Xalq artistindən ŞOK SÖZLƏR: "Sürünə-sürünə ondan-bundan xahiş edirdim ki..."

Xalq artistindən ŞOK SÖZLƏR: "Sürünə-sürünə ondan-bundan xahiş edirdim ki..."Dünən Elektra Hall səhnəsində türkiyəli həmkarları Ersay Üner və Feride Hilan Akın ilə birlikdə çıxış edən Xalq artisti Röya Ayxan jurnalistlərin suallarını cavablandırıb.

Publika.az-a açıqlama verən ulduz fəxri adı daşımağın məsuliyyətli və bir o qədər şərəfli olduğunu dilə gətirib.

- Röya xanım, Xalq artisti adının yükünü daşıya bilirsiniz?

- Əlbəttə ki, məsuliyyətim artdı. Ümumiyyətlə hər zaman məsuliyyətli olmuşam, amma artıq daha ehtiyatlı davranmağa məcburam. Eyni zamanda əvvəllər qorxduğum layihələri həyata keçirmək üçün mənə cəsarət və stimul verdi. İnşallah gələn il teatrlarla bağlı layihələrimiz olacaq.

- Bəs gözlənilən idi sizin üçün?

- Yox, qətiyyən. Birdən oldu.

- Sizi təbrik etməyən və sevinməyən həmkarlarınız da oldu.

- Onlar qorxular. Üzbəüz gələndə qucaqlayıb öpürlər... Normal haldır. Xalq artisti olmaq mənim üçün gözlənilməz idi. Buna Allahın hədiyyəsi kimi baxıram. Bəlkə də o müğənnilər fərxi ad gözlədikləri üçün bu, onların həyatında baş vermir. Özündən əmin olduqları üçün hər hansı iş onlarda alınmır.

- "Panten Altın Kelebek" ödüllərinin bu ilki təqdimatı haqqında nə düşünürsünüz? Sizcə, mükafat azərbaycanlı məşhurlardan kimin olacaq?

- Bu tədbirə Azərbaycan hər il mütəmadi olaraq qatılacaq. Nə zaman müraciət olunsa, yox demərəm. Vaxtım olarsa, bu tədbirə istənilən sənətçi ilə birlikdə qatılmağa hazıram. Qalib başqası olsa, fəxrlə mükafatı ona təqdim edərəm. Yeri gəlmişkən, iştirakçılardan aktrisa Pərvin Abıyeva, Oksana Rəsulova və müğənni Sevda Yahyayevanı dəstəkləyirəm. Həmişə mükafatı almaq üçün getməməlisən, biri alanda yanında onu təbrik edən həmyerlisi də olmalıdır.

- Bu yaxınlarda Baloğlan Əşrəfovun mahnısını paylaşmışdınız.

- Onu çox sevirəm, çünki anam onun dinləyicisidir. Ümumiyyətlə bizim valideynlərimiz Niyaməddin Musayev, Baloğlan Əşrəfov kimi müğənnilərin fanatları olublar. Adımın Röyalə olması da təsadüfi deyil, Niyaməddin Musayevin mahnısından sonra anam bəyənib. Anam deyir ki, efirdə hər dəqiqə stadionları doldurmuşam deyib öyünmə, Baloğlan Əşrəfov stadionları dolduranda sən yox idin. Onun sənətini sevirəm, "Ay uçan quşlar" nəğməsinin başqa versiyasını hazırlamışıq. İnşallah gələn il çıxacaq.

- "Cristal Hall"da konsert verməyi düşünürsünüz?

- İstərdim, lakin mənim fikrimdə tutduğum layihə üçün böyük vəsait lazımdır. Hazırda özüm və oğlum üçün tikdirdiyim evlə məşğulam. Təmiri bitirə bilmirik, çünki ilin 6 ayını işləyirik, 6 ay da iş olmur.

- Qardaşınız İsmayıl Nəcəfov yeni klipini təqdim etdi. Gələcəkdə duetiniz özlənilir?

- Bilmirəm, o, Türkiyədə böyüyüb. Onun dünyası başqadı, məni seçərsə oxuyaram, hər zaman arxasındayam. Öz oğlum olduğu üçün bilirəm ki, kişi xeylağına dəstək olmalısan. Qadın o qədər güclüdür ki, özü öz yolunu seçir. Başa düşdüm ki, kişilərdə belə deyil. Sürünə-sürünə ondan-bundan xahiş edirdim ki, məni toya aparsın. Qardaşım üçün mən varam. İki il qardaşıma musiqi şirkətləri kimi pul buraxacam. İki ildən sonra özün öz yerini möhkəmlədib hesabat verəcək. Bu hesabat o olacaq ki, anam zəng vurub daha məndən heç nə istəməyəcək. Anamın sevinc göz yaşlarını görəcəm. Qardaşlarım 10 ildən sonra dünyaya gəlib. Anaların da gözünün ağı-qarası oğullarıdır. Mən bir bacı kimi qardaşımı qaldırıram ki, işləyib anama baxsın.

- Millət vəkilləri hesab edir ki, 15 minə toya gedən müğənnilərdən alınan 30 manatlıq vergi azdır. Hətta vergi ödəməyənlərin ev və maşının əlindən alınması irəli sürülüb.

- Vergi 30 manat deyil, pul köçürülümələr banklar vasitəsiylə olduğu üçün hamı nə qədər qazandığımızı bilir. Bu sözü düşünmədən deyən hörmətli millət vəkillərimizə demək istərdim ki, əgər 4 toya gedirəmsə, onun ikisinin pulu işə, geyimə, saç düzümü, makiyaj və mahnılara gedir. Əgər problem varsa, aşkarlasınlar, azdırsa, vergini artıraq.

- Xalq artisti Afaq Bəşirqızı ilə gözəl dostluq münasibətləriniz olduğunu bilirik. Onun millət vəkiliyinə namizədliyini irəli sürməsi ilə bağlı kompaniya başladılıb.

- Seçilməsini əlbəttə ki, istəyərəm. Çünki bizim sözümüzü çatdıracaq sənətçi birinin olması laızmdır.

- Faiq Ağayevin də namizədliyini irəli sürməsi gündəmdədir.

- Niyə də yox? Kim istəyirsə olsun, mən isə öz yerimdən məmnunam.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Şou-biznes   Baxılıb: 3634   Tarix: 01 dekabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Xalq artistinin oğlu universitetə qəbul oldu - FOTO

Xalq artisti Mənsum İbrahimovun oğlu İbrahim universitetə daxil olub. Axşam.az-a istinadən xəbər verir ki, bu haqda xanəndə özü məlumat yayıb. Sənətçi övladının ingilis dilində təhsil alacağını bildirib:. "Oğlum İbrahim Qərbi Kaspi Universitetinin tarix fakültəsinə qəbul oldu. İbrahimin timsalınd

10 sentyabr 2021
.

Ağadadaş Ağayev yenə Türkiyəyə getdi: "Dualarınıza ehtiyacım var"

Xalq artisti Ağadadaş Ağayev yenidən Türkiyəyə xəstəxanaya yollanıb. xəbər verir ki, müğənni bu haqda özü məlumat yayıb. O, İstanbulda xəstəxanada olduğunu vurğulayb:. "Yoxlamalar üçün gəldim, müayinədən keçdim. Bir həftə sonra nəticələr deyiləcək. Dualarınıza hər zamankı kimi ehtiyacım var"

11 sentyabr 2021
.

"Sirtaki"nin müəllifi olan bəstəkar öldü

Tanınmış yunan bəstəkarı Mikis Teodorakis 96 yaşında vəfat edib. O, rejissor Mixalis Kakoyanisin 1960-cı illərdə ekranlara çıxan "Aleksis Zorbas" filmində nümayiş olunan "Sirtaki" rəqsinə yazılmış musiqinin müəllifi kimi məşhurlaşıb. Bəstəkar həmçinin simfoniya, balet, opera və çoxsayd

3 sentyabr 2021
.

Koronavirusa yoluxan Yaqub Zurufçu süni tənəffüs aparatına qoşulub - YENİLƏNİB

Koronavirusa yoluxan Əməkdar artist Yaqub Zurufçu süni tənəffüs aparatına qoşulub. Bu barədə -a onun həyat yoldaşı Aynur Zurufçu məlumat verib. "Həkimlər sənətçinin vəziyyətini stabil saxlamaq və ağırlaşmasının qarşısını almaq məqsədilə süni tənəffüs aparatına qoşulduğunu bildiriblər", - dey

9 sentyabr 2021
.

Murad Dadaşov inanılmaz dərəcədə ARIQLADI - FOTO

Xalq artisti. Xəzər TV-nin prezidenti Murad Dadaşovdan xəbər var. -a istinadən xəbər verir ki, sosial şəbəkələrdə Murad Dadaşovun yeni fotosu yayılıb. Fotodan Muradın inanılmaz dərəcədə arıqlaması diqqət çəkib. lakin izləyiciləri onun əvvəlki görünüşün daha çox yaraşdığını qeyd edib. Həmin fotonu təqdi

7 sentyabr 2021
.

Ben Afflek sevgilisi Cennifer Lopezə yaxınlaşan pərəstişkarı itələdi - VİDEO

Amerikalı aktyor Ben Afflek sevgilisi məşhur aktrisa Cennifer Lopez ilə şəkil çəkdirmək istəyən pərəstişkarını itələyib. Hadisə aktyorun sevgilisi ilə birlikdə Film Festivalına yollandığı Venesiya baş verib. Məlumata görə, tədbir bitdikdən sonra cütlük hava limanına gedərkən pərəstişkarlardan biri onlar

14 sentyabr 2021
.

"20 il yataq xəstəsi olsan da..." - Hüseyn AĞIR İTKİSİNDƏN yazdı - FOTO

Məşhur klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu sosial media hesabındakı paylaşımı ilə diqqət çəkib. -a istinadən xəbər verir ki, Hüseyn "İnstagram" hesabında bir müddət öncə dünyasını dəyişən anası ilə fotosunu paylaşıb. O, paylaşımına:. 'Sən bizə həm ana həm də ata oldun. Allah səni cənnətl

16 sentyabr 2021
.

Flora Kərimova küçədə mahnı oxudu – VİDEO

Xalq artisti Flora Kərimova küçədə mahnı oxuyub. Belə ki, xalq artisti küçə ilə gedərkən musiqi səsi eşidib və musiqi səsi gələn tərəfə yönəlib. O, küçədə gitara çalıb mahnı oxuyan gənclərlə birgə duet oxuyub. Bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb. Həmin görüntüləri təqdim edirik:

8 sentyabr 2021
.

"Bədəninə dərman yüklədilər, dünyasını dəyişdi"

"Mənə başqa yerdən pislik etməyə başlayırlar. İctimai insanam, çırmalayaram qollarımı, başlayaram. Kiməsə pislik etmək istəmirəm". Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Brilliant Dadaşova İnstaqramda canlı yayımda deyib. Koronavirusa yoluxan müğənni bir neçə gün əvvə

9 sentyabr 2021