Millət vəkilləri növbədənkənar parlament seçkilərindən DANIŞDILAR

Millət vəkilləri növbədənkənar parlament seçkilərindən DANIŞDILAR"Hesab edirəm ki, iqtidar nüfuzunun yüksək olduğu dövrdə seçkilərə gedir. Bu da başadüşüləndir".

Sonxeber.az-ın məlumatına görə, bunu parlamentin bu gün keçirilən iclasında çıxış edən deputat Qüdrət Həsənquliyev deyib.
O bildirib ki, sağlam və konstruktiv müxalifət olaraq növbədənkənar parlament seçkilərinin keçirilməsini dəstəkləyir: "Hesab edirəm ki, bu, müxalifət üçün bir şansdır ki, parlamentdəki yerlərini artırsın. Həm həmişə söyləmişəm ki, parlamentin çatışmayan cəhəti burada müxalifət fraksiyasının olmamasıdır".
Deputat qeyd edib ki, həm iqtidar, həm də parlamentdəki müxalifət partiyaları xalq qarşısında məsuliyyət daşıyır: "Növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı Konstitusiyada hər hansı bir prosedur nəzərdə tutulmayıb. Dünyada qəbul olunmuş bir məsələ var ki, parlament çoxluğu istənilən vaxt, ölkədə böhtran yarandıqda, özünə inamı bərpa və digər məsələləri əsas götürərək növbədənkənar seçkilərin keçirilməsi təşəbbüsü ilə çıxış edə bilər. Hesab edirəm ki, bizim də bu səlahiyyətlərimiz var".

Milli Məclisin deputatı Hikmət Babaoğlu da çıxış edərəkən deyib ki, bu gün Azərbaycanın ən yeni siyasi, parlamentarizm tarixində mühüm hadisə baş veir: "Prezident İlham Əliyevin həyata keçridiyi islahatlar Azərbaycan cəmiyyətinin bütün sahələrini əhatə edir. Ona görə də bu islahatlar qanunverici orqanı da əhatə etməlidir".
YAP-ın Azərbaycanın siyasi sisteminin sütünu olduğunu deyən deputatın sözlərinə görə, partiya yarandıqdan sonra cəmiyyətimizdə siyasi mədəniyyət, siyasi əxlaq və siyasi davranış gətirib: "YAP-ın Siyasi Şurasının məlum tövsiyyəsi Prezident İlham Əliyevin həyata keçirdiyi islahatların fəlsəfəsinə uyğundur. Hesab edirəm ki, partiyanın Siyasi Şurasının tövsiyəsi milli inkişaf çağırışları ilə uyğunlaşır və gələcək inkişafımızda mühüm rol oynayacaq".
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov isə bildirib ki, uzun illər ərzində aparılan quruculuq siyasəti yeni Azərbaycan formalaşdırıb: "Bununla yanaşı, xalq müasirləşib, tələbləri artıb, onun düşüncə tərzi, təhliletmə qabiliyyəti yüksəlib. Bir sözlə, Azərbaycanda milli və müasir şüur formalaşıb və bu şəraitdə biz Milli Məclisin xalqın qarşısında təmsilçiliyimizi mütləq yenidən təsdiq etməliyik. İslahatların məntiqi, dünya təcrübəsi, beynəlxalq öhdəliklər bunu belə tələb edir".
O qeyd edib ki, təmsilçi rolunu yüksək səviyyədə yenidən təsdiq etmək üçün bu qərarı dəstəkləməliyik: "Biz xalqın müasirlik səviyyəsinə uyğun, müxtəlif dilləri bilən, vətənpərvər, peşəkar insanlara daha geniş yol açmalıyıq. Biz xarici siyasətimizi ən yüksək səviyyədə təmsil etməliyik. Biz xalqımız və prezidentimizin yüksək tələblərinə uyğun yeni parlament formalaşdırmalıyıq".


Sonxeber.az Telegramda izləyin
Sosial   Baxılıb: 544   Tarix: 02 dekabr 2019  

Şikayətiniz varsa Whatsapp: 055 3906818

Facebookda Paylaş

Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR

Nazirlikdən dəm qazından zəhərlənənlərlə bağlı VACİB AÇIQLAMA - ÖZƏL

Son bir neçə gündə dəm qazından zəhərlənmə hadisələri çoxalıb. . . Bununla bağlı Sonxeber.az-a danışan Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətin rəhbəri Gülçin Mehdiyeva bildirib ki, bizim nazirlik tərəfindən bununla bağlı mütəmadı maariləndirmə tədbirləri həyata keçirilir: "Videoçar

10 dekabr 2019

Prezident ailəsində xoş gün (FOTOLAR)

Prezident İlham Əliyevin qızı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın əkizləri Əli və Mikayılın 11 yaşı tamam olur.. . Sonxeber.az xəbər verir ki, Leyla Əliyeva övladlarını İnstaqram səhifəsində təbrik edib.. . "Əlişka və Mikanı ad günü münasibəti ilə təbrik edirəm. Xoşbəxtlik

2 dekabr 2019

Siyavuş Novruzovdan bitərəf və siyasi partiyalardan olan deputatlara - ÇAĞIRIŞ

Milli Məclisin bu gün keçirilən iclasında parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, YAP icra katibinin müavini Siyavuş Novruzov çıxış edib. . . Sonxeber.az-ın xəbərinə görə, S.Novruzov bitərəf və digər siyasi partiyalardan olan deputatlara müraciət edib. . . Deputat həmkarların

2 dekabr 2019

"YAP-ın parlamentin buraxılması ilə bağlı müraciəti əslində xalqın etimadını yenidən qazanmaq niyyətindən irəli gəlir"-Deputat

"2016-cı ildə keçirilən referendum və bu zaman konstitusiyaya edilən əlavə dəyişikliklər bu gün həyata keçirilməsi nəzərdə tutulan işlər üçün ciddi bir konstitusion baza roludur. Konstitusiyanın 98-1-ci maddəsi parlamentin buraxılması məsələsini həll etmiş olur". . . Sonxeber.az-ın məlumatın

2 dekabr 2019

Ehtiyatda olan polkovnik: "Onun adı Qəhrəman olsa da, bizim deyil, düşmənlərimizin qəhrəmanı oldu"

"Mən bu məsələdən xəbərdar olanda şoka düşdüm. Bizim Azərbaycanın Ordusunda polkovnik rütbəsinə qədər yüksəlmiş belə insanların olması məni təəccübləndirdi. İlk olaraq, onu deyim ki, belə hallara yol vermək olmaz. Xüsusən də polkovnik rütbəsinə qədər yüksəlmiş şəxslərin belə hallara yol verməs

2 dekabr 2019

Fəzail İbrahimli parlamenti tənqid edənlərə CAVAB VERDİ

"Sual olunur ki, nə üçün parlament buraxılır?". . Vətəndaş Həmrəyliyi Partiyasının Milli Məclisdəki təmsilçisi Fəzail mətbuatda parlamentin fəaliyyət göstərə bilməməsi ilə bağlı səslənən fikirləri tənqid edib.. . Sonxeber.az xəbər verir ki, deputat bunun kökündən yanlış olduğunu vurğulayıb:

2 dekabr 2019

Parlamentin buraxılması üçün redaksiya heyəti yaradıldı-SON DƏQİQƏ

Parlamentin buraxılması və növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı ilə bağlı qərarın hazırlanması üçün redaksiya yaradılıb.. . Sonxeber.az-ın məlumatına görə, bu barədə parlamentin bu gün keçirilən iclasında spiker Oqtay Əsədov bildirib.. Spiker qeyd edib ki, redaksiya heyətinə Milli Məclisi

2 dekabr 2019

"Milli Məclisin fəaliyyətinin təkmilləşdirilməsinə ehtiyac var"-Siyavuş Novruzov

"Ulu Öndər heydər Əliyevin əsasını qoyduğu, dövlət idarəçilik, daxili və xarici siyasət kursu Yeni Azərbaycan Partiyasının sədri, Azərbaycan prezidenti İlham Əliyevin rəhbərliyi altında çox böyük uğurla davam edir. Sosial iqtisadi inkişaf strategiyası, iqtisadiyyatın dinamik inkişafı, əhalinin rifahını

2 dekabr 2019

Sürücülərin nəzərinə: Etibarnamələrin verilməsi elektronlaşdırıldı

"myGov" platforması üzərindən məkandan asılı olmayaraq, həftənin bütün günləri 24 saat ərzində, notariat ofisinə müraciət etmədən nəqliyyat vasitələrinin idarə olunmasına dair etibarnamələrin elektron rəsmiləşdirilməsi imkanı yaradılıb. . . Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlar

2 dekabr 2019