyxançı Elnur Valehə yaxın zamanlarda böyrək köçürüləcək. " "ə istinadən bildirir ki, o, bu barədə "El canlı" verilişinə qonaq olarkən bildirib. Meyxanaçı qeyd edib ki, onun böyrəyi işləmir və üstündə xüsusi aparat gəzdirərək yaşayır:. "Böyrək çatışmazlığından əziyyə

16 mart
.

Tahir İmanovdan Elgiz Əkbərin dediklərinə REAKSİYA

Əməkdar artist Tahir İmanov aparıcı Elgiz Əkbərin ondan küsməsi ilə bağlı açıqlamasına reaksiya verib. Aktyora bu haqda qonaq olduğu "Künc-bucaq" yutub layihəsində sual verilib. O bildirib ki, Elgiz Əkbər haqda danışmaq istəmir:. "Şəxsi işidir, haqqı var. KVN heç vaxt heç kimi təhqir etməyib

17 mart
.

"Yaprak Dökümü"nün qocaman aktrisası TANINMAZ HALDA - VİDEO

İllər öncə milyonları ekran önünə kilidləyən "Yaprak Dökümü" serialının "Cevriyye"si Güler Öktenin yeni görüntüsü yayılıb. xəbər verir ki, 83 yaşlı qocaman aktrisa video çəkdirərək sevənlərinə öz salamlarını çatdırıb. Yaratdığı obrazla çoxsaylı izləyicilərin sevgisini qazanan aktrisanı

24 mart
.

"Bilsəydim, səni dünyaya gətirməzdim..." - Aybəniz Haşımova

"Deyirlər insan yaşa dolduqca çox şeyi unudur. Yaddaşından çox hadisələr, yaşantılar bir-bir silinməyə başlayır. Amma çox xatirələr var ki, hələ də yadımdadır. Hətta onları unutmaq belə istəmirəm". Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Aybəniz Haşımova sosial şəbəkədə yazıb. Müğənn

23 mart
.

"İki bayramı birgə qeyd edirik" - Fotolar

Müğənni Elnur Məmmədov yeni doğulan övladı ilə bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, oğlu Muhammədin üzünü gizlətdiyi şəkilləri sosial şəbəkədə paylaşan sənətçi bunları yazıb:. "Bu gün Muhammədin 40 günü tamam oldu. İki bayramı birgə qeyd edirik. Novruz bayramımız da mübarək". Qey

20 mart
.

69 yaşlı Ceki Çanın son görüntüsü - TANINMAZ HALDA - FOTO

70 yaşa yaxınlaşan Ceki Çanın son görüntüsü yayılıb. xəbər verir ki, kino ulduzunun son halı pərəstişkarını xeyli kədərləndirib

17 mart
.

Bu dəfə onun səhifəsi oğurlandı - Fotolar

Aparıcı İlkin Həsəninin bloger həyat yoldaşı Aysel Həsəninin instaqram hesabı oğurlanıb. Axşam.az xəbər verir ki, bununla bağlı İlkin paylaşım edib. "Ayselin səhifəsindən gələn linklərə daxil olmayın" deyə, İlkin izləyicilərinə xəbərdarlıq edib. Blogerin 340 minlik hesabında isə gün ərzind

20 mart