Sürücülərin nəzərinə: Etibarnamələrin verilməsi elektronlaşdırıldı

Sürücülərin nəzərinə: Etibarnamələrin verilməsi elektronlaşdırıldı"myGov" platforması üzərindən məkandan asılı olmayaraq, həftənin bütün günləri 24 saat ərzində, notariat ofisinə müraciət etmədən nəqliyyat vasitələrinin idarə olunmasına dair etibarnamələrin elektron rəsmiləşdirilməsi imkanı yaradılıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən verilən məlumata görə, bu, Dövlət Agentliyinin tabeliyində olan Elektron Hökumətin İnkişafı Mərkəzi və Ədliyyə Nazirliyinin əməkdaşlığı nəticəsində reallaşdırılıb.

Vətəndaşlar "myGov" şəxsi kabinetində etibarnamələrini görə və yeni etibarnamə yarada bilərlər. Eyni zamanda, xidmətin həyata keçirilməsi üçün zəruri olan məlumatları əldə etmək mümkündür.

Yəni etibarnamənin yaradılması ilə bağlı müvafiq məlumatlar daxil edildikdən sonra vətəndaş "ASAN ödəniş" sistemi üzərindən ödəniş etməklə müraciətini tamamlayır. Sonra məlumatlar avtomatik olaraq Dövlət Yol Polisinə göndərilir.

Sonda vətəndaşın şəxsi kabinetində bildiriş vasitəsi ilə etibarnamə müraciətinin statusu ilə bağlı məlumat göndərilir. "Elektron hökumət" konseptinin müasir versiyası olan "myGov" portalı vasitəsilə vətəndaşlara nikah üçün müraciətin və doğumun elektron qaydada qeydə alınması prosesi kimi digər ədliyyə xidmətləri də göstərilir.

Portal üzərindən ilkin olaraq 19 dövlət və 16 bildiriş xidməti təqdim olunur. Bundan başqa, "myGov" portalından "eAgro", "eSatınalma, "Azərbaycan Respublikasının Mərkəzi Bankının Elektron Müraciətlər Sistemi", "ASAN ödəniş", "eSosial", "Birja Auksion" sistemlərinə keçid mümkündür.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Elektron hökumətin inkişafı və rəqəmsal hökumətə keçidlə bağlı tədbirlər haqqında" 2018-ci il 14 mart tarixli Fərmanı ilə dövlət xidmətlərinin həyata keçirilməsində informasiya və kommunikasiya texnologiyalarının tətbiqi prioritet kimi müəyyənləşdirilib.


Sonxeber.az Telegramda izləyin
Sosial   Baxılıb: 933   Tarix: 02 dekabr 2019  

Şikayətiniz varsa Whatsapp: 055 3906818

Facebookda Paylaş

Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR

Nazirlikdən dəm qazından zəhərlənənlərlə bağlı VACİB AÇIQLAMA - ÖZƏL

Son bir neçə gündə dəm qazından zəhərlənmə hadisələri çoxalıb. . . Bununla bağlı Sonxeber.az-a danışan Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətin rəhbəri Gülçin Mehdiyeva bildirib ki, bizim nazirlik tərəfindən bununla bağlı mütəmadı maariləndirmə tədbirləri həyata keçirilir: "Videoçar

10 dekabr 2019

Prezident ailəsində xoş gün (FOTOLAR)

Prezident İlham Əliyevin qızı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın əkizləri Əli və Mikayılın 11 yaşı tamam olur.. . Sonxeber.az xəbər verir ki, Leyla Əliyeva övladlarını İnstaqram səhifəsində təbrik edib.. . "Əlişka və Mikanı ad günü münasibəti ilə təbrik edirəm. Xoşbəxtlik

2 dekabr 2019

Oqtay Əsədovdan Milli Məclisin buraxılması ilə bağlı ÇIXIŞ

Cənab Prezident tərəfindən həyata keçirilən struktur islahatlar yeni mərhələyə qədəm qoyub. Aparılan islahatlar cəmiyyət tərəfindən rəğbətlə qarşılanır. . Sonxeber.az-ın məlumatına görə, bunu parlamentin bu gün keçirilən iclasında Milli Məclisin sədri Oqtay Əsədov deyib. O, bidlirib ki, 28 noybarda Parlamentd

2 dekabr 2019

Aygün Kazımova qardaşının YAS MƏRASİMİNDƏ - FOTOLAR

Xalq artisti Aygün Kazımovanın bir neçə gün öncə dünyasını dəyişən qardaşı Kazımov Kazım Ələsgər oğlunun yas mərasimi olub.. . Sonxeber.az News24.az-a istinadən xəbər verir ki, 3 mərasimi Təzə Pir məscidində baş tutub.. . Allah rəhmət eləsin!. .

2 dekabr 2019

Azərbaycanda İİV-ə yoluxanların sayı açıqlandı

2019-cu ilin 11 ayı ərzində İİV-ə (İnsanda immunçatışmazlığı virusu) yoluxma halları faktı 592 nəfərdir. Onlardan 563-ü (95 faiz) Azərbaycan vətəndaşı, 29 nəfəri (5 faiz) əcnəbidir.. . Sonxeber.az-ın məlumatına görə, bunu 1 dekabr - Ümumdünya QİÇS-lə mübarizə günü ilə əlaqədar tədbirdə Respublika QİÇS-l

2 dekabr 2019

Bakıda dəhşətli qəza - çox sayda yaralı var - VİDEO

Bakının Qaradağ rayonu ərazisində ağır yol qəzası baş verib. . . Sonxeber.az BAKU.WS-ə istinadən xəbər verir ki, Bakı-Qazax magistral yolunda qeydə alınıb.. . "Lexus" markalı avtomobillə "Hyundai" və "Mercedes" markalı maşınlar toqquşub. Qəza zamanı çpox sayda insan xəsarə

2 dekabr 2019

Evi əlindən alınan Müşfiq Abbasov: Ali məhkəmə vicdanlı qərar çıxardı

Ali məhkəmə vicdanlı qərar çıxardı. Qeyd etdi ki, mən vicdanlı alıcıyam. . . Bunu tədbirlərin birində Oxu.Az-ın əməkdaşı ilə söhbətində "Bu şəhərdə" yumortistik teatrının ssenari müəllifi Müşfiq Abbasov bildirib.. . O, məhkəmənin çıxardığı qərardan razı qalsa da, evini hələ də qarşı tərəfdə

2 dekabr 2019

Deputat: "TANAP Avrasiya məkanında mühüm enerji layihələrindən biridir"

"Trans-Anadolu Təbii Qaz Kəməri (TANAP) Avrasiya məkanında mühüm enerji layihələrindən biridir". . . "Report" xəbər verir ki, bunu Milli Məclisin deputatı Rauf Əliyev TANAP-la bağlı məqaləsində qeyd edib.. . O vurğulayıb ki, bu layihə Türkiyə-Azərbaycan birgə siyasi iradəsinin nəticəsidi

2 dekabr 2019

Küləkli hava 3 qəzaya səbəb oldu - YOLLARDAKI SON VƏZİYYƏT

Bakıda davam edən küləkli hava şəraiti bağlı yollardakı son vəziyyət açıqlanıb.. . News24.az-a danışan Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov yollarda hərəkətin fasiləsiz davam etdiyini deyib:"Hal-hazırda bütün istiqamətlər üzrə hərəkə

2 dekabr 2019