"Bu gün dünyada 40 milyondan çox modern kölə var"-RƏY

"Bu gün dünyada 40 milyondan çox modern kölə var"-RƏYBirləşmiş Millətlər Təşkilatı 2 dekabr 1949-cu ildə insan alveri, cinsi istismar, uşaq işçi işlətmə və zorla evləmdirilmə kimi köləliyin çağdaş formalarını yox etmək məqsədilə bir qanun qəbul edib və bu tarix Köləliklə Mübarizə günü kimi qeyd edilir. BMT-nin Baş Assambleyası "İnsan alverinə və üçüncü şəxslər tərəfindən fahişəliyin istismarına qarşı mübarizə haqqında" konvensiyanı qəbul edib. Köləlik dünya üzrə qadağan olsa da, yeni formaları ilə "modern köləlik" bəşəriyyətin ən böyük problemlərindən biri olaraq qalır. Modern köləliyə, əsasən, azgəlirli və qarşıdurmaların çox olduğu bölgələrdə rast gəlinsə də, iqtisadi baxımdan inkişaf etmiş ölkələrdə də var.

Bəs hüquq-mühafizə orqanlarının bu məsələ ilə mübarizəsi nə yerdədir? Və Azərbaycanda bu sahə üzrə hansı işlər görülür?

Mövzu ilə bağlı tanınmış hüquqşunas, vəkil Mehman Muradlı Sonxeber.az-a açıqlama verib. O, bildirib ki, Azərbaycan Respublikası Konvensiyaya qoşulandan Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair Milli Fəaliyyət Planı prezident sərəncamı ilə təsdiq edilib:

"Bu gün dünyada 40 milyondan çox modern kölə var"-RƏY"Azərbaycan Respublikası 1996-cı il 31 may tarixli 102-1Q nömrəli Qanunu ilə İnsan alverinə və üçüncü şəxslər tərəfindən fahişəliyin istismarına qarşı mübarizə haqqında Konvensiyaya qoşulub. Həmin fəaliyyət planından əmələ gələn əsas vəzifələr İnsan alverinin qarşısının alınması məqsədi ilə müvafiq sosial təbəqələr üzrə maarifləndirmə və təbliğat işinin təşkil edilməsi təmin olunur, insan alveri qurbanlarını gözləyən təhlükə, təmin edilən müdafiə tədbirləri, insan alverinə qarşı həyata keçirilən inzibati, cinayət-hüquqi və digər tədbirlər barədə məlumatlandırma həyata keçirilir. Hər ilin yekununda Milli Kordinator tərəfindən Milli Məclisdə hesabat verilib. Statistikaya nəzər salsaq görərik ki, faişəliyin aradan qaldırılması istiqamətində yetərincə işlər görülüb. Konvensiyaya qoşulandan və Milli Məclis tərəfindən ratifikasiya ediləndən sonra qanunvericilikdə, konkret olaraq cinayət məcəlləsində bu kateqoriyadan olan cinayətlərin sanksiyası çoxaldılıb. Bu isə həmin cinayətlərin sayının azalmasına səbəb olub.Burada qeyri-hökumət təşkilatlarının da fəaliyyətini qeyd etmək yerinə düşər. Belə ki, İnsan Alverinə Qarşı Qeyri-Hökumət Təşkilatları Koalisiyasında birləşən 44 ictimai
qurum, həmçinin Milli Fəaliyyət Planının iştirakçısı olan prokurorluq orqanları; Daxili
İşlər; Ədliyyə; İqtisadiyyat; Əmək və Əhalinin Sosial Müdafiəsi; Səhiyyə; Gənclər və
İdman; Təhsil; Mədəniyyət və Turizm nazirlikləri, Dövlət Sərhəd Xidməti; Gömrük; Ailə,
Qadın və Uşaq Problemləri üzrə dövlət komitələri insan alverinin mahiyyəti və
doğurduğu təhlükələr barədə ictimaiyyətin maarifləndirilməsi işinə böyük maraq və
həssaslıqla yanaşmış, hər birinin fəaliyyəti effektli olmuşdur ".

Qeyd edək ki, Beynəlxalq Əmək Təşkilatı və "Walk Free Foundation"ın (Azad Gəz Fondu) Beynəlxalq Köç Təşkilatı ilə birlikdə hazırladığı "Dünya Köləlik İndeksi 2018" hesabatına görə, dünyada 40 milyondan çox modern kölə var. Modern köləlik qurbalarının 71 faizini qadınlar və uşaqlar, 29 faizini kişilər təşkil edir. Modern kölələrin 15,4 milyonu zorla evləndirilənlər, 24,9 milyonu isə zorla işlədilənlərdir. Dünyada hər min nəfərdən beşi modern köləliyin qurbanıdır. Köləliyə dair əldə edilmiş məlumatlara görə, Afrikada hər min nəfərin 7,6-sı, Şərqi Asiyada 6,1-i, Avropa və Orta Asiyada 3,9-u modern kölədir. Bu bölgələri hər min nəfərdən 3,3-nün modern kölə olduğu Ərəb ölkələri və hər min nəfərdən 1,9-nun kölə olduğu Şimali və Cənubi Amerika izləyir.

Lamiyə Məmmədova


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 917   Tarix: 02 dekabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bakıda mənzildə qadın meyiti aşkarlanıb

Bakıda qadının mənzildə meyiti aşkarlanıb. APA xəbər verir ki, Nərimanov rayonu, Həsən Əliyev küçəsində yaşayan, 1954-cü il təvəllüdlü Şəfəq Bağırova yaşadığı evdə ölü vəziyyətdə aşkarlanıb. Faktla bağlı araşdırma aparılır

25 aprel
.

Zəngilan, Cəbrayıl və Qubadlı sakinlərinə ŞAD XƏBƏR - VİDEO

"Zəngilanda çox böyük işlər görülür, yaşayış evlərinin tikintisi həyata keçirilir. Artıq 13 binadan ibarət kompleks inşa edilir". Bizim.Media xəbər verir ki, bu barədə Laçında keçirilən "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" beynəlxalq forumda iştirak edən Cəbrayıl, Qubadlı və Zəngila

24 aprel
.

Hansı hallarda uşaqlara peyvənd vurulmur?

"Xroniki bir xəstəliklə yaşamaq uşaqların vəziyyətinin daimi monitorinqini və həkimin tövsiyələrinə riayət etməyi tələb edir". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutun pediatr

24 aprel
.

Sabah 31 dərəcə isti olacaq

Aprelin 25-ə gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 14-18 isti, gündüz 23-28 isti olacaq. Atmosfer təzyiq

24 aprel
.

Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA

Ötən gün intihar edən tanınmış həkim, ölkənin sabiq baş pediatoru Nəsib Quliyevin özünü öldürməsinin səbəbləri haqda sensasiyalı məlumat daxil olub. -a istinadən xəbər verir ki, ötən gün ailə istintaq orqanına dəvət edilib və N.Quliyevin intihar öncəsi yazdığı məktubla ailə üzvləri tanış edilib. İddiay

25 aprel
.

Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi

Şirvan Apellyasiya Məhkəməsində hədə-qorxu ilə tələb etmədə Cəbrayil Məmmədovun (şərti) barəsindəki hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti məhkəmə iclası başa çatıb. xəbər verir ki, hakim Elşad Əliyevin sədrliyi ilə keçiriləcək prosesdə qərar elan olunub. Qərara əsasən, protes

25 aprel
.

Azərbaycanda vəkillərin sayı açıqlanıb

"2018-ci ildən indiyədək ARVK üzvlüyünə qəbulla bağlı 12 yazılı test imtahanı keçirilib. Bu imtahanlarda iştirak edən 4808 namizəddən 1483 nəfər ixtisas imtahanlarında uğur qazanıb, icbari təlimi müvəffəqiyyətlə başa vuraraq vəkil andı içib". Bunu Vəkillər Kollegiyasının (VK) sədri Anar Bağıro

25 aprel
.

Bakıda orta məktəbdə yanğın: Zəhərlənənlər var - YENİLƏNİB + VİDEO

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə saat 10:52-də Yasamal rayonu, 153 saylı məktəbin kitabxanasında yanğın baş verməsi səbəbilə çağırış daxil olub. Bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib. Bildirilib ki, hadisə yerinə üç təcili tibbi yardım briqadas

24 aprel
.

Biləsuvarda kişi çalışdığı mağazada ölüb

Biləsuvarda kişi çalışdığı mağazada ölüb. APA xəbər verir ki, hadisə rayonun Günəşli kəndində qeydə alınıb. Kənd sakini, 1964-cü il təvəllüdlü Bəybala Yaqubov tikinti mağazasında işlədiyi vaxt qəfil halı pisləşərək ölüb. Faktla bağlı araşdırma aparılır

25 aprel