Azərbaycanda bütün xəstəxanalar bu şəxsə tabe olacaq - TƏYİNAT

Azərbaycanda bütün xəstəxanalar bu şəxsə tabe olacaq - TƏYİNATİcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) İdarə Heyətinin sədri Zaur Əliyev Ramin Bayramlının "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" publik hüquqi şəxsin (TƏBİB) İdarə Heyətinin sədri təyin edilməsi haqqında əmr imzalayıb.

Sonxeber.az bildirir ki, R.Bayramlı 20 noyabr 1979-cu ildə anadan olub. 2001-ci ildə Azərbaycan Tibb Universitetinin (ATU) tibbi profilaktika fakültəsini bitirib. Əmək fəaliyyətinə 2001-ci ildə ATU-nun Mikrobiologiya və İmmunologiya kafedrasında baş laborant vəzifəsində başlayıb. 2005-ci ildən kafedrada assistent, 2009-cu ildə baş müəllim, 2013-cü ildə isə dosent vəzifələrində çalışıb. 2011-2106-cı illərdə ATU-nun Tədris Terapevtik Klinikasının Mərkəzi Laboratoriyasının müdiri, 2013-2016-cı illərdə həmin Klinikanın baş həkimi vəzifələrində fəaliyyət göstərib.

O, bu vəzifəyə təyin olunanadək Talassemiya Mərkəzi publik hüquqi şəxsin elmi işlər üzrə direktor müavini vəzifəsində çalışıb. Hazırda ATU-nun Mikrobiologiya və İmmunologiya kafedrasının dosenti vəzifəsində işləyir. "Azərbaycan Klinik Laboratoriya Mütəxəssisləri" İctimai Birliyinin təsisçisi və sədr müavinidir.

R.Bayramlı çoxsaylı tibbi məqalələrin, dərs vəsaitlərinin və dərsliyin müəllifidir. O, Türkiyə Respublikasının İstanbul və Ondokuz Mayıs Universitetlərində elmi-tədqiqat işlərini yerinə yetirib, ixtisasartırma kursları keçib.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2018-ci il 20 dekabr tarixində ölkədə icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi məqsədilə Agentliyin nəzdində TƏBİB-in yaradılması haqqında Fərman imzalayıb.

2020-ci ildən TƏBİB-in tabeliyinə verilən dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrinin təsisçisinin səlahiyyətlərini, idarəedilməsini və bu sahədə nəzarəti TƏBİB həyata keçirəcək.

TƏBİB beynəlxalq təcrübəni nəzərə almaqla, tabeliyində olan tibb müəssisələrinin idarəedilməsinin təkmilləşdirilməsi, fəaliyyətinin optimallaşdırılması, habelə daha səmərəli idarəetmə üsullarını tətbiq edərək əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətini yüksəltməyə çalışacaq.
Azərbaycanda bütün xəstəxanalar bu şəxsə tabe olacaq - TƏYİNAT


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 3833   Tarix: 02 dekabr 2019  

Şikayətiniz varsa Whatsapp: 055 3906818

Facebookda Paylaş

Turlar.az

Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR

Nazirlikdən dəm qazından zəhərlənənlərlə bağlı VACİB AÇIQLAMA - ÖZƏL

Son bir neçə gündə dəm qazından zəhərlənmə hadisələri çoxalıb. . . Bununla bağlı Sonxeber.az-a danışan Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətin rəhbəri Gülçin Mehdiyeva bildirib ki, bizim nazirlik tərəfindən bununla bağlı mütəmadı maariləndirmə tədbirləri həyata keçirilir: "Videoçar

10 dekabr 2019

Prezidentdən bu şəxslə bağlı — Sərəncam

Prezident İlham Əliyev Dilarə Seyidzadəyə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.. Sərəncama əsasən, Azərbaycan Respublikasında dövlət qulluğunda göstərdiyi xidmətlərə görə, Dilarə Bağır qızı Seyidzadəyə Azərbaycan Respublikası Prezidentinin fərd

2 dekabr 2019

Prezident ailəsində xoş gün (FOTOLAR)

Prezident İlham Əliyevin qızı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın əkizləri Əli və Mikayılın 11 yaşı tamam olur.. . Sonxeber.az xəbər verir ki, Leyla Əliyeva övladlarını İnstaqram səhifəsində təbrik edib.. . "Əlişka və Mikanı ad günü münasibəti ilə təbrik edirəm. Xoşbəxtlik

2 dekabr 2019

Bakıda güclü külək ağacları maşınların üzərinə aşırdı - FOTO

Bu gün Bakıda əsən güclü külək nəticəsində səkkiz ağac aşıb.. . Bunu Oxu.Az-a açıqlamasında Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov bildirib.. . Onun sözlərinə görə, ağacların aşması nəticəsində iki maşına ziyan dəyib:

2 dekabr 2019

"Bu gün dünyada 40 milyondan çox modern kölə var"-RƏY

Birləşmiş Millətlər Təşkilatı 2 dekabr 1949-cu ildə insan alveri, cinsi istismar, uşaq işçi işlətmə və zorla evləmdirilmə kimi köləliyin çağdaş formalarını yox etmək məqsədilə bir qanun qəbul edib və bu tarix Köləliklə Mübarizə günü kimi qeyd edilir. BMT-nin Baş Assambleyası "İnsan alverinə və üçünc

2 dekabr 2019

Prezident: "Yaxın günlərdə Nazirlər Kabinetinin yeni strukturu təsdiq olunacaq"

"Hörmətli Dilarə xanım, bildiyiniz kimi, keçən həftənin sonunda Prezident Administrasiyasının yeni strukturu təsdiq edildi. Bu struktura görə, uzun illər rəhbərlik etdiyiniz katiblik, bir neçə şöbə ləğv olundu və bir neçə yeni şöbə yaradıldı. Bu, təbii prosesdir".. . Sonxeber.az-ın xəbərin

2 dekabr 2019

Əməkdar artist: Xızının deputatı olmaq istəyərəm

Azərbaycan Teatr Xadimləri İttifaqından (TXİ) geri qayıtmağımla bağlı təklif gəlsə, öz şərtlərim müqabilində geri qayıda bilərəm.. . Bunu Oxu.Az-a açıqlamasında Əməkdar artist Elnur Kərimov deyib.. . "Azərbaycan Teatr Xadimləri İttifaqı ilə problem yaşadıqdan sonra oradan çıxdım. Onlara fəaliyyətind

2 dekabr 2019

Fransanın keçmiş prezidenti üstünlüyün Avropadan Şərqə keçdiyini etiraf edib

"Dünya oxu əsrlərdir Avropadan keçirdi, indi isə Şərqdə yerləşir".. . "Report" xarici KİV-ə istinadən xəbər verir ki, bunu Fransanın keçmiş prezidenti Nikola Sarkozi bildirib.. . O, buna başlıca səbəb kimi demoqrafiyanı göstərib: "Yer kürəsi əhalisinin sayı 7 milyard nəfərdir

2 dekabr 2019

Ermənistan KİV: Əliyevin çıxışı qarşısında Paşinyan tarixdən xəbərsizliyini nümayiş etdirib

"Azərbaycan faktiki olaraq Paşinyanın tarixdən savadsız olduğunu aşkarlamağı bacardı".. . "Report" xəbər verir ki, bu cümlə "zham.am"da yayımlanan "Əliyev Paşinyanı niyə gülünc vəziyyətə qoya bilib?" başlıqlı məqalədə yer alıb.. . Məqalədə bildirilib ki, Azərbayca

2 dekabr 2019