Deputat: "TANAP Avrasiya məkanında mühüm enerji layihələrindən biridir"

Deputat: "TANAP Avrasiya məkanında mühüm enerji layihələrindən biridir""Trans-Anadolu Təbii Qaz Kəməri (TANAP) Avrasiya məkanında mühüm enerji layihələrindən biridir".

"Report" xəbər verir ki, bunu Milli Məclisin deputatı Rauf Əliyev TANAP-la bağlı məqaləsində qeyd edib.

O vurğulayıb ki, bu layihə Türkiyə-Azərbaycan birgə siyasi iradəsinin nəticəsidir və eyni zamanda digər ölkələrin iştirakı və özəl şirkətlərin maliyyə dəstəyi ilə reallaşdırılır: "Noyabrın 30-da Türkiyənin Ədirnə şəhərində Avrasiya məkanında mühüm enerji layihələrindən biri olan TANAP qaz kəmərinin açılış mərasimi keçirilib. Açılış mərasimində çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev qeyd edib ki, TANAP Cənub Qaz Dəhlizinin bir hissəsidir. Cənub Qaz Dəhlizi nəhəng infrastruktur layihəsidir, maliyyə dəyəri 38 mlrd. dollardır və dörd layihədən ibarətdir. Onlardan üçü - "Şahdəniz" Mərhələ 2, Cənub Qafqaz Boru kəməri, TANAP istifadəyə verilib. Dördüncü layihə olan TAP-ın icrası artıq 90 faizi keçib. Əminən ki, TAP da vaxtında istifadəyə veriləcək. Beləliklə, Avrasiyada ən böyük infrastruktur layihələrindən biri olan Cənub Qaz Dəhlizi vaxtında istismara veriləcək. Cənub Qaz Dəhlizi layihəsi 7 ölkəni birləşdirir və bu layihə artıq beynəlxalq əməkdaşlıq layihəsidir. "Şahdəniz" yatağından hasil olunan qaz Azərbaycan, Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, Albaniya ərazisindən və Adriatik dənizinin dibindən keçməklə İtaliyaya qədər 3500 km-dən artıq uzanan boru kəməri vasitəsilə çatdırılacaq. Cənub Qaz Dəhlizi layihəsinin həyata keçirilməsində Türkiyəni, Gürcüstanı, Böyük Britaniyanı, Rusiyanı, Fransanı və digər ölkələri təmsil edən 12-ə qədər məşhur şirkət iştirak edir. Bu layihə geniş beynəlxalq əməkdaşlığı rellaşdıran bir layihədir. TANAP-ın istifadəyə verilməsi göstərir ki, Azərbaycan qarşısına qoyduğu bütün hədəflərə çatır və bu layihənin reallaşması ölkəmizin daha da inkişaf etməsi üçün əlavə imkanlar yaradır.

Deputat Rauf Əliyev:

"TANAP-ın istifadəyə verilməsi göstərir ki, Azərbaycan qarşısına qoyduğu bütün hədəflərə çatır və bu layihənin reallaşması ölkəmizin daha da inkişaf etməsi üçün əlavə imkanlar yaradır".

Azərbaycan belə genişmiqyaslı iqtisadi və siyasi əməkdaşlığı tələb edən layihəni həyata keçirməklə beynəlxalq aləmdə nüfuzunun daha da artmasını təmin edir".

TANAP Cənub Qaz Dəhlizinin tərkib hissəsi olaraq "Şahdəniz-2" yatağından hasil edilən qazı Türkiyə və bu ölkədən Avropaya nəql edən bir layihədir. TANAP Türkiyə -Gürcüstan sərhədində Cənub Qaqaz Boru kəmərinə, Türkiyə-Yunanıstan sərhədində isə Trans- Adriatik (TAP) qaz boru kəmərinə birləşir. Uzunluğu 1800 km uzunluğunda olan TANAP-ın ilkin ötürücülük qabiliyyəti 16 mlrd. kubmetrdir və sonradan bu həcmin 31 mlrd. kubmetrdək artırılması nəzərdə tutulub.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 447   Tarix: 02 dekabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bakıda binalarda yeni oğurluq üsulu: Görüntülərlə bağlı araşdırmalara başlanılıb - YENİLƏNİB + VİDEO

Bakıda binalardan edilən oğurluqla bağlı rəsmi açıqlama verilib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı Lumu İsrəfilli -a bildirib ki, yayılan görüntülər araşdırılır:. "Şübhəli şəxslərin müəyyən edilməsi istiqamətində tədbirlər görülür". 17:16. Bakıda cinayətkarla

24 aprel
.

Vətən müharibəsi qazisi Türkiyədə öldü

Vətən müharibəsi qazisi, Saatlı rayon Fətəlikənd sakini Orxan Qələndər oğlu Mürtəzov Türkiyədə vəfat edib. "Qafqazinfo" xəbər verir ki, əmisi ilə birgə Türkiyə-Rusiya arasında sərnişindaşıma işi ilə məşğul olan 27 yaşlı Orxanın avtomobil qəzasında öldüyü bildirilib. Vətən müharibəsində iştirakın

24 aprel
.

Xalq artisti: "Anam məni dünyaya gətirmək istəmirmiş" - VİDEO

"Arzuolunmaz övlad olmuşam, anam məni dünyaya gətirmək istəmirdi". Bu fikirləri Xalq artisti Məleykə Əsədova ATV-də yayımlanan "Günaylı Gün" verilişində səsləndirib. O bildirib ki, özündən böyük iki bacısı var:. "Anam həkim idi, qızı olacağını bilirdi, lakin oğlan istəyirdilər"

24 aprel
.

Bakıda orta məktəbdə yanğın: Zəhərlənənlər var - YENİLƏNİB + VİDEO

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə saat 10:52-də Yasamal rayonu, 153 saylı məktəbin kitabxanasında yanğın baş verməsi səbəbilə çağırış daxil olub. Bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib. Bildirilib ki, hadisə yerinə üç təcili tibbi yardım briqadas

24 aprel
.

Ramzan Kadırovda yeni xəstəlik tapıldı, varisi hazırlanır - İDDİA

Çeçenistan lideri Ramzan Kadırov ağır xəstədir. İndi Kreml ölümü və ya səhhətinə görə əmək qabiliyyətini itirməsi halında onun yerinə kimin keçəcəyini düşünür. -ın xarici mediaya istinadən xəbərinə görə, "Novaya qazeta Europe" məqaləsində deyildiyi kimi, 2019-cu ilin yanvarında həkimlər on

24 aprel
.

İctimai TV "Kristal Abşeron"- un əyilən binasını müzakirəyə çıxardı - Vəziyyət gərginləşir...

Xəbər verdiyimiz kimi, "Qobu Park-3" yaşayış massivində məcburi köçkünlər üçün tikilən bina əyilib. Qeyd edək ki, kompleksə daxil olan 26-cı binada bərkitmə işləri aparılması ilə bağlı görüntülər də yayımlanıb. Görüntülərdən məlum olur ki, ərazidə iş aparılarkən heç bir təhlükəsizlik qaydaların

24 aprel
.

Bayden "erməni soyqırımı" ifadəsini növbəti dəfə işlətdi

ABŞ Prezidenti Co Bayden ənənəvi müraciətində növbəti dəfə "erməni soyqırımı" ifadəsindən istifadə edib. APA-nın xəbərinə görə, o bildirib ki, "soyqırımın" ildönümünün qeyd olunması onun "qurbanlarının" anılması və bu "faciənin" unudulmaması üçün səbəbdir. Qey

24 aprel
.

AMEA-da yeni şöbələr yaradılıb, kadr təyinatları olub

AMEA-da yeni şöbələr yaradılıb, kadr təyinatları olub. Bu barədə AMEA Rəyasət Heyətinin iclasında qərar qəbul edilib. Belə ki, AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Biblioqrafiya şöbəsinin bazasında daxili imkanlar hesabına Biblioqrafik resursların yaradılması şöbəsi və Biblioqrafik və elektron informasiy

24 aprel
.

Paytaxtın bu ərazilərində yeni parklar salınacaq - 2026-cı ildən...

Bakıda bir neçə ərazidə yeni parkların salınması planlaşdırılır. -in əldə etdiyi məlumata görə, yeni parklar paytaxtın 6 istiqamətində salınacaq. Bakının simasını daha da gözəlləşdirəcək yeni parklar paytaxt sakinləri və turistlərin mədəni istirahəti üçün əlverişli məkana çevriləcək. Parklara müxtəli

24 aprel