Azərbaycanda ŞOK OLAY - Məscid axundunun oğlu içkili vəziyyətdə...
Zərdab rayonunda axundun oğlu DYP tərəfindən saxlanılıb.
"Report" xəbər verir ki, hadisə ötən gün rayonun mərkəzi küçəsində qeydə alınıb.
Məzahir Feyzulla oğlu Tağıyevin idarə etdiyi "10-LF-572" dövlət nömrə nişanlı "VAZ-2107" markalı minik maşın yol patrul xidməti əməkdaşları tərəfindən saxlanılıb. Yoxlamalar zamanı məlum olub ki, M.Tağıyev nəqliyyat vasitəsini sərxoş vəziyyətdə, sürücülük hüququ olmadan idarə edir. Saxlanılan şəxs barəsində müvafiq qaydalar çərçivəsində tədbir görülüb.
Qeyd edək ki, M.Tağıyev Zərdab rayon Cümə məscidinin axundu Feyzulla Tağıyevin oğludur.
Hadisə Baxılıb: 2459 Tarix: 01 dekabr 2019
Şikayətiniz varsa Whatsapp: 055 3906818
Facebookda Paylaş