"Deməli biz xaricdən, başqa millətlərdən gəlinlər gətirməliyik"-Millət vəkili selektiv abortların fəsadlarından DANIŞDI

"Deməli biz xaricdən, başqa millətlərdən gəlinlər gətirməliyik"-Millət vəkili selektiv abortların fəsadlarından DANIŞDIMillət vəkili, Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini Musa Quliyev Sonxeber.az-ın suallarını cavablandırıb.

-Bu sessiyada müzakirə obyektinə çıxarılan məsələlərdən biri kimi reproduktiv sağlamlıq və onun fonunda selektiv abortları göstərə bilərik. Müzakirədə nələr öz əksini tapdı?

-Reproduktiv sağlamlığın qorunması haqqında qanun layihəsi artıq hazırdır. Layihə bütün əlaqədar təşkilatlarla razılaşdırılıb və Milli Məclisin Plenar iclasına tövsiyyə olunub. Vaxt çatsa bu il, çatmasa yəqin gələn ilin yaz sessiyasında baxılacaq. Burada bir çox nüanslar öz əksini tapıb. Yəni bu qanunun məğzi heç də selektiv abort deyil, həm də qadın və ana hüquqlarının qorunması, sonsuzluq probleminin həllidir. Burda əsasən kişi sonsuzluğunun həllindən söhbət gedir. Qanunda hüquqların müəyyən edilməsi, imtiyazların yaradılması və dövlətin bu işə dəstəyi əks olunub. O cümlədən burda nəzərdə tutulan məsələlərdən biri də hər kəsi maraqlandıran selektiv abortlardır.

"Deməli biz xaricdən, başqa millətlərdən gəlinlər gətirməliyik"-Millət vəkili selektiv abortların fəsadlarından DANIŞDI-Selektiv abortların həyata keçirilməsi prosesi necə baş verəcək və qanun layihəsində bunun qarşısının alınması üçün hansı tədbirlər nəzərdə tutulur?

-Bu problem nəinki Azərbaycanın, həmçinin Şərq ölkələrinin problemdir. Dünyada azuşaqlı ailələrə üstünlük vermək meylləri artır. Ailələr ən çox 3 uşaq arzu edirlər. Bundan artıq uşaq istəmirlər. Məhz bu səbəbə görə bir çox ailələrdə selektiv abortlara üstünlük verilir. Selektiv abort həm hüquqa, həm də mənəviyyata zidd məsələdir. Bunun qarşısını almaq üçün müəyyən tədbirlər görülür. O tədbirlərdən biri ondan ibarətdir ki, selektiv abortlar inzibati qaydada qadağan olunsun. Qadağan olması üçün müəyyən mexanizm lazımdır. Tutaq ki, hamiləliyin on ikinci həftəsində artıq ulstrasəs vasitəsi ilə uşağın cinsiyyəti bəlli olur. Biz qanunda qoymuşuq ki, on ikinci həftədən sonra hər hansı ailə üzvünün təkidi və xahişi ilə müraciət olunub abort qərarı veriləcəksə mütləq orda konsiliumun qərarı olacaq. Konsoliumda iştirak edən həkimlər şəxsin abort etdirmək məqsədini məyyən edəcəklər. Digər bir yol isə maarifləndirmə ilə bağlıdır. Nigaha girən şəxslərin deyil, onların yaxın ailə üzvlərini maarifləndirilməsi nəzərdə tutulur. Selektiv abortlarda ər arvadın özlərindən çox onların yaxın qohumlarının təsiri daha çox olduğu üçün bu maarifləndirmə onlara tətbiq olunacaq. Çox vaxtı görürsünüz ki, ailədə qayınana, qayınata və baldız deyirlər ki, ikinci qızı neynirsən, üçüncü mütləq qoy oglan olsun və s. Düşünürəm bu həm də mənəviyyat məsələsidir. Övlad Allah payıdır. Digər tərəfdən bu hüquqi məsələdir. Yəni uşağın 3- cü ayından sonra artıq ürəyi döyünməyə başlayır, o artıq insandır. Övladın ana bətnində cinsinə görə abort edilməsi qətlə bərabər hadisədir. Bu işdə həm maarifləndirmə, həm də inzibati işlər paralel getməlidir.

"Deməli biz xaricdən, başqa millətlərdən gəlinlər gətirməliyik"-Millət vəkili selektiv abortların fəsadlarından DANIŞDI-Ümumiyyətlə Azərbaycan mentaliteti üçün desək, cinsiyyət fərqi qoymaq nədən, hansı psixologiyadan qaynaqlanır?
- Birinci növbədə qeyd edim ki, biz döyüşçü xalqıq. Ona görə də tarixən oğlan uşaqlarına üstünlük verilib.
- Sizcə təkcə mənbə budur?
-Şərq xalqlarında nəslin davamçısı kişilər, oğlanlar sayılır. Nigaha gedəndə görmüsünüzmü ki, bir kişi qadının soyadını götürsün? Həmişə qadın kişinin soyadını götürür. Bu patriarxal ənənə bəlkə də yüz min illərdir davam edir. Digər bir tərəfdən də deyə bilərik ki, həmin ənənə bizim maldarçılıq və əkinçilik mədəniyyətindən doğan məsələdir. Xüsusən də kənd yerlərində ailə başçılarına mal- heyvanı otarmaq, taxıl biçmək, yeri şumlamaq, ot yığmaq, əkinə getmək üçün köməkçi lazım olurdu. Yəni fiziki qüvvəyə ehtiyac var idi. İndi isə texnologiya, elm dövrüdür, eyni zamanda Azərbaycan gender siyasətini uğurla həyata keçirən dövlətdir. Bununla bağlı Konvensiya imzalamışıq, dövlət Proqramı və qanunumuz var. Ümumilli liderin dəstəyi ilə yaradılan və adıçəkilən işlərə nəzarət edən Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsi var. Yavaş- yavaş biz mədəniyyəti inkişaf etdirməklə, maarifləndirmə aparmaqla baxışı dəyişməliyik. Nə qədər ki, baxışı dəyişməmişik, inzibati yollarla, qadağalarla elə də nəticə əldə etməyəcəyik. Məsələn, 10- 13 il bundan əvvəl selektiv abortlar daha şiddətli hiss olunurdu. Amma, indi bu nisbət aşağı enibdir. Yəni ki, televiziyalarda bu barədə disputlar aparıldı, saytlarda, qəzetlərdə yazılar yazıldı və yavaş- yavaş azalma müşahidə edildi. Amma yenə də Azərbayacanda oğlan qız nisbəti təbii nisbətdən fərqlənir. Təxminən doğuşda bu nisbət 51/49 olmalıdır, bizdə isə 53/47- yədir. Nisbətdən görünür ki, məsələdə insan faktorunun müdaxiləsi var.

"Deməli biz xaricdən, başqa millətlərdən gəlinlər gətirməliyik"-Millət vəkili selektiv abortların fəsadlarından DANIŞDI- Gənclər üçün reproduktiv sağlamlığın aktual məsələlərindən biri cinsi yolla bəzi təhlükəli xəstəliklərin keçməsidir. Məlumdur ki, cinsi xəstəliklər cinsi orqanları zədələməklə nəsil artırma qabiliyyətini sonlandırır. Bununla əlaqəli hansı tədbirlərin aparılması bu qanun layihəsində nəzərdə tutulur?

- Cinsi -infeksiyon xəstəliklərdən qorunmaqla bağlı müəyyən tədbirlər görülür. O cümlədən də 2015- ci ildə millət vəkili, indi Azərbaycanın Birinci vitse- Prezidenti olan Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Ailə Məcəlləsinə vacib bir dəyişiklik olundu. Bu nigah öncəki icbari müayinələrin həyata keçirilməsi ilə bağlı idi. Bu tətbiq olunur. Nigah öncəki müayinələrin nəticəsində xəstəliklər, o cümlədən cinsi xəstəliklərin olması aşkar olunur. Biz gələn il icbari tibbi sığortaya keçəcəyik. Heç şübhəsiz ki, onda yoxlanmaq üçün maliyyə problemi olmayacaqdır.

"Deməli biz xaricdən, başqa millətlərdən gəlinlər gətirməliyik"-Millət vəkili selektiv abortların fəsadlarından DANIŞDI-Ailə planlaması məsələsinə toxunmaq istəyirəm. Adətən gənclər ailə planlaması edərkən buna özləri qərar verirdi. Yəni ki, ailədə nə qədər uşaq dünyaya gətirmək, daha çox abortlardan qorunmaq üçün hansı ailə planlaması üsulundan istifadə etmək və digərlərini göstərmək olar. Nəzərə alsaq ki, bu qanun layihəsi tətbiq ediləcək bu zaman səlahiyyətlər bir az da olsa həkimlərin öhdəliyinə düşəcək. Bu baxımdan yanaşsaq burda əsasən kimlərin rolu qabardılacaq?

-Xeyr, heç kimin üzərində məsuliyyət qoymayacaq. Sadəcə maarifləndirmə artırılacaq. Bilirsiz, bizdə problem nədən ibarətdir? Məsələn, hamiləlik olur, doğuşa 1 ay qalmış və ya 15 gün qalmış həkimə gedirlər. Məlum olur ki, həmin qadının hansısa xəstəliyi var və ona heç hamilə qalmaq olmaz imiş. Yaxud da, məlum olub ki, ər və arvad da hansısa irsi xəstəliyin daşıyıcısıdırlar, xəstə uşaq dünyaya gələcək. Ailə planlaması neçə uşaq dünyaya gətirmək deyil, məqsəd sağlam uşaq dünyaya gətirməkdir. Mən düşünürəm ki, hamiləliyin ilk həftələrində həkimə müraciət olunmalıdır, müayinələrdən keçirilməlidir.

"Deməli biz xaricdən, başqa millətlərdən gəlinlər gətirməliyik"-Millət vəkili selektiv abortların fəsadlarından DANIŞDI- Həkimlərin üzərinə nə kimi məsuliyyət düşəcək. Məlumdur ki, abortların həyata keçirilməsinə konsilum qərar verəcək. Yəni bu qərarda artıq bir həkim deyil, bir neçə həkim iştirak edəcək.
- Həkimlərin üzərinə çox məsuliyyət düşür. Əgər həkim bilərəkdən selektiv abortun edilməsinə razılıq verirsə, qanun layihəsindən sonra bu birbaşa cinayət məsuliyyəti yaradacaq.

- Bir müddət əvvəl rəsmilərin məlumatında qeyd edilirdi ki, oğlan və qız cins nisbətinin pozulması, yəni selektiv abortlar gələcəkdə qadın çatışmazlığı kimi demoqrafik problem yarada bilər.
- Tamamilə doğrudur. Təxminən Azərbycanda yetkinlik yaşına çatan şəxslər arasında oğlanların sayının qızların sayına nisbətini hesablasaq 20- 25 min üstələyir. Bu çox ciddi bir rəqəmdir. Azərbaycan bir o qədər də böyük əhalisi olan ölkə deyil. Əgər nəzərə alsaq ki, 60- 70 min cütlük evlənirsə, burda 20 min defisiti artıq ciddi bir qərəmdir. Deməli biz xaricdən, başqa millətlərdən gəlinlər gətirməliyik. Bu təkcə demoqrafiq problem deyil, həm də milli problemdir.

"Deməli biz xaricdən, başqa millətlərdən gəlinlər gətirməliyik"-Millət vəkili selektiv abortların fəsadlarından DANIŞDI- Təəssüflə qeyd etsək də, faktdır ki, yetkinlik yaşına çatmayan hamiləlik yaşayan qızlar da olur. Bildirilir ki, əvvələr belə hamiləlik üçün valideynlər məsuliyyət daşıyırdı.

- Qeyd edim ki, bu çox ciddi bir problemdir. Düşünürəm belə hallarda inzibati yolla müdaxilə lazımdır. Təkcə onun valideyni deyil, bu halın yaranmasına cavabdeh olan digər şəxslər də məsuliyyət daşıyacaqlar. Məsələn, həmin qızın müəllimləri, məktəb direktoru, kəndin icra nümayəndəsi, bələdiyyəsi, polis və sahə inspektoru var, ola bilməz ki, onlar görməsin ki, 9- cu sinifdə oxuyan qızı nişanladılar, toy etdilər.

- Bu aspekt qanun layihəsində necə dəyərləndiriləcək və qeyd etdiyiniz həmin şəxslər birbaş məsuliyyət daşıyacaqmı ?
- Həmin şəxslər mənəvi məsluliyyət daşıyırlar. Düşünürəm ki, inzibati və hüqquqi məsuliyyət də daşımalıdırlar. Bu cür məsuliyyət qəbul olunan qanunun predmeti deyil, İnzibati Xətalar və Cinayət Məcəlləsinin hüququdur. Hər halda düşünürəm ki, bu məsələdə məsuliyyət olmalıdır.

-BMT- nin Əhali Artım Fondunun statistikasında Azərbaycan cinslərarası münasibətlərin pozulmasına görə dünyada görə ikionci yerdə dayanır. Ümumiyyətlə, tətbiq olunacaq qanun layihəsi hansı müsbət nəticələr əldə edəcəkdir?

-Mən ikinci yer məsələsi ilə o qədər də razı deyiləm. Buna baxmayaraq, hər halda düşünürəm ki, biz göstəricilərimizin yaxşılaşmasına çalışmalıyıq. Qanun ancaq hüquqi baza yaradır və fəaliyyət göstərmək üçün platformadır. İstəyirsən yüz dənə qanun qəbul et, onun heç biri işləməyəndən sonra əhəmiyyəti yoxdur. Qanun layihəsinin düzgün icrası üçün həm cəmiyyət, həm də müvafiq qurumlar tərəfindən təşəbbüs olmalıdır. Eyni zamanda hesabatlılıq olmalıdır.

Şəlalə Babayeva


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 2596   Tarix: 03 dekabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18 sentyabr 2021
.

Vətən müharibəsinin 22 iştirakçısı polis oldu

Sentyabrın 17-də daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun iştirakı ilə keçirilən respublikanın şəhər, rayon polis orqanlarında sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışı keçirib. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbua

17 sentyabr 2021
.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA + VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18 sentyabr 2021
.

ABŞ-da azərbaycanlı yüzlərlə insanın həyatını xilas etdi, polis onu mükafatlandırdı - VİDEO

ABŞ-ın Kaliforniya ştatında yaşayan azərbaycanlı Fərrux Məmmədov Kempbell Şəhər Polis İdarəsi tərəfindən xüsusi mükafat ilə təltif olunub. Ölkənin yerli "ABC7" telekanalı ABŞ polisinin qəhrəman adlandırdığı azərbaycanlı haqqında süjet hazırlayıb. Xəbər cinayətkarın hazırladığı terror planında

18 sentyabr 2021
.

Türkiyə ilə Azərbaycan arasında yeni sənəd imzalanacaq

Türkiyə ilə Azərbaycan arasında yeni sənəd imzalanacaq. Bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb. Bildirilib ki, bu məsələ Azərbaycanın mədəniyyət naziri Anar Kərimovla Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy arasında keçirilən görüşdə müzakirə olunub. A.Kərimov ikitərəfli dostlu

17 sentyabr 2021
.

Azərbaycanda koronavirusa yoluxanların sayı AÇIQLANDI

Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1770 yeni yoluxma faktı qeydə alınıb, 3 788 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 24 nəfər vəfat edib. İndiyədə

17 sentyabr 2021
.

Bazar gününə olan hava proqnozu AÇIQLANDI

Azərbaycanda sentyabrın 19-da gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvə

18 sentyabr 2021
.

"Ölən öləcək, qalan qalacaq, həyat davam edir" - Rəşid Mahmudov pandemiyadan danışdı

Mütəxəssislər havaların soyuması ilə əlaqədar olaraq yoluxma sayının artacağını proqnozlaşdırırlar. Bununla bağlı artıq həyəcan təbili çalınır. Maraqlıdır insanların qapalı məkanlarda toplaşması, məktəblərin açılması həqiqətənmi yoluxmanı artıracaq?. Tibb Universitetinin dosenti, Əməkdar müəllim Rəşi

17 sentyabr 2021
.

Nazirlikdən Muxtar Babayevin kortejinə görə yolların bağlanması ilə bağlı iddialara CAVAB

Bəzi saytlarda ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin xidməti avtomobilinin Abşeron rayonu, Masazır qəsəbəsi, Əliağa Vahid küçəsinin Bakı-Sumqayıt yoluna birləşən hissəsindən (Masazır dairəsində) keçəndə yolların bağlanması barədə iddialar yayılıb. Məsələ barədə Ekologiya və Təbii Sərvətlə

17 sentyabr 2021