Ermənistan KİV: Əliyevin çıxışı qarşısında Paşinyan tarixdən xəbərsizliyini nümayiş etdirib
"Azərbaycan faktiki olaraq Paşinyanın tarixdən savadsız olduğunu aşkarlamağı bacardı".
"Report" xəbər verir ki, bu cümlə "zham.am"da yayımlanan "Əliyev Paşinyanı niyə gülünc vəziyyətə qoya bilib?" başlıqlı məqalədə yer alıb.
Məqalədə bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qaregin Njde barəsində fikirlər söyləyərkən Ermənistanın baş naziri Nikol Paşinyan faşistlərin əlaltısı Njdeni keçmiş SSRİ-nin xarici işlər naziri Molotov və sovet dissident Soljenitsinlə müqayisə etməklə tarixi faktlardan tamamilə məlumatsız olduğunu göstərdi.
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev oktyabr ayında MDB Dövlət Başçıları Şurasının iclasında müharibə illərində Azərbaycan xalqının rolunu, MDB liderlərinin dəfələrlə faşistlərin qəhrəmanlaşdırılmasına qarşı çıxış etdiklərini xatırlatmışdı: "Təəssüf ki, MDB məkanında, xüsusilə də Ermənistanda belə hallar baş verir. Əvvəlki hakimiyyət tərəfindən Yerevanın mərkəzində Qaregin Njde ləqəbi ilə alman faşistlərinə xidmət etmiş faşist cəlladı və satqın Qaregin Ter-Arutyunyana abidə qoyulub".
Nikol Paşinyan isə Njdeni Böyük Vətən Müharibəsinin qəhrəmanları Soljenitsin və Molotvla müqayisə etmişdi.
Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial Baxılıb: 1444 Tarix: 02 dekabr 2019
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşBakıda avtomobil mopedlə toqquşdu, ölən var
Bakıda avtomobillə moped toqquşub. xəbər verir ki, hadisə Nəsimi rayonu, Azadlıq prospektində qeydə alınıb. Orxan Əlizadənin idarə etdiyi "Mitsubishi L 200" markalı avtomobillə Rəşad Hüseynovun idarə etdiyi moped toqquşub. Nəticədə xəstəxanaya yerləşdirilən moped sürücüsü orada ölüb
24 aprel4 gün əvvəl itkin düşən qadının meyiti çaydan tapıldı
Aprelin 19-da Şəkinin Cumakənd kəndində itkin düşən qadının meyiti tapılıb. Bu barədə -a DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib. Bildirilib ki, Şəki rayon sakini, 64 yaşlı Çimnaz Mikayılovanın meyiti çayda aşkarlanıb. Polis, eləcə də digər aidiyyəti qurumların əməkdaşları əraziy
23 aprelBayden "erməni soyqırımı" ifadəsini növbəti dəfə işlətdi
ABŞ Prezidenti Co Bayden ənənəvi müraciətində növbəti dəfə "erməni soyqırımı" ifadəsindən istifadə edib. APA-nın xəbərinə görə, o bildirib ki, "soyqırımın" ildönümünün qeyd olunması onun "qurbanlarının" anılması və bu "faciənin" unudulmaması üçün səbəbdir. Qey
24 aprelBakıda orta məktəbdə yanğın: Zəhərlənənlər var - YENİLƏNİB + VİDEO
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə saat 10:52-də Yasamal rayonu, 153 saylı məktəbin kitabxanasında yanğın baş verməsi səbəbilə çağırış daxil olub. Bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib. Bildirilib ki, hadisə yerinə üç təcili tibbi yardım briqadas
24 aprelSabiq baş pediatrın intiharı ilə bağlı CİNAYƏT İŞİ AÇILDI - YENİLƏNİB
Respublikanın sabiq baş pediatrı Nəsib Quliyevin intiharı ilə bağlı cinayət işi başlanılıb. Bu barədə -a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, 1951-ci il təvəllüdlü Quliyev Nəsib Cəfər oğlunun aprelin 24-də yaşadığı evdə odlu silahdan atəş açaraq intihar etməsi faktı il
24 aprel