Ordudan qovulmuş Hərbi Polis İdarəsinin sabiq rəisinin həyatının biabırçı məqamları

Ordudan qovulmuş Hərbi Polis İdarəsinin sabiq rəisinin həyatının biabırçı məqamlarıAzərbaycan xalqı hər zaman öz ordusu - əsgəri, zabiti ilə fəxr edib, onları özünə arxa-dayaq sanıb. Öz növbəsində də hər bir hərbçi-əsgər də, müdavim də, zabit də ümumxalq etikasının, ümumxalq əxlaq normalarının tələblərinə riayət etməlidir.

General-polkovnik Zakir Həsənov Azərbaycan müdafiə naziri vəzifəsinə təyin olunandan sonra xüsusi olaraq vurğulayıb ki, əsgərin tərbiyəsinə cavabdehlik daşıyan zabit bütün mənəvi-əxlaqi keyfiyyətləri ilə hərbi kollektivdə nümunə olmalıdır. Xüsusi vurğulamaq lazımdır ki, bu bəyanat praktik olaraq da həyata keçirlidi və ordu sıralarında rüşvət, qeyri-etik davranış nümunələri sərgiləmiş neçə-neçə zabit ordu sıralarından xaric edildi.

Təəssüf ki, öz hərb yolu çirkin əməllərlə müşaiyət olunmuş bəzi şəxslər ehtiyyata buraxıldıqdan sonra da müxtəlif vasitələrlə çirkab yağdırmağa davam edirlər.

Bu günlərdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin sabiq rəisi, ehtiyatda olan və özünü indiyədək polkovnik hesab edən Rövşən Məhərrəmovun sosial şəbəkələrdə çıxışları ilə rastlaşdıq. Təbii ki, Qarabağ kimi bir böyük dərdi olan hər bir azərbaycanlı hərbçi çıxışına rast gələn kimi diqqət yetirir, ondan ata-baba yurdumuzun işğaldan azad olunması üçün güclənən ordumuzun hazırlıq səviyyəsi barədə fikirlər gözləyir. Lakin, görünən o olduki, Məhərrəmovun çıxışının kökündə şəxsi mənafeyi durur. Belə ki, ötən il Hərbi Hava Qüvvələrinin rəhbərliyi onun ustalıq dərəcəsinin təsdiq olunması üçün Müdafə Nazirliyinə göndərib. Ancaq məharət dərəcəsi təsdiq edilməyib, əvəzində birinci dərəcə verilib. Rövşən Məhərrəmovun deyir ki, bu da maliyyə itkisidir və ustalıq dərəcəsi tələb edir. Eyni zamanda o Müdafiə Nazirliyi rəhbərliyinin ev paylama qaydasından şikayət edir, dolayısı ilə ev istəyir...

Hərbidə olan hər kəs bilir ki, istənilən zabitlə bağlı ən düzgün məlumatları məhz onun hərb yoldaşları bilə bilər. Bu səbəbdən Rövşən Məhərrəmovla bağlı keçmiş hərbçilərin fikrilərini öyrənməyə çalışdıq. Müharibə veteranı, ehtiyatda olan polkovnik-leytenant Vəli Sadıqcanlı R. Məhərrəmovu yaxşı tanıdığını dedi və ikinci kəlməsi də o oldu ki, "Onda kişilik axtarmayın!"

Ordudan qovulmuş Hərbi Polis İdarəsinin sabiq rəisinin həyatının biabırçı məqamları"Həqiqətən bir vaxtlar Rövşənin buraxdığı qəbahətlərdən və rüşvətə sonsuz hərisliyindən boğaza yığılmışdıq. Xidmət zamanı yolu hərbi polisə düşənlər daim onun ordu həyatından uzaqlaşdırılmasını gözləyirdilər. Əfsus ki,o zamanlar Rövşən bərkgedən rəis sayılırdı, hamını bezdirsə də, qanunsuz hərəkətləri əksinə onu irəli çəkirdi. Çünki o, öz günahlarını yumağın qeyri-qanuni yollarını yaxşı bilirdi və Müdafiə naziri Səfər Əbiyevə yaltaqlıq edərək öz toxunulmazlığına zəmanət əldə etmişdi", - Vəli Sadıqcanlı deyir. Polkovnik-leytenantla geniş söhbətimiz əsasında gəldiyimiz qənaət ondan ibarət oldu ki, Rövşən Məhərrəmova məharət dərəcəsi verilməlidir, amma hərbi xidmətə görə yox, nakişilik üzrə. Yazının girişində zabitlərin mənəvi-əxlaqi keyfiyyətləri barədə məsələləri əbəs yerə qeyd etmədik. Vəli Sadıqcanlı və bir neçə digər adlarının açıqlanmasını istəməyən ehtiyyatda olan hərbçilərin danışdıqları faktları üst-üstə yığsaq Məhərrəmovun nəinki hərbidə qalması, onun ümumiyyətlə Azərbaycanda yaşamasına haqqı çatmadığını deyə bilərik. Bunlardan bir neçəsini açıqlayırıq:

-2002-2010-cu illərdə Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin rəisi kimi yırtıcı bir ömür yaşamışdır. Xidmətdə olan zaman 150 min manatlıq şəxsi avtomobili ilə elə hərbçi adına ləkə gətirən hərəkətlər edirdi

-Tabelikdə olan əsgərlərə yalnız gəlir mənbəyi kimi baxırdı. Əsgərlər hərbi and içdikdən sonra konkret razılaşdırılmış məbləğdə pul ödədikdən sonra birdəfəlik evlərinə gedirdilər.

-Öz xəstə qızını dövlət vəsaiti hesabına Türkiyənin Gülhanə hospitalına aparıb, orada yiyəsiz qoyaraq Antalya istirahət mərkəzlərinə gedib. Kef çəkdiyi mənzərələri çəkərək öz yaxın dostuna göndərib. O dostu da həmin şəkilləri Müdafiə naziri Səfər Əbiyevə verib ki, bax gör hərbi polis rəisin nə gündədir (belə görünür ki, dostu da onunla eyni əqidənin daşıyıcısıdır).

-Əqidə ilə bağlı yuxardakı bənddə deyilən təsdiqi: General Rövşən Əkbərovun anasının yasında ona videoçəkiliş aparıb ki, başsağlığı verməyə kimlər gəlib. Yəni kim "bizimlədir", kim bizə "düşməndir".

-Deyilənə görə rəsmi nikahla evləndiyin qadın evlənmədən əvvəl əxlaqsız evlərdə uzun müddət həyat sürüb

-Ən çox biabırçı fakt odur ki, öz doğma qardaşının ölümündən sonra onun arvadına arxa olmaq əvəzinə murdar fikirlərə düşməsini deyirlər.

-Gizli hiylə işlədərək öz bədənini satan qadınlara xidmət zamanı hərbi polis vəsiqəsi verib ki, sağlam hərbçilər ləkələnsin və bu yolla havayı pullar əldə etsin.

-Hətta bir dəfə məlum oldu ki, toya gedən zabit həmkarlarını toydan sonra sərxoş durumda şəkillərini çəkdirərək şantaj edib

Biz yazıda bütün bu faktları etik qaydaların pozulmaması səbəbi ilə çox dərin detallara getmədən yazdıq. Lakin hərbçi yoldaşlarının elə dediyi bu məsələlər Rövşən Məhərrəmovun mənəvi-əxlaqi keyfiyyətləri barədə kifayyət qədər məlumat verir.

Onun səsləndirdiyi digər məsələ dövlətdən məzil şəraitinin yaxşılaşdırılmasını istəməsidir. Açığı, bu qədər rüşvət çirkabında bulaşmış şəxsin mənzilinin olmaması inandırıcı gəlmədi. Bu səbəbdən bu məsələni də araşdırmaq qərarına gəldik. Məlum oldu ki, R.Məhərrəmovun təkcə Bakıda və ətrafında nə az nə çox üç mənzili var: biri Sahil metrosu yaxınlığında, biri Novxanı qəsəbəsində, biri də Yasamal rayonu, "Üç tac" adlı yaşayış binalarında yerləşir.

Görünür, eyş-işrətli, çirkablı həyat tərzinə üstünlük verən Məhərrəmov ordu sıralarında aparılan təmizləmə işlərini heç cür həzm edə bilmir.

Sosial   Baxılıb: 13352   Tarix: 02 dekabr 2019  

Şikayətiniz varsa Whatsapp: 055 3906818

Facebookda Paylaş

Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR