Azərbaycan yeni təyyarələr alır – Rəsmi

Azərbaycan yeni təyyarələr alır – RəsmiSəkkiz ədəd "Boinq 787 Dreamliner" və üç ədəd Boinq-777 təyyarəsini əldə etmək imkanlarını da nəzərdən keçiririk

Azərbaycan Milli aviadaşıyıcısı marşrut şəbəkəsinin genişləndirilməsi proqramı ilə əlaqədar donanmasında təyyarə sayını xeyli artırmağı planlaşdırır. Xüsusilə, AZAL-ın gələcək planlarına "Boinq" və "Airbus" kimi aparıcı istehsalçılardan 20-dən artıq yeni nəsil təyyarənin əldə edilməsi daxildir.

Azərbaycan Hava Yolları QSC-nin mətbuat xidmətindən verilən məlumata görə, "Boinq" korporasiyası ilə iki ədəd Boinq-777 geniş füzelyajlı təyyarənin alınması ilə bağlı razılıq artıq imzalanıb. Bu laynerlər Azərbaycan milli aviadaşıyıcısının donanmasında yeni model təyyarə olacaq. Yeni hava gəmilərinin 2021-2022-ci illərdə Azərbaycan Hava Yollarının uzaq məsafəli yeni istiqamətlərində istifadə olunacağı gözlənilir.

"Biz "Boinq" korporasiyası ilə münasibətlərimizi daha da inkişaf etdirməyi planlaşdırırıq, həmçinin səkkiz ədəd "Boinq 787 Dreamliner" və üç ədəd Boinq-777 təyyarəsini əldə etmək imkanlarını da nəzərdən keçiririk. Bu qərar uzaq məsafəli uçuşlarımızın coğrafiyasını genişləndirməyə imkan yaradacaq", - AZAL prezidenti Cahangir Əsgərov bildirib.

Sözügedən hava gəmilərinin əldə edilməsi ilə bağlı məsələlər Cahangir Əsgərovun aviakorporasiyanın Sietldəki baş ofisinə işgüzar səfəri çərçivəsində "Boinq"in prezidenti ilə müzakirə olunacaq.

Bundan əlavə, AZAL aviaşirkəti aparıcı Avropa aviaistehsalçısı "Airbus" ilə Azərbaycana 10 ədəd yeni nəsil "Airbus A320Neo" təyyarələrinin çatdırılması ilə bağlı danışıqlar aparır. Özünü doğrultmuş bu orta magistrallı sərnişin təyyarələri populyar "Airbus A320" laynerinin təkmilləşdirilmiş versiyası olub, yeni nəsil mühərriklər, təkmilləşdirilmiş göyərtə sistemləri və daha geniş qanad ucluqlarına malikdir. "Airbus" artıq bu təyyarə ilə bağlı dünyanın müxtəlif aviaşirkətlərindən 7000-dən çox sifariş alıb.

Ətraflı məlumat ictimaiyyətə danışıqlar yekunlaşdıqdan sonra təqdim olunacaq.


Sonxeber.az Telegramda izləyin
Sosial   Baxılıb: 699   Tarix: 03 dekabr 2019  

Şikayətiniz varsa Whatsapp: 055 3906818

Facebookda Paylaş

Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR

Nazirlikdən dəm qazından zəhərlənənlərlə bağlı VACİB AÇIQLAMA - ÖZƏL

Son bir neçə gündə dəm qazından zəhərlənmə hadisələri çoxalıb. . . Bununla bağlı Sonxeber.az-a danışan Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətin rəhbəri Gülçin Mehdiyeva bildirib ki, bizim nazirlik tərəfindən bununla bağlı mütəmadı maariləndirmə tədbirləri həyata keçirilir: "Videoçar

10 dekabr 2019

Prezident Administrasiyasına yeni təyin olunan Səadət Yusifova kimdir? - DOSYE

Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin müdir müavini vəzifəsinə təyinat olub.. . Sonxeber.az xəbər verir ki, bu vəzifəyə Yusifova Səadət Vidadi qızı təyin edilib.. . Buna qədər S.Yusifova Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Siyas

3 dekabr 2019

BDU-nun yataqxanasında 2 tələbənin vəziyyəti pisləşib

Bakı Dövlət Universitetinin (BDU) yataqxanasında iki tələbənin vəziyyəti pisləşib.. . Sonxeber.az APA-ya istinadən xəbər verir ki, Səhiyyə Nazirliyindən verilən məlumata əsasən, bu barədə məlumat təcili yardıma saat 08.15 də daxil olub.. . Yasamal rayonu Zahid Xəlilov küçəsi 54 ünvanına gələn həkim briqadas

3 dekabr 2019

Prezident Administrasiyasında - YENİ TƏYİNAT

Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin müdir müavini vəzifəsinə təyinat olub.. . APA-nın məlumatına görə, bu vəzifəyə Səadət Yusifova təyin edilib.. . Qeyd edək ki, son struktur islahatlarına qədər S.Yusifova Prezident Administrasiyasının Strateji araşdırm

3 dekabr 2019

Bu gün deputatlar 15 məsələni müzakirə edəcəklər

Bu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək.. . Sonxeber.az Trend-ə istinadən xəbər verir ki, deputatlar Ailə Məcəlləsinə, Mülki Prosessual Məcəlləyə, Mülki Məcəlləyə, "Tibbi sığorta haqqında", "İcbari sığortalar haqqında" və digər qanunlara dəyişiklər müzakirə ediləcək.

3 dekabr 2019

"Deməli biz xaricdən, başqa millətlərdən gəlinlər gətirməliyik"-Millət vəkili selektiv abortların fəsadlarından DANIŞDI

Millət vəkili, Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini Musa Quliyev Sonxeber.az-ın suallarını cavablandırıb.. . -Bu sessiyada müzakirə obyektinə çıxarılan məsələlərdən biri kimi reproduktiv sağlamlıq və onun fonunda selektiv abortları göstərə bilərik. Müzakirədə nələr öz əksini tapdı? . . -Reprodukti

3 dekabr 2019

SOCAR-ın yeni vitse-prezidenti kimdir? - DOSYE

Daşqın İskəndərov 1965-ci ildə Şamaxı rayonunda anadan olub. . Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Daşqın İskəndərov SOCAR-ın neftin, qazın nəqli və qaz təsərrüfatı məsələləri üzrə vitse-prezidenti təyin edilib.. . Daşqın İskəndərov 1965-ci ildə Şamaxı rayonunda anada

3 dekabr 2019

Gediş haqqı artırıldı - Sərnişinlərin nəzərinə!

Bakı Nəqliyyat Agentliyi (BNA) dekabrın 1-dən 125 saylı marşrutda gediş qiymətinin 35 qəpikdən 40 qəpiyə qaldırılmasına aydınlıq gətirib.. . Sonxeber.az APA-ya istinadla xəbər verir ki, Agentliyin mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib ki, Tarif Şurasının qiymət tənzimlənməsi ilə bağlı son qərarında

3 dekabr 2019

500 min sənədsiz evlə bağlı Bakı Şəhəri İcra Hakimiyyətindən AÇIQLAMA

"Sənədsiz evlər ilə bağlı yaradılmış komissiyalar öz işini davam etdirirlər". . Bu sözləri Bakı Şəhəri İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri İsrafil Kərimov deyib. O bildirib ki, komissiyalar tərəfindən hər rayon üzrə aidiyyəti ərazilərə dair araşdırmalar aparılır:. . "Komissiyaları

3 dekabr 2019