SOCAR hava şəraitinin kəskinləşməsi ilə bağlı dənizdə işçilərini təxliyyə edir

SOCAR hava şəraitinin kəskinləşməsi ilə bağlı dənizdə işçilərini təxliyyə edirSOCAR dənizdə hava şəraitinin kəskinləşməsi ilə əlaqədar təxliyyə tədbirlərinə başlayıb.

SOCAR-dan "Report"a verilən məlumata görə, şirkət təhlükəsizlik tədbirlərini maksimum gücləndirib və dənizdə çalışan neftçilərin - işçilərinin təxliyyəsinə başlayıb.

Bu gün səhər başlayan təxliyyə tədbirləri axşam saatlarına qədər davam edəcək. Açıq səthlərdə, dəniz platformalarında aparılan bütün işlər dayandırılıb, əməliyyatlar məhdudlaşdırılıb və maksimum gücləndirilib. Dəniz platformaları ətrafında Fövqəladə Hallar Nazirliyinin gəmiləri də daxil olmaqla, mütəmadi növbətçilik həyata keçirilir. Hava şəraiti normallaşdıqdan sonra işçilərin iş yerlərinə qaytarılması təmin ediləcək.

Sosial   Baxılıb: 1051   Tarix: 01 dekabr 2019  

Şikayətiniz varsa Whatsapp: 055 3906818

Facebookda Paylaş

Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR