Azərbaycanda eyni gündə bir ailənin 5 üzvü DƏFN OLUNDU - DƏHŞƏT

Azərbaycanda eyni gündə bir ailənin 5 üzvü DƏFN OLUNDU - DƏHŞƏTÖtən gecə Şəmkir rayonunda baş vermiş dəhşətli yol qəzası nəticəsində vəfat edən 5 nəfər bu gün dəfn edilib.

Sonxeber.az Publika.az-a istinadən xəbər verir ki, Şəmkir şəhəri Səməd Vurğun küçəsində "Mitsubishi Pajero" ilə "VAZ-21011" markalı minik avtomobillərinin toqquşması nəticəsində həlak olan şəxslərin hamısı Morul kənd qəbiristanlığına torpağa tapşırılıb.

Morul kənd sakinləri "Vaz 21011"in sürücüsü, 1974-cü il təvəllüdlü Orucov Vüqar Bayram oğlu, qardaşı 1970-ci ilə təvəllüdlü Orucov Dilqəm Bayram oğlu və onun həyat yoldaşı, 1971-ci il təvvəlüdlü Orucova Rəsmiyyə Nürəddin qızı bir yerdə, D.Orucovanın qızı Nübar və 1 yaşlı övladı isə digər tərəfdə dəfn ediliblər.

Dəhşətli qəzada ağır xəsarət alan ailənin digər üzvünün müalicəsi davam etdirilir. Şəmkir rayon Mərkəzi xəstəxanasına yerləşdirilən Nübar Əliyevanın həyat yoldaşı Rəşad Əliyevin vəziyyətinin ağır olduğu bildirilir.

Qeyd edək ki, ailə üzvləri Şəmkir şəhərindəki "Gold Qafqaz" şadlıq evində yaxın qohumlarının toy mərasimindən qayıdarkən dəhşətli qəzaya düşüblər.

Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə   Baxılıb: 3299   Tarix: 02 dekabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Crocus City Hall"da yüzdən çox insanı ölümdən xilas edən 15 yaşlı azərbaycanlı qəhrəman DANIŞDI: "Başa düşdüm ki, getsəm..."

"Crocus City Hall"da baş verən hadisələr zamanı öz səyləri sayəsində yüzdən çox insanı ölümdən xilas edən on beş yaşlı məktəbli İslam Xəlilov ilə söhbətində başına gələnlərdən danışıb. xəbər verir ki, gənc bir il konsert zalının qarderobunda yarımştat işləyib. Yarım saat ərzində o, 100-də

24 mart
.

Qəbələdə beş otaqlı evdə yanğın olub

Qəbələdə beş otaqlı evdə yanğın baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, Qəbələ rayonunun Bılıx kəndində ümumi sahəsi 165 kvadratmetr olan birmərtəbəli beşotaqlı evin dörd otağının və dam örtüyünün yanar konstruksiyaları 153 kvadratmetr sahədə yanıb. Evin qala

24 mart
.

Azərbaycanda ZƏLZƏLƏ OLDU

Siyəzəndə 3 bal gücündə zəlzələ olub. xəbər verir ki, bu barədə AMEA nəzdində Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosu xəbər yayıb. Məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 4:47-də Siyəzən stansiyasından 220 kilometr şərqdə qeydə alınıb. Zəlzələnin ocağı 28 kilometr dərinlikd

24 mart
.

Ağstafada maşın aşdı, üç gənc yaralandı

Ağstafada yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə rayonun Qıraq Kəsəmən kəndində qeydə alınıb. Minik maşınının yoldan çıxaraq aşması nəticəsində avtomobildə olanlar - 2005-ci il təvəllüdlü Əhmədli Aqşin Habil oğlu, Əhmədli Həsən Gülağa oğlu və 2005-ci il təvəllüdl

26 mart
.

Krokusda terror aktının hazırlanması ilə bağlı TƏFƏRRÜATLAR MƏLUM OLUB: Hücumdan bir müddət əvvəl...

Crocus City Hall-da terror aktını törədən şəxs hücumdan bir müddət əvvəl oradakı tamaşaya qatılıb. xəbər verir ki, bu barədə məlumatı öz mənbələrinə istinadən "112" Telegram kanalı yayıb. Terror aktından əvvəl onu törədənlərin bir neçə dəfə əyləncə mərkəzinə baş çəkdiyi vurğulanır. "Or

24 mart
.

Crocus City Hall-da terror aktını törədən şəxs hücumdan bir müddət əvvəl oradakı tamaşaya qatılıb. Lent.az xəbər verir ki, bu barədə məlumatı öz mənbə

Ermənistanda "Döyüş Qardaşlığı" adlı silahlı qrup saxlanılıb. Ermənistan mətbuatının məlumatına görə, dəstə üzvləri Qazaxın işğal altındakı Yuxarı Əskipara kəndinə döyüş hazırlığı keçməyə yollanmağı planlaşdırıblar. Dəstənin 24 üzvünün saxlanıldığı və silah-sursatlarının müsadirə edildiyi vurğulanıb

24 mart
.

Şüvəlanda əl qumbaraları və partladıcılar aşkarlanıb

Bakı şəhərinin Xəzər rayonu, Şüvəlan qəsəbəsi ərazisində əl qumbaraları və partladıcılar aşkarlanıb. Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrup

25 mart
.

Xankəndi şəhərində məktəb və kollecin zirzəmilərindən silah-sursatlar tapılıb

Xankəndi şəhərində Musiqi Kollecinin zirzəmilərindən silah-sursat tapılıb. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə martın 23-də Xankəndi şəhərində yerləşən məktəblərdən birinin və Musiqi Kollecinin zirzəmilərindən

24 mart
.

Babək rayonunda "Mercedes" aşıb, 4 nəfər xəsarət alıb

Babək rayonunda yol-nəqliyyat hadisəsi baş verib, 4 nəfər xəsarət alıb. "Report"un yerli bürosu xəbər verir ki, hadisə Naxçıvan-Şahbuz magistralının Uzunoba yolu ətrafında qeydə alınıb. "Mercedes" markalı avtomobilin aşması nəticəsində 4 nəfər - 2001-ci il təvəllüdlü Abuzərov İbrahi

24 mart