Komitə sədrinin müavini: "Həmin zabitlər çox yanlış yol tutublar, bunu qətiyyətlə pisləyirəm"

Komitə sədrinin müavini: "Həmin zabitlər çox yanlış yol tutublar, bunu qətiyyətlə pisləyirəm""Neçə il xidmət etməsindən asılı olmayaraq, zabit rütbəsi daşımış istənilən adam öz bəyanatlarına və özünün çıxışlarına xüsusi diqqət yetirməlidir. O, problemlərin qanun çərçivəsində həll edilməsinə çalışmalıdır. O, çıxışlarının hansı nəticə verəcəyini hesablamağı bacarmalıdır. Hesab edirəm ki, həmin şəxslər çox yanlış yol tutublar. Çünki əgər problemi varsa, daha yüksək instansiyalara müraciət edə bilərlər. Onların bu cür bəyanatları heç də Azərbaycana müsbət imic gətirmir və Ermənistanın əlində silaha çevrilirlərsə, mən onların hərəkətini müsbət qarşılamıram".

Bunu "Report"a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Aydın Mirzəzadə Azərbaycan Ordusunun ehtiyatda olan polkovnikləri - Qəhrəman Mənsimzadə və Rövşən Məhərrəmovun ittihamlarına münasibət bildirərkən deyib.

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini:

"Həmin zabit və ya zabitlər özünə nə dərəcədə sıxışdırır ki, onların adı Ermənstanın mətbuat silahlarında bir mərmi kimi istifadə ediləcək".

A.Mirzəzadənin sözlərinə görə, Azərbaycan dövləti öz hərbçilərinin sosial məsələlərinin həll edilməsini yüksək səviyyədə diqqətdə saxlayır və bundan sonra da saxlayacaq: "Zabit, sadəcə olaraq, peşə deyil. Bu eyni zamanda qürur mənbəyidir. Zabit istənilən məsələni mövcud qanunlar çərçivəsində, həmçinin ölkənin imicinə xələl gətirmədən həll etməlidir. Əgər bunun əlində doğrudan da sənəd varsa, doğrudan da, bunu təsdiqləyəcək material varsa, müvafiq orqanlara müraciət edə bilər və bununla da məsələ araşdırılar. Yoxsa heç bir əsas olmadan diqqəti özünə çəkməyə çalışmaq yolverilməzdir. Eyni zamanda zabit bilməlidir ki, bunun müraciəti Ermənistanın diqqətini cəlb edir. Ermənistan bunun müraciətindən ölkəmizə qarşı təbliğat müharibəsində istifadə edəcək. Belə olan halda, həmin zabit və ya zabitlər özünə nə dərəcədə sıxışdırır ki, onların adı Ermənstanın mətbuat silahlarında bir mərmi kimi istifadə ediləcək. Axı bunu o, özünə necə rəva bilir? Mən bunu pisləyirəm və hesab edirəm ki, zabit forması geyinmiş və geyinən istənilən adam bu məsələdə özü özünə hesabat verməlidir. Onlar Azərbaycan Ordusunu gözdən sala bilməzlər və bizim buna şübhəmiz yoxdur. Amma sadəcə olaraq buna cəhd edirlər. İstənilən halda onlar özləri özlərinə hesabat verməlidirlər".

Qeyd edək ki, Azərbaycan Ordusunun ehtiyatda olan polkovnik Qəhrəman Mənsimzadə və Müdafiə Nazirliyinin Hərbi Polisinin sabiq rəisi, polkovnik Rövşən Məhərrəmov ordu rəhbərliyinə qarşı müxtəlif ittihamlar səsləndirirlər.

Q.Mənsimzadə hərbçi kimi ev ala bilmədiyini iddia edir.

R.Məhərrəmov isə iddia edir ki, Hərbi Hava Qüvvələrinin rəhbərliyi onun ustalıq dərəcəsinin təsdiq olunması üçün Müdafə Nazirliyinə göndərib, ancaq məharət dərəcəsi təsdiq edilməyib. Əvəzində birinci dərəcə verilib. Müharibə şəraitində olan bir ölkənin ehtiyatda olan hərbçilərinin dediklərindən isə daha çox düşmən yararlanmağa cəhd edir. Q.Mənsimzadə və R.Məhərrəmov çıxışları informasiya müharibəsində Ermənistanın əlinə fürsət verə bilər. Təsadüfi deyil ki, Q.Mənsimzadə və R.Məhərrəmov son günlər düşmən mətbuatının əsas "qəhrəmanlarına" çevriliblər.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1291   Tarix: 03 dekabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Yusif Qədimbəyli cərimələnir

Sədərək firmasına inzibati protokol yazılıb. -ın xəbərinə görə, protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 518.1-ci (Mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə v

29 mart
.

Sabirabadda avtomobil at arabasına çırpıldı: Xəsarət alanlar var

Sabirabadda ağır yol-nəqliyyat hadisəsi baş verib. "Report"un Aran bürosunun məlumatına görə, Xəlfəli kəndində minik avtomobili at arabası ilə toqquşub. Qəza nəticəsində rayon sakinləri - 1984-cü il təvəllüdlü Səmid Fərhad oğlu Həsənov və 1998-ci il təvəllüdlü Qonsur Maqsud oğlu Mirzəyev müxtəli

29 mart
.

Hakim vəzifəsinə namizədlər üçün 30 yaş tələbi ləğv edilir

Hakim vəzifəsinə namizədlər üçün 30 yaş tələbi ləğv edilir. APA xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Məhkəmələr və hakimlər haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, Azərbaycan Respublikası Konstitusiyasının 126-c

29 mart
.

Buraxılış imtahanlarının cavabları nə zaman açıqlanacaq?

Martın 3-də keçirilən imtahanın nəticəsi növbəti həftə ərzində açıqlanacaq. Bu barədə Trend-in sualına cavab olaraq Dövlət İmtahan Mərkəzindən bildirilib. Qeyd edilib ki, martın 10-da olan imtahanın nəticəsinin isə aprelin 8-dən sonra elan ediləcək. Xatırıladaq ki, Dövlət İmtahan Mərkəzi martın 3-d

29 mart
.

Yevlaxda dəmiryol xətti ilə kəsişən yol xəbərdarlıq edilmədən bağlanıb?

Martın 28-də Yevlax rayonunun Yuxarı Qarxun kəndinin ərazisindən keçən dəmiryol xəttində aparılan işlərə görə dəmir yolu ilə kəsişən Yevlax-Xaldan avtomobil yolu uzun müddət bağlı qalıb. -a müraciət edən sakinlər və sürücülər bildiriblər ki, bu barədə onlara əvvəlcədən heç bir xəbərdarlıq edilməyib v

29 mart
.

"Avromed"ə məxsus "Vita aptek"də 17 manatlıq dərman 37 manata satılır - FOTOFAKT

Mərdəkandakı "Vita Aptek"də 17 manatlıq dərman 37 manata satılır. xəbər verir ki, bu barədə sosial şəbəkələrdə tanınmış teleaparıcı Zamirə Dadaşova bildirib. O, "Truxal" adlı dərmanın Mərdəkanda yerləşən "Vita Aptek"dən 37 manata alındığını sübut edən fotolar paylaşıb. Aparıc

29 mart
.

Şeksprin gizli bacısı məlum oldu - ARAŞDIRMA

Ədəbiyyat tarixində iz qoymuş XVI əsr ingilis şairi Uilyam Şekspirin naməlum qardaşının olduğu üzə çıxıb. xarici mənbəyə istinadən xəbər verir ki, İngiltərənin Bristol Universitetində aparılan tədqiqatın nəticələri dərc olunub. Şekspirin atası tərəfindən yazıldığı düşünülən və uzun müddətdir itən sənədi

29 mart
.

MİDA-nın vəzifəli şəxsi vəfat edib

Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) tabeliyindəki "MİDA" MMC-nin əməkdaşı vəfat edib. xəbər verir ki, bu, MİDA-nın Texniki nəzarət şöbəsinin müdiri Aydın Fətullayevdir

29 mart
.

Bu şəxslərin təhsil haqqını dövlət ödəyəcək - SİYAHI

Sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərin təhsil müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək. xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən "Təhsil haqqında" Azərbayca

29 mart