Professor: "TANAP Türkiyə ilə Azərbaycan arasındakı qardaşlığı daha da gücləndirəcək"

Professor: "TANAP Türkiyə ilə Azərbaycan arasındakı qardaşlığı daha da gücləndirəcək"Noyabrın 30-da Avropa bağlantısı istifadəyə verilən Trans-Anadolu Təbii Qaz Boru Kəməri (TANAP) Türkiyə ilə Azərbaycan arasındakı qardaşlığı daha da gücləndirəcək.

Bunu "Report"a açıqlamasında Dünya Enerji Şurası Türk Milli Komitəsinin enerji diplomatiyası üzrə işçi qrupunun sədri, Ortadoğu Texniki Universitetinin professoru Oqtay Tanrısevər bildirib.

O vurğulayıb ki, TANAP həm Azərbaycan, həm Türkiyə, həm də Avropa enerji dipomatiyası üçün çox böyük layihədir: "Azərbaycan bu layihə ilə strateji əhəmiyyətini çox artırıb. TANAP gəlir əldə olunması baxımından da mühüm layihədir. Bu layihə sabit şəkildə maliyyə təmin edərək Azərbaycan iqtisadiyyatının inkişafına töhfə verəcək. Ümumiyyətlə, diplomatik məsələlərdə də Azərbaycanın Avropada öz fikirlərini ifadə etməsi və qəbul etdirməsi daha rahat olacaq".
Ortadoğu Texniki Universitetinin professoru Oqtay Tanrısevər:

"TANAP həm Azərbaycan, həm Türkiyə, həm də Avropa enerji dipomatiyası üçün çox böyük layihədir".

Qeyd edək ki, noyabrın 30-da Türkiyənin Ədirnə şəhərinin İpsala qəsəbəsində Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə TANAP-ın Avropaya birləşdirilən hissəsinin (Faza-1) açılış mərasimi keçirilib. İki mərhələdə həyata keçirilən TANAP-ın Türkiyə-Gürcüstan sərhədindən Əskişəhərə qədər olan hissəsinin açılışı 2018-ci il iyunun 12-də həyata keçirilib və iyunun 30-dan Türkiyəyə kommersiya məqsədli qaz axını başlayıb. Noyabrın 25-nə olan məlumata görə, TANAP vasitəsi ilə Türkiyəyə 3,3 milyard kubmetr qaz nəql edilib. Cənub Qaz Dəhlizi layihəsinin bir qolu olan TANAP-ın ilkin illik ötürücülük gücü 16 mlrd. kubmetr təşkil edir. Bu həcmin 6 mlrd. kubmetri Türkiyədə istifadə olunacaq, 10 mlrd. kubmetri isə Avropaya nəql ediləcək. Azərbaycan qazı gələn ildən etibarən Avropa bazarlarına çatdırılacaq.

TANAP-ın investisiya dəyəri 6,5 mlrd. dollar təşkil edib.

Hesablamalara görə, TANAP hər il 1,45 mlrd. dollar dəyərində gəlir gətirəcək. Bu gəlirin 58%-i Azərbaycanın payına düşəcək.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 567   Tarix: 02 dekabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

DİN-dən vətəndaşlara MÜRACİƏT: "Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın"

Daxili İşlər Nazirliyi (DİN) bir daha vətəndaşlara müraciət edərək, hesab məlumatlarını naməlum şəxslərlə paylaşmamağı tövsiyə edib. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev bildirib. "30 00, 17 00, 26 700, 9 00, 270, 500, 678, 852, 310, 400 manat məbləğlərind

28 mart
.

DTX rəisi: "Daşaltı əməliyyatında itkin düşən daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq"

"1992-ci ilin yanvar ayında Daşaltı əməliyyatında itkin düşmüş təhlükəsizlik orqanlarının mərhum əməkdaşı, Azərbaycanın Milli Qəhrəmanı Riad Əhmədov da daxil olmaqla, ümumilikdə 34 nəfərin adları ictimaiyyətə elan olunub. Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq". Bun

28 mart
.

Direktoru işdən çıxarılan "məşhur" məktəb imiş - DETALLAR

Xəbər verdiyimiz kimi, Salyan rayon Pambıqkənd kənd Azad İbadov adına tam orta məktəbin direktoru Dilbər Qurbanova işdən çıxarılıb. Buna səbəb məktəbdə nöqsanların aşkarlanmasıdır. xəbər verir ki, bu məktəb yaxın zamanda baş verən müəyyən hadisələrlə gündəmə gəlmişdi. Belə ki, Azərbaycan Uşaqlar Birliyini

28 mart
.

Azərbaycanda 14 yaşlı qız sosial şəbəkədə tanış olduğu oğlana görə evdən QAÇDI - FOTO

Evdən qaçan 14 yaşlı Məryəm Xanəliyeva tapılıb. xəbər verir ki, bu barədə ARB televiziyasında yayımlanan "Səni Axtarıram" verilişində məlumat verilib. Aparıcı bildirib ki, Məryəm ifadəsində sosial şəbəkədə tanış olduğu 17 yaşlı Murada görə evdən qaçdığını bildirib

28 mart
.

Valideynlər qızlarına dişlərinə baxıb ər alırlar: Qeyri-adi bazar - ARAŞDIRMA + VİDEO

Hindistanın Madxubani şəhərində qeyri adi bazar 700 ildir ki fəaliyyət göstərir. Bazarın ilk təçkilatçısı Raca Xari Sinqx olub. Belə ki, bu bazarda meyvə tərəvəz, cürbəcür qidalar yox, kişi satılır. Daha doğrusu, qızlar öz valideynləri ilə bura gəlib özlərinə ər alırlar. Bu bizim üçün qeyri-adi və imkansı

28 mart
.

Bakı Olimpiya Stadionunun qarşısında qəza: Sıxlıq var - FOTO

Paytaxtın Heydər Əliyev prospekti, Bakı Olimpiya Stadionunun qarşısında yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Bildirilib ki, qəza səbəbindən mərkəz istiqamətində sıxlıq yaranıb. Sıxlığın qarşısını alma

28 mart
.

Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI

Son günlər Bakıda çoxmənzilli yaşayış binalarının zirzəmilərindəki parklanma yerlərinin qiyməti bahalaşıb. xəbər verir ki, bunu trend-ə yeni tikili binalarda yaşayan sakinlər bildiriblər. Onların sözlərinə görə, ayı 60 manata olan parklanma yeri hazırda 90 manatadır. Bəs bu nə dərəcədə qanunidir?. Məsəl

28 mart
.

Qaraciyəri qardaşına köçürülən Nərmin: "Səhhətimdə problemlər var, müalicə alıram" - VİDEO

Müğənni Nərmin Kərimbəyova səhhətindən danışıb. xəbər verir ki, "Xəbərin var?" proqramına qonaq olan ifaçı qaraciyərinin bir hissəsi qardaşına köçürüldükdən sonra mütəmadi olaraq müalicə olunduğunu etiraf edib:. "Səhhətimdə problemlər olur, sadəcə onu dilə gətirən adam deyiləm. Siyahıy

28 mart
.

Bakıda sahibkar "Porsche" ilə qəza törədərək hadisə yerindən qaçdı - İTTİHAM

Bakı Apellyasiya Məhkəməsində yol-nəqliyyat hadisəsi törətməkdə və hadisə yerindən qaçmaqda təqsirləndirilən Ceyhun Quliyevin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. xəbər verir ki, hakim Cavid Hüseynin sədrliyi ilə keçiriləcək prosesdə qərar elan olunub. Qərar

28 mart