Küləkli hava 3 qəzaya səbəb oldu - YOLLARDAKI SON VƏZİYYƏT

Küləkli hava 3 qəzaya səbəb oldu - YOLLARDAKI SON VƏZİYYƏTBakıda davam edən küləkli hava şəraiti bağlı yollardakı son vəziyyət açıqlanıb.

News24.az-a danışan Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov yollarda hərəkətin fasiləsiz davam etdiyini deyib:"Hal-hazırda bütün istiqamətlər üzrə hərəkət normaldır. Hər bir sürücü rahat və fasiləsiz hərəkət edir. Bu gün Bakı şəhəri üzrə maddi zərərlə nəticələnən 3 yol qəza hadisəsi baş verib".

V.Əsədov sürücü və piyadalara səslənib: "Bütün hərəkət iştirakçıları tövsiyəmiz odur ki, diqqətli olsunlar. Ən azı öz təhlükəsizliyinin təmin edilməsi naminə yol hərəkəti haqqında qanunun tələblərini düzgün yerinə yetirməyə çalışsınlar. Eyni zamanda bu tələblərin də başqaları tərəfindən yerinə yetirilməsini də şərait yaratsınlar, tələb etsinlər. Bizim təhlükəsizliyimiz öz əlimizdədir. Hər kəs polisin müdaxiləsi olmadan öz təhlükəsizliyinin qayğısına qalmalıdır. Keçmə növbəliyini düzgün yerinə yetirməlidir. İşıqforun tələblərini bilməli və bu tələblərə uyğun hərəkət üstünlük verməlidir. Yol nişanlarının da tələbləri yaddan çıxmamalıdır".

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin sözçüsü qış fəslinin gəlməsi ilə əlaqədar sürücülərin diqqət yetirməli olduğu məqamları açıqlayıb:"Artıq hava şəraiti dəyişir, qışa doğru gedirik. Sürücülər mütləq mövsümi təkərlərin olmasına, isitmə və soyutma sistemlərini "Anti-freez" kimi tanınan maye ilə təhciz edilməsinə, avtmobilin texniki cəhətdən saz olmasına, şüşə silənlərin işləməsinə, işıq cihazlarının hamısının yanmasına diqqət etməlidir. Həmçinin hava şəraitindən asılı olmayaraq dövlət nömrə nişanlarının aydın görünməsinin təmin edilməsi, onun işıq cıhazları ilə birgə təmiz saxlanılması sürücünün funksial vəzifəsidir".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1340   Tarix: 02 dekabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Türkiyə ilə Azərbaycan arasında yeni sənəd imzalanacaq

Türkiyə ilə Azərbaycan arasında yeni sənəd imzalanacaq. Bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb. Bildirilib ki, bu məsələ Azərbaycanın mədəniyyət naziri Anar Kərimovla Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy arasında keçirilən görüşdə müzakirə olunub. A.Kərimov ikitərəfli dostlu

17 sentyabr 2021
.

Hacı Zeynalabdin Tağıyevin qız məktəbi açmasına kimlər mane olurdu? – VİDEO

Məşhur filmdə deyildiyi kimi, ona elə təklif edəcəm ki, yox deyə bilməsin. Bakı milyonçusu, mesenat Hacı Zeynalabdin Tağıyev də II Nikolayın həyat yoldaşı Aleksandra Fyodorovnaya elə hədiyyə göndərib, elə təklif etmişdi ki imperator şərqdə ilk qız məktəbinin açılmasına yox deyə bilməmişdi. Üstəlik, açılaca

17 sentyabr 2021
.

"Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA

ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər

18 sentyabr 2021
.

Azərbaycan polisi qondarma "bayrağ"ı maşınların üzərindən süngü ilə qazıdı - VİDEO

Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən 21 kilometr zolağına nəzarət edən Azərbaycan polisi bu yoldan keçən avtomobillərdəki daha bir qanunsuzluğu aradan qaldırmaq üçün maraqlı üsula əl atıb. Belə ki, ərazidəki postda xidmət edən qəhrəman polislərimiz sözügedən yoldan keçən avtomobilləri

17 sentyabr 2021
.

Peyvənd olunanların sayı AÇIQLANDI

Azərbaycanda son sutkada koronavirus əleyhinə 57 357 vaksin vurulub. xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Bildirilir ki, birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 17 920, ikinci mərhələ üzrə 39 437 nəfərdir. Vaksinasiyadan keçənlərin ümumi say

17 sentyabr 2021
.

"Yaralanmışam, pensiya ala bilmirəm" - Müharibədə iştirak edən futbolçu

Vətən müharibəsi qazisi, "Kəpəz" klubunun sabiq futbolçusu, 1998-ci il təvəllüdlü Talib Rzayev müharibədə yaralanmağına baxmayaraq, ona hələ də əlillik dərəcəsinin təyin edilməməsindən narazıdır. Bu barədə "Qafqazinfo"ya müraciət edən T. Rzayev bildirib ki, 2019-cu ildə əsgərliy

17 sentyabr 2021
.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18 sentyabr 2021
.

"Mənəvi cəhətdən inkişaf etmək istəyiriksə, keçmişimizdən xəbərdar olmalıyıq" - Psixoloq

İstiqamət: Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi. "İnsanların mənəvi inkişafı ana bətnindən başlayır. Bəzi valideynlər var ki, uşaqlara qayğını həddən artıq çox göstərir, bəziləri isə heç qayğı vermir. Ona görə də mənəvi inkişaf və tərbiyə ailə tiplərində

17 sentyabr 2021
.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA + VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18 sentyabr 2021