Ehtiyatda olan polkovnik: "Onun adı Qəhrəman olsa da, bizim deyil, düşmənlərimizin qəhrəmanı oldu"

Ehtiyatda olan polkovnik: "Onun adı Qəhrəman olsa da, bizim deyil, düşmənlərimizin qəhrəmanı oldu""Mən bu məsələdən xəbərdar olanda şoka düşdüm. Bizim Azərbaycanın Ordusunda polkovnik rütbəsinə qədər yüksəlmiş belə insanların olması məni təəccübləndirdi. İlk olaraq, onu deyim ki, belə hallara yol vermək olmaz. Xüsusən də polkovnik rütbəsinə qədər yüksəlmiş şəxslərin belə hallara yol verməsi onların daxili aləmindən xəbər verir".

Bunu "Report"a açıqlamasında Azərbaycan Ordusunun ehtiyatda olan polkovniki Şair Ramaldanov ehtiyatda olan polkovniklər - Qəhrəman Mənsimzadə və Rövşən Məhərrəmovun ittihamlarına münasibət bildirərkən deyib.

O vurğulayıb ki, son açıqlamaları Q.Mənsimzadə və R.Məhərrəmovun vətəndaşlıq mövqeyinin lazımi səviyyədə olmadığını göstərir: "Birincisi, mənzil verilməsi üçün Komissiya yaradılır. Bu proses Komissiyada həyata keçirilir. Mənzillərin verilməsini Komissiya özü müəyyənləşdirir və bunun Müdafiə Nazirliyinə heç bir aidiyyatı yoxdur. Bu işlə Müdafiə naziri ilə Baş Qərargah rəisi məşğul olmur. Komissiya heç siyahıda olanları da tanımır. Ona görə düşünürəm ki, burada hədəfin Müdafiə naziri və Baş Qərargah rəisinin olmasında maraqlı qüvvələr var. Teleseriallara dönmüş 4 hissədən ibarət müraciətlər və ardının olması ilə bağlı anonslar verilməsi buna sübutdur".

Ehtiyatda olan polkovniki Şair Ramaldanov:

"Azərbaycan Ordusunu gözdən salmaq mümkün deyil".

Ş.Ramaldanov hesab edir ki, Q.Mənsimzadə və R.Məhərrəmov sifariş əsasında mətbuata çıxıb açıqlamalar verirlər: "Düşünürəm ki, burada maraqlı qüvvələr var. Mən demək istəyirəm ki, polkovnik rütbəsinə kimi yüksələn və bütün məsuliyyətini dərk edən bir insan bu formada çıxış edə bilməz. Ola bilsin ki, bunlar kiminsə sifarişini yerinə yetirirlər. O, bəzən fəxri fərmanları, medalları da ortaya qoyurdu. Ona demək lazımdır ki, əgər sənin fəxri fərmanların varsa, deməli, xidmətinə görə qiymətləndirilmisiniz. Məgər, o sənədlərə Müdafiə naziri imza atmayıb?"

Ş.Ramaldanov vurğulayıb ki, bu cür şəxslərin Azərbaycan Ordusunu gözdən salması mümkünsüzdür: "Polkovnik də, general da olmaq mümkündür, digər rütbələri də daşımaq olar, hərbi formanı da geyinmək olar. Amma ilk növbədə vətəndaş olmaq lazımdır. Vətəndaşlıq isə o Vətəni olduğu kimi sevmək deməkdir. Təbii ki, bunlar Azərbaycan Ordusunu gözdən sala bilməzlər. Ümumiyyətlə, Azərbaycan Ordusunu gözdən salmaq olmaz. Sadəcə olaraq, bunlar cəhd edə bilərlər. Müharibə şəraitində yaşayan ölkənin ehtiyatda olan polkovnikinin hərbi geyimdə bu cür ittihamlar səsləndirməsi düzgün deyil. Heç olmasa, mülki paltar geyinsinlər. Çünki hərbi formanı geyinmək Azərbaycan Ordusunu təmsil etmək deməkdir. Bir məsələni deyim ki, onun adı Qəhrəman olsa da, bizim deyil, düşmənlərimizin qəhrəmanı oldu. Çünki bizim düşmənlərimiz bu məlumatdan sui-istifadə etdilər. Demək olar ki, erməni saytlarında daha çox populyarlaşan bu Qəhrəmandır. Çünki, o, artıq erməni saytlarının qəhrəmanına çevrilib".

Qeyd edək ki, Azərbaycan Ordusunun ehtiyatda olan polkovnik Qəhrəman Mənsimzadə və Müdafiə Nazirliyinin Hərbi Polisinin sabiq rəisi, polkovnik Rövşən Məhərrəmov ordu rəhbərliyinə qarşı müxtəlif ittihamlar səsləndirirlər.

Q.Mənsimzadə hərbçi kimi ev ala bilmədiyini iddia edir.

R.Məhərrəmov isə iddia edir ki, Hərbi Hava Qüvvələrinin rəhbərliyi onun ustalıq dərəcəsinin təsdiq olunması üçün Müdafə Nazirliyinə göndərib, ancaq məharət dərəcəsi təsdiq edilməyib. Əvəzində birinci dərəcə verilib. Müharibə şəraitində olan bir ölkənin ehtiyatda olan hərbçilərinin dediklərindən isə daha çox düşmən yararlanmağa cəhd edir. Q.Mənsimzadə və R.Məhərrəmov çıxışları informasiya müharibəsində Ermənistanın əlinə fürsət verə bilər. Təsadüfi deyil ki, Q.Mənsimzadə və R.Məhərrəmov son günlər düşmən mətbuatının əsas "qəhrəmanlarına" çevriliblər.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 2443   Tarix: 02 dekabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Ramazan ayının 18-ci gününün duası - İmsak və iftar vaxtı

Sabah Ramazan ayının 18-ci günüdür. xəbər verir ki, sabah imsak vaxtı saat 05:04, iftar isə 19:15-dədir. İmsak duası:. "Allahummə nəbbihni fihi libərəkati əsharih. Və nəvvir fihi qəlbi biziyai ənvarih. Və xuz bikulli ə-zai ilət-tibai asarih. Bi-nurikə ya münəvvirə qulubil-arifin". Tərcüməsi:

27 mart
.

Azərbaycanda Əməkdar artistə 200 minlik avtomobil hədiyyə edildi - FOTO

"2011-ci ildə mənə zəng gəldi. Dedilər ki, get filan yerdən "İnfiniti QX 56" markalı avtomobili götür. Getdim gördüm ki, sənəddə Yusif Mustafayev yazılıb. Dedilər ki, sənədə imza at. O vaxt qiyməti 110 min dollar idi, təxminən 200 min manat". "axşam.az"a istinadən xəbə

28 mart
.

Şagirdi uşaq dünyaya gətirən məktəbin direktoru işdən çıxarıldı

Salyan rayon Pambıqkənd kənd Azad İbadov adına tam orta məktəbin direktoru Dilbər Qurbanova işdən çıxarılıb. xəbər verir ki, bununla bağlı Şirvan-Salyan Regional Təhsil İdarəsi məlumat yayıb. Bildirilib ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktorunun müvafiq əmrinə əsasən, Dilbə

28 mart
.

Nazirliyin şöbə rəisi vəfat edib

Ədliyyə Nazirliyinin əməkdaşı Akşin Mirtəbib oğlu Ağayev vəfat edib. İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, o, nazirliyin Neftçala rayon Qeydiyyat şöbəsinin rəisi vəzifəsində çalışıb. Qeyd edək ki, A.Ağayev 2015-ci ildən Ədliyyə Nazirliyinin əməkdaşı olub

28 mart
.

Bakıda 13 yaşlı oğlan internat məktəbindən qaçaraq atasını axtarır - TƏSİRLİ GÖRÜNTÜLƏR + VİDEO

Bakıda 13 yaşlı oğlan internat məktəbindən qaçaraq atasını axtarır. xəbər verir ki, yeniyetmə ATV-də yayımlanan "Bizimləsən" verilişinə gələrək atasının kim olduğunu bilmədiyini və onu axtardığını deyib. Belə ki, anası ağciyər xəstəliyindən əziyyət çəkdiyi üçün 13 yaşlı övladını internat məktəbin

27 mart
.

Səhiyyə Nazirliyinin yüksək vəzifəli şəxsi vəfat edib

Səhiyyə Nazirliyinin yüksək vəzifəli şəxsi vəfat edib. xəbər verir ki, Nazirliyin Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun Fizioterapiya üzrə elmi şöbəsinin müdiri İlham Qasımov vəfat edib. Onun hansı səbəbdən vəfat ediyi məlum deyil

27 mart
.

Azərbaycanda işığın qiyməti ucuzlaşa bilər (VİDEO)

Günəş enerjisi istehlakındakı kəskin artım elektrik enerjisinin qiymətlərinə təsir edə bilər. Bu ilin ilk iki ayında ölkədə günəş enerjisinin istehsalı 6 dəfə artıb. Azərbaycanın bərpaolunan enerji mənbələri üzrə potensialı 27 00 meqavat dəyərləndirilir. Mövzu ilə bağlı danışan millət vəkili Vüqar Bayramo

28 mart
.

"Crocus"da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - VİDEO

Moskva vilayətində "Crocus City Hall" konsert kompleksində baş vermiş terror aktının şahidi olan azərbaycanlı Emil Hüseynov hadisə ilə bağlı danışıb. "Crocus City Hall"da qarderob işçisi olan Emil Hüseynov İTV-yə açıqlamasında bildirib ki, baş verənlər gözlənilməz idi:. "Fikirləşirdi

27 mart
.

Direktoru işdən çıxarılan "məşhur" məktəb imiş - DETALLAR

Xəbər verdiyimiz kimi, Salyan rayon Pambıqkənd kənd Azad İbadov adına tam orta məktəbin direktoru Dilbər Qurbanova işdən çıxarılıb. Buna səbəb məktəbdə nöqsanların aşkarlanmasıdır. xəbər verir ki, bu məktəb yaxın zamanda baş verən müəyyən hadisələrlə gündəmə gəlmişdi. Belə ki, Azərbaycan Uşaqlar Birliyini

28 mart