Bakıda evdən 2500 manatlıq oğurluq edildi
Bakıda evdən 2500 manatlıq qızıl-zinət və məişət əşyaları oğurlanıb.
Bu barədə Sonxeber.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Belə ki, Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 26-da rayon ərazisindəki evlərin birindən 2500 manat dəyərində qızıl-zinət və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş İ.Xankərəmov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Kriminal Baxılıb: 227 Tarix: 03 dekabr 2019
Şikayətiniz varsa Whatsapp: 055 3906818
Facebookda Paylaş