Necati Şaşmazdan "amerikalı qadınla evlidir" iddiasına CAVAB
"Kurtlar Vadisi" serialında canlandırdığı Polat Alemdar obrazı ilə məşhurlaşan Necati Şaşmaz barədə "amerikalı bir qadınla evlidir" iddiası ortaya atılıb. Sonxeber.az-ın məlumatına görə, iddianı onun boşanma ərəfəsində olduğu arvadı Nagehan Şaşmaz səsləndirib. O, Necatinin amerikalı bir qadınla evli olduğunu bildirib. Necati isə vəkili Altın Mimir vasitəsilə bu iddianı yalanlayıb və Kleyr adlı qadınla 2001-ci ildə boşandığını bildirib.
Qeyd edək ki, cütlük 2012-ci ildə evlənib. 6 il sonra isə boşanmaq barədə qərar qəbul edilib.
Dünyada Baxılıb: 1806 Tarix: 02 dekabr 2019
Şikayətiniz varsa Whatsapp: 055 3906818
Facebookda Paylaş